Cümə axşamı günü, 08 oktyabr 2026
     

Erməni müxalifəti kommunikasiyaların açılmasına qarşı – “...mümkün olan hər şeyi təslim edən Nikol Paşinyan baş nazir olduğu müddətcə...”

Image


Moskvada Azərbaycan, Rusiya, Ermənistan liderlərinin son məlum görüşü ətrafında İrəvanda müzakirələr səngimək bilmir. Nikol Paşinyana müxalif olan qüvvələr Moskva görüşünü Ermənistanın məğlubiyyətinin növbəti təzahürü kimi qələmə verməkdə davam edir. Xüsusən də regionda kommunikasiyaların bərpası və yenilərinin yaradılması istiqamətində bəyanat Ermənistanda müxalifət tərəfindən ciddi narazılıqla qarşılanır.

Ekspertlər isə hesab edir ki, əslində, kommunikasiya əlaqələrinin bərpası iqtisadi müstəvidə böyük problemlər yaşayan Ermənistanın özü üçün də olduqca mühümdür. Məhz bu, Ermənistanın regionda transmilli layihələrdən istifadəsinə, nəhayət, müvafiq şərait yarada bilər. Burada bir daha xatırladaq ki, Moskva görüşünün nəticəsi olaraq imzalanan bəyanatda nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin bərpası ehtiva edilir. Bu, faktiki olaraq, Mehri dəhlizi vasitəsilə Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlanması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Nəticədə Azərbaycanın Naxçıvan, həmçinin Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti artacaq. Yaxın zamanlarda Ermənistan vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə və Ermənistan-Azərbaycan-Rusiya, eləcə də Ermənistan-Azərbaycan-İran marşrutları üzrə nəqliyyat dəhlizlərinin işə salınacağı barədə Azərbaycan və Rusiya rəhbərlərinin verdiyi açıqlamalar onu göstərir ki, regionun iqtisadi mənzərəsi tamam dəyişəcək. Azərbaycan tərəfinin bu istiqamətdə əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələbləri regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirməyə xidmət edir. Amma Ermənistanda bəzi qüvvələr hələ də bu reallığı dərk edə bilmir.

Indi ermənilərin bəziləri tərəfindən belə iddialar ortaya atılır ki, yeni razılıqlar fonunda Ermənistanda Türkiyə biznesi xeyli möhkəmlənəcək və bu da tamam fərqli bir vəziyyət yaradacaq. Halbuki, sadə ermənilərin böyük əksəriyyəti türk biznesinin geniş həcmdə Ermənistanda yer almasında maraqlıdır. Çünki bu onların maddi rifah halına müsbət təsir edəcək. Amma bəzi qüvvələr tamam fərqli mənzərə yaradaraq əsl reallığı təhrif etməyə çalışır. Məsələn, birləşmiş erməni müxalifətinin rəhbəri Vazgen Manukyan ilk öncə bildirib ki, Azərbaycanın qarşısında Moskva görüşü fonunda yalnız iki geosiyasi supervəzifə durur: “Bizdə elə bir vəziyyət var ki, Moskvadakı danışıqlar nəticəsində imzalanan bütün bəyannamələr yalnız Azərbaycan tərəfinə uyğun gəlir. Ümumiyyətlə, Azərbaycanın bu vəziyyətdə və yaxın perspektivdə yalnız iki supervəzifəsi var. Birincisi, məcazi mənada desək, bütün Qarabağı ölkə ilə bütövləşdirməkdir. Zamanla hədəflərinə çatacaqlarına əmindirlər. Hazırda buna can-başla çalışmırlar, amma nəsə edirlər. Məsələn, bir məmur Ermənistandan ora gedirsə, o zaman Bakı ondan müvafiq hökumət strukturlarını məlumatlandırmasını tələb edir. Bu baxımdan Ermənistanın müqaviməti sıfırdır.

İkincisi kommunikasiya məsələsidir. Bakını həqiqətən narahat edən budur. Azərbaycanın Naxçıvanı ölkə ilə birləşdirən bir yola ehtiyacı var. Üstəlik, elə bir şəkildə ki, yol onlar tərəfindən idarə olunsun və Ermənistanın bu dəmir  yolu və nəql olunan yükə nəzarət etmək üçün heç bir səlahiyyəti olmasın. İstədikləri hər şeyi deyə bilərlər. Ancaq əslində hər saniyədə yolu bağlaya bilərlər. Malların tranziti üçün Ermənistandan yüksək ödənişlərin alınacağı da istisna edilmir. Sərnişin nəqliyyatı, ümumiyyətlə, daimi təhdid altında qalacaq”. Manukyan qeyd edib ki, Ermənistanın Azərbaycandan fərqli olaraq bir çox problemi var: “Ermənistan problemlərin heç birini həll edə bilmir. Məsələn, 10 noyabrda Qarabağdakı atəşkəs elanının 8-ci bəndində olan hərbi əsirlərin mübadiləsi məsələsi. Bu mənada Moskva danışıqlarının nəticəsi sıfırdır. Ən azı, göstərmək üçün 10 nəfər belə geri qaytarılmadı. Yəni Azərbaycan tərəfi istədiyi kimi davranır. Bu baxımdan, Ermənistan daha bir biabırçı və sarsıdıcı məğlubiyyətə uğradı. Bu dəfə danışıqlar masasında. Əslində, Ermənistan indi heç nə itirə bilməz. Tamamilə haqqını itirən, təslim olması mümkün olan hər şeyi təslim edən qorxaq Nikol Paşinyan baş nazir olduğu müddətcə hər hansı danışıq da uğursuz olacaq. O yalnız başqalarının ona buyurduqlarını edəcək”. Müxalifət liderinin sözlərinə görə, kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatı üçün təhlükədir: “Ölkəmizin daxilində xalqı aldadan bəzi qüvvələr var. Deyirlər ki, indi yollar açılacaq, sürəcəksən, ticarət edəcəksən, nəqliyyatdan gəlir əldə edəcəksən, varlanacaqsan və sair. Vaxt var idi, Türkiyə ilə sərhədlərin açılması barədə danışıqlar gedirdi və mən bu fikri dəstəklədim. İndi qəti şəkildə bunun əleyhinəyəm. Müharibədən sonra ölkənin vəziyyətini nəzərə alsaq, türklər iqtisadiyyatımızı ələ keçirəcək. Anlamalıyıq ki, bizi bir növ “türkləşmə” gözləyir və bu, iqtisadiyyatımız üçün heç bir şans qoymayacaq”. Lakin ekspertlər hesab edir ki, Ermənistanın xilası, əslində, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. İndi Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə ilə münaibətləri nə qədər tez normallaşdırsa, həm bunun faydasını görəcək, həm də ona qarşı müxalif olanları susdurmaq imkanı qazanacaq. Bu istiqamətdə gecikmək Paşinyanın özü üçün də təhddidir.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ