Əsli Kazımova: “Kəlbəcər rayonunun işğaldan azad olunması münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”

img

“Kəlbəcər rayonunun  işğaldan azad olunması münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, doğma rayonumuz, Kəlbəcərin  işğaldan azad olunması hər birimiz üçün tarixi uğurdur: “Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Sözlə ifadə etmək çox çətindir. Gözün aydın ey Xalqım! Torpaqlarımıza qayıdırıq! Gözün aydın ey dünya! Ədalət bərqərar olundu! Bu tarixlər Türk tarixinə şanlı qələbə tarixləri olaraq qeyd olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünü nəyin bahasına olursa olsun, bərpa etməyi qarşısına hədəf qoyan və bu hədəfə çatmaq üçün illərdir usanmadan çalışan dahi sərkərdəmiz Cənab İlham Əliyev var olsun! Azərbaycan ordusunun gücünü, qüdrətini, iradəsini, qətiyyətli duruşunu, mərdliyini, şücaətini, həmrəyliyini bütün dünyaya nümayiş etdirmiş oldu. Azərbaycanlı olmağımızla fəxr etməmək mümkün deyil! Türk qanı daşımağımızla qürurlanmamaq mümkün deyil!

Tarixi ədaləti bərpa etməklə Cənab Prezident İlham Əliyev bir çox siyasi dairələrin məkirli siyasi ambisiyalarını ifşa etmiş oldu. Cənab Prezident qətiyyətli iradə, güclü ordu və mükəmməl diplomatik manevrlərlə hədəfə qısa müddətdə çatmağın mümkünlüyünü dünya ictimaiyyətinə sübut etdi. Digər tərəfdən hesab edirəm erməni xalqı Azərbaycan Prezidentinə minnətdar olmalıdır. Çünki Cənab Prezidentin səyləri nəticəsində və yürütdüyü şəffaf siyasi kurs sayəsində Ermənistan hakim dairəsinin karrupsioner rejimin əlində marianet ölkə olduğunu ifşa etdi. Hər kəs gördüki, Erməni xalqını qarət edən Paşinyan rejmi ölkənin müdafiə sistemi əvəzinə, Anna Akopyanın zinət əşyalarına xərcləyir. Hər kəs Ermənistanda olan “demokratiyanın” əslində  Paşinyan diktaturasından ibarət olduğunu da gördü. Bu gün beynəlxalq ictimaiyyət ikili standartlara xidmət etsədə, yenə  Ermənistandakı diktatur rejmi görməzdən gəlsə də, inanırıq ki, Cənab Prezident İlham Əliyev bu yöndədə tarixi ədaləti bərqərar tməyə müvəffəq olacaq. 30 ildir BMT-nin icrasını tələb edə bilmədiyi qətnamələri Azərbaycan Prezidenti 44 günə həll etdiyi kimi, vaxt gələcək ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlar da bu “siyasi sevdadan” vaz keçmək məcburiyyətində qalacaqlar”.

Son xəbərlər