Bazar günü günü, 04 oktyabr 2026
     

Zəngibasar mahalına hay kilsəsi və hay-daşnak quldurlarının təcavüzü, 1904-1920-ci illərdə...

Image


XIX əsrin ikinci yarisında Osmanlı Türkiyəsi sultanı II Əbdül Hamidin (1842-1918) hakimiyyəti illərində hay kilsəsi və quldur “Qnçak” təşkilatının təhriki ilə (“Berlin traktının” (1878-ci il) 61-ci bəndi bəhanə gətirilərək) hay sürüsünün “erməni milli muxtariyyətinin yaradılması” tələbi ilə başlanılan silahlı üsyanın rəhbərlərindən biri İstanbul Universitetinin tibb fakültəsinin tələbəsi Ambartsum Boyaciyan (1867-1915) sonralar “Mets Murad”(“Böyük Murad”) adı ilə hay terrorçuları arasında məşhur olub. 1990-cı illərdə “ASALA” beynəlxalq terror qruplaşmasının Livandan olan üzvü Qevorq Gözəlyan “Mets Murad” adlı silahlı quldur dəstəsi (tərkibində çoxsaylı livanlı tələbələr olmaqla) yaradaraq Qarabağın dağlıq hissəsində kökənli müsəlman-türk əhalisinə qarşı  soyqırım qətliamları törədib.

Qərbi Azərbaycanın Türkiyə Cumhuriyyəti ilə həmsərhəd hissəsinin xeyli ərazisi (Ağrıdağ-5137 m və Alagöz-4090 m dağlarının ətrafı, Zəngi çayının aşağı, subasar düzən hövzələri) Zəngibasar mahalının cənub-qərb qurtaracağındakı  Uluxanlı, Aşağı və Yuxarı Necili, Ağ və Qara Həmzəli, Rəhim-Xatınarx, Rəncbər, Haçaparaq, Həbilkənd, Sabunçu, Reyhanlı (Türkiyə ərazisində də eyni adlı kənd var), Qarıqışlaq, Qarğabazar, Çobankərə, Mehmandar, Arazdöyən, Qulucan... kəndlərinin kökənli müsəlman-türk əhalisi ərazinin əlverişli tarixi-coğrafi mövqeyi və hərbi-strateji üstünlüyü baxımından 1904-1920-ci illərdə quldurbaşı A.Ozanyanın nizami silahlı dəstələrinin və yerli hay silahlılarının davamlı-qanlı, qəflətgərdə  təvavüzünə məruz qalıb, nəticədə bu bölgədə soyqırım qurbanlarının sayı 5 min nəfəri ötüb. Elə olub ki, hətta bütöv kəndlər yer üzündən silinib, daşları qaralıb, ot basmış-mamırlaşmış yer-yurd kalafaları (yaşayış ocaqları, məscidləri, məbədləri, qədim qəbirstanlıqları, körpüləri, dəyirmanları, meyvə bağları...)  nişanə kimi 1980-ci illərədək qalıb.

Zəngibasar mahalının həmin zaman kəsimində döyüş meydanına çevrilməsi həm də hay kilsəsinin məkrli xislətinin, qanlı niyyətinin amacı idi ki, qırğınlar törədildikdə Qərbi Azərbaycanın Osmanlı Türkiyəsi ilə həmsərhəd hissəsinin ən sıx məskunlaşan müsəlman-türk əhalisinin kəndləri döyüş meydanına çevrilsin, yerlə yeksan edilsin, əhalisi isə köçkün düşsün. Məhz bu səbəbdən I Dünya müharibəsində Qafqaz cəbhə xətti Göyçə-Sarıqamış istiqaməti üzrə keçirilib.

Təsadüfi deyil ki, Tiflis şəhərində yerləşən Qafqaz Statistika Komitəsinin 1879-cu il məlumatında Zəngibasar mahalının əhalisinin əksəriyyətinin müsəlman-türk kökənli olduğu bildirilir, hətta Uluxanlı kəndinin 2568 nəfər əhalisinin hamısının müsəlman-türk mənşəli olduğu göstərilib, bu rəqəm 1912-ci ildə isə artıq 3232 nəfərə çatıb. Daha sonra, bu hücumların ardından həmin kəndlərin boşaldılması, birləşdirilməsi, əhalisinin köçürülməsi və oraya xaricdən gətirilən hay sürüsünün yerləşdirilməsi də əsas məqsəd olub.

1920-ci ilədək iri kənd olan Çobankərə hay-daşnak quldurlarının törətdiyi faciələrdən sonra boşalıb, əhalisi ona yaxın olan Mehmandar kəndinə sığınaraq yaşayıb, nəticədə Cobankərə etnotoponimi yox olub. Bu cür hallar Qərbi Azərbaycan hüdudlarında başqa mahallarda da baş verib, tarixi-coğrafi inzibati ərazilər hay mənşəli adlarla əvəzlənib.

Zəngibasar mahalının Ağrıdağ vadisinin yuxarıda adları çəkilən kəndlərinin dinc, köməksiz və silahsız əhalisinin bir hissəsi 1904-1920-ci illərdə düşmənin amansız qətliamlarından qurtulmaq istəyində simsar yerlərə sığınmağa məcbur olsalar da, faciələrdən yaxa qurtara bilməyiblər.

Haçaparaq (indiki Zəhmət kəndinin 1935-ci ilədək olan adı)  kənd sakini Allahverdi Xudaverdi oğlu (1887-1989) 1905-ci il qırğınlarının əsasən Osmanlı Türkiyəsi ərazisindən keçən “fədailər” (hay mənşəli terrorçu qruplaşmalarının silahlı üzvləri) tərəfindən törədildiyini bildirirdi. Onun atası Xudaverdi Hüseynxan oğlu (1865-1905) həmin silahlıların qətlinə kənddən 15-18 km şərqə tərəf aralıda salınmış üzüm bağı sahəsində məruz qalıb.Və quberniyanın rus məmurları dəfni kənddə yox, İrəvan şəhərinin “Toxmağan qəbirstanlığı”nda keçiriblər, guya milli zəmində qarşıdurmaya yol verməmək üçün.

Kənd sakinlərindən Hüseyn Allahqulu oğlunun (1889-1975), Abdulla Kərbəlayı Qasım oğlunun (1892-1982) dediyinə görə, 1905-ci ildə Araz çayından 23-25 km aralı olan Hacıellər və Yenicə kəndləri arasındakı (1 km məsafə olardı) “Qumlaq” deyilən yerdə Osmanlı Türkiyəsinin bir tağım dəstəsi hay-daşnak quldurlarına topdan atəş açmaq əvəzinə mərmiləri havaya, boş yerə atırmış, düşmən də qorxmadan irəliləyirmiş. Bundan şübhələndikdə məlum olub ki, hay əsilli türk paşalarından biri xeyli qızılın qarşılığında bu əmri verib. Nəticədə ona cəza kimi aldığı qızılları əridib boğazına töküblər.

Bu kəndin digər sakini Qızbəs Ələsgər qızı (1903-1987) söyləyirdi ki, 1918-ci ilin mart ayında quldurların qəflətən basqınından canını qurtarmaq üçün camaat Araz çayını (20 km aralıda ) keçmək istəyəndə anası Lala Cəmil qızını (1885-1918) taxıl yüklənmiş öküz arabası ilə birlikdə, eləcə də bir çox həmkəndlilərini sel aparıb, Allahdan da o ildə çay bərk selli, lilli axırdı. Kəndin “Dərvişlər nəsli”ndən olan Hacı Axund, qardaşı molla Mustafa və 20 nəfərədək yaşlı sakini düşməndən qurtulmaq istəyərkən həmin seldə boğularaq həlak olub.

Gülşən Hacı Salman qızı (1900-1982) həmin qaçaqaç zamanı şahidi olub ki, bir azyaşlı uşaq yolun ortasında arabadakı yükdən düşüb qalıb, ağlayanda biləyinə bağlanan zəngli bilərzik səs salırmış, axırda yaşlı bir kişi uşağı qoltuğuna vurub aparıb...

Həmin hadisədə, qaçaqaçda kimsəsiz qalmış kor Məşədi çəliyini körpüyə vura-vura keçəndə həmkəndlisi  Məşədi Həsən onu qucağına alıb aparmaq istəyir, bu zaman ağzından düşmən gülləsinə tuş gəlir və kor Məşədi düşür çaya. Kişini birtəhər sahilə çıxarırlar, salamat qalır, gedib bir neçə il Cənubi Azərbaycanda qalandan sonra gəlib Haçaparaq kəndində ömrünü başa vurub.

Sonradan qayıdanlar sırasında Əkbər Ələsgər oğlu və başqaları da var idi.

Haçaparaq kənd sakini Allahverdi Xudaverdi oğlunun dediyinə görə, Ağrı dağının vadisi, düzən ərazilərinin (Zəngi çayının Araza qovuşan hissəsində) kəndlərində ən sıx məskunlaşma olduğundan hay quldur dəstələri bu yerlərdə ağır qətliamlar törədibdilər.  O, 1918-ci ilin aprel ayında Zəngi çayını atla keçib kəndə girəndə 50 nəfərədək qadının bir binada saxlandığını, qapının qıfılla bağlandığını görür. Quldurlar səhəri gün gəlib binanı yandırıb hamısını qətlə yetirəcəkdilər. Vaxt itirmədən qapını sındıraraq onları azad edir və Qaraqışlaq kəndi istiqamətində, 200 m aralıda təhlükəsiz yerədək xilas edə bilir.

O dövrdə Zəngibasar vadisində hay quldurlarının basqınından qurtulan ayrı-ayrı kənd sakinləri Araz çayının sağ sahilinə keçə bildikdə, Osmanlı Türkiyəsi ərazisində, xüsusilə Sarıqamış bölgəsinə bitişik ərazilərdəki qamılıqlarda gizlənən, pusqu quran quldurların da hücumuna məruz qalıblar.

1916-1917-ci illərdə Osmanlı Türkiyəsi ərazisində (Sarıqamış - Qars bölgələrində) və Qərbi Azərbaycanın Zəngibasar mahalında (Göycə-Dilican hövzələri də daxil olmaqla) amansız qətliamların törədilməsində quldur A.Ozanyanın çar Rusiyasının Qafqaz ordusunun tərkibində 1914-1915-ci illərdə təşkil etdiyi “erməni” nizmi-silahlı  dəstələri (1916-cı ildən etibarən bu dəstələr general N.N.Yudeniçin (1862-1933) başçılığı altında atıcı tağıma çevrilmişdi), 1917-ci ildə təşkil edilmiş könüllü “erməni” korpusunun (Qafqaz cəbhəsinin komandanı general-mayor Y.V.Lebedinskinin (1873-1922-ci ildən sonra) təklifinə əsasən  Qərargah rəisi, general Foma Ovanesoviç Nəzərbəyyanın (1855-1931) rəhbərliyi ilə) silahlıları, eləcə də Gümrü-Karvansaray cəbhə xətti üzrə yerləşən kəndlərdə yuva qurmuş hay quldurları bilavasitə iştirak ediblər.

Zəngibasar mahalının Osmanlı Türkiyəsi ilə həmsərhəd olan ərazilərində, Ağrı dağının yaxınlığındakı digər yaşayış məntəqələrində (Qulucan, Həbilkənd, Reyhanlı, Sarıcallar...), eləcə də İrəvan şəhərinə yaxın Təzəkənd, Mərəköyün kəndlərində, şəhərin “Bitdili”, “Göytəpə”... məhəllələrində Araz çayının sağ sahillərindən, İqdır-Sarıqamış cəbhə xəttindən geri çəkilən və amansız qətliamlar, qırğınlar, qarət törədən  hay quldur silahlılarının təcavüzünün qarşısının alınmasında yerli müdafiə dəstələrinin (xalq qəhrəmanı A.X.Sadlinskinin (1886-1930) “Qırmızı tabor” hərbi birliyi ilə yanaşı) və qardaş, general Musa Qarabəkir paşanın (1882-1948) I Qafqaz Ordu bölmələrinin əsgər-zabit  heyətinin (onlar qırğınlar başladıqdan 7 gün sonra gəlmiş və 6 ay ərzində İrəvan şəhərində qərarlaşmış və düşərgə salmışdılar) fədakarlığı  heç zaman yaddan çıxarılmayıb.

Qorunan müqəddəs məkanlardan (xatirələrdən) biri də Uluxanlı nahiyəsinin girişindəki qəbirstanlıqda (İrəvan yolunun üstündə, 500 m aralıdakı yüksəklikdə) uyuyan Şəhid Türk əsgərinin məzarı idi. Qəbirüstü ağ mərmər oval baş daşında (hündürlüyü 1,6-1,8 m-ə çatan) “Ay-Ulduz” təsviri və ərəb əlifbası ilə yazı həkk edilmişdi. Bu məzar 1980-ci illərədək ziyarət ocağı kimi qorunub saxlanılırdı.

XX əsrin əvvəllərində birləşmiş  hay kilsəsinin təhriki ilə Zəngibasar mahalında hay-daşnak quldurlarının törətdiyi basqın, qətliam və qarət faciələri barədə Qulucan kənd sakinlərindən Kərbəlayı İsmayıl Əkbər oğlu (1870-1970), Məşədi Cəmil İsmayıl oğlu (1911-1991), Rübabə Həbib qızı (1921-2006), Məşədi Əsəd Kərbəlayı İsmayıl oğlu (1895-1963), İsmayıl Abdulla oğlu İsmayılov (1918-2011)... şahidi olduqlarını həmişə söyləyirdilər. Onu da vurğulayırdılar ki, Osmanlı nizami döyüşçü heyəti əsasən ağartıdan (qatıq, ayran) çox istifadə edirdi - yoluxucu xəstəliklərdən qorunmaq üçün. Bu sahədə Qulucan kənd sakinləri də (Kərbəlayı İsmayıl Əkbər oğlu, Məşədi Məsim Həbil oğlu (1850-1920), Rzaqulu Məşədi Məsim oğlu (1872-1934)...) öz imkanlarını əsirgəmirdilər.

Bu kəndin yerli özünümüdafiə dəstəsinin igid döyüşçüsü Nağı Hacı Bağır oğlu (1874-1961) həm də “Qırmızı tabor”un tərkibində döyüşüb, ərən qeyrətli Əsmər Hacı Nəbi qızı da (1895-1945) silaha sarılaraq düşmənə qarşı vuruşub. 

Həmin döyüşlərin izlərinə, səngər yerlərinə, sursat qalıqlarına... keçən əsrin 60-70-ci illərində, demək olar ki, bütün kəndlərdə rast gəlinirdi. Belə ki, Təzəkənd kəndindəki “Dəlmə bağları”nın çiy kərpicdən hörülmüş hasarında (100 m x 100 m) güllə-top mərmilərinin yerlərini hay təbliğat vasitəsinə çevirmişdilər.

1960-cı illərdə Qulucan kəndinin mərkəzində hay quldurlarına qarşı səngər yerlərində (yurd kalafalarında) tapılan güllələri uşaqlar partladırdılar, bəzən qazıntılar zamanı hərbi geyim qalıqları, paslanmış silah hissələri üzə çıxırdı.

Bir cəhəti də qeyd etmək lazımdır ki, 1904-1920-ci illərdə hay-daşnak quldurlarının Zəngibasar mahalında törətdiyi soyqırım faciələrini dünya ictimaiyyətinə “erməni” faciəsi kimi təqdim etmək niyyəti ilə 1960-cı illərdə İrəvan şəhəri yaxınlığında uzunluğu 2 km-ə, boyu 2 m olan qala divarları çəkilib və həyasızcasına guya bu divarlara həmin qırğınlarda “erməni”lərin hörüldüyünü göstərmək istəyiblər.

Bütün bunlar onu sübut edir ki, ibtidai insan-hay sürüsünün riyakarlığı heç bir sərhədə sığmır...

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Uluxanlı nahiyəsi, Haçaparaq və Qulucan kənd sakinləri Əli Allahverdi oğlu Rzayevin (1947), İzzət  Məşədi Cəmil oğlunun (1952) və Abdulla İsmayıl oğlunun (1948) məlumatlarından istifadə edilib.)

Qismət  YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ