Memarlıq Universitetinin Elmi Şura sədrinin Prezidentə müraciəti – “…bilavasitə rəhbərliyiniz sayəsində…”

img

Bakıdan Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının sədri Gülçöhrə Məmmədova Prezident İlham Əliyevə müraciət edib:

“Vətənimizin ərazi bütövlüyü naminə aparılan Vətən müharibəsində suveren dövlətimizin sərhədlərini bərpa etməniz və erməni işğalçıları üzərində möhtəşəm qələbəmiz münasibətilə Sizi ürəkdən təbrik edirik. Milli qürurumuzu, iftixar hissimizi özümüzə qaytardığınız üçün, bu tarixi qələbəni, bu gözəl anları xalqımıza yaşatdığınız üçün Sizə sonsuz təşəkkürlərimizi və dərin minnətdarlığımızı bildiririk.

Uzaqgörən siyasətiniz, polad iradəniz, bilavasitə rəhbərliyiniz sayəsində igid qardaşlarımız, yenilməz Ordumuz tarixi torpaqlarımızı erməni işğalından azad etdi, onilliklər boyu məruz qaldığımız vəhşiliklərin intiqamını aldı. Bu zəfərlərin əldə edilməsi Sizin düşünülmüş və uzaqgörən siyasətinizin, qətiyyətli addımlarınızın bariz nümunəsidir. Haqq- ədalət yolunda aparılan mübarizəmizdə Ali Baş Komandan olaraq Sizə daim güvənmişik. Universitetin rektorluğu, ictimai təşkilatları, professor-müəllim heyəti və tələbələri ərazi bütövlüyümüzün bərpası üçün həyata keçirdiyiniz xidmətlərinizi böyük minnətdarlıq hissi ilə yüksək qiymətləndirir.

Sizə bildirmək istəyirik ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsindən müəlliminə qədər hamımız bir nəfər kimi böyük şərəf və qürurla düşmən tapdağından təmizlənmiş ərazilərimizdə aparılacaq quruculuq işlərində, memarlıq irsimizin bərpasında öz xidmətimizi göstərməyə həmişə hazırıq.

...Uca Tanrıdan Sizə möhkəm cansağlığı və Vətənimizin şanlı tarixini yazdığınız bu günlərdə davamlı uğurlar arzulayırıq”.

Baki-xeber.com

Son xəbərlər