Azad edilmiş rayonlarımızla bağlı yeni dövlət strukturu - Qərargah niyə vacib idi…

Vüqar Rəhimzadə: “Əlaqələndirmə Qərargahının önəmli və şərəfli missiyası var”

img

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə geniş tərkibdə Əlaqələndirmə Qərargahı yaradılıb. Məlumat üçün bildirək ki, qərargahın rəhbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevdir.

  • “Qərargaha daxil olan qurum və təşkilatlar sayəsində yeni layihələr reallaşacaq və qarşıya qoyulan hədəflərə çatılacaq”

İşğaldan azad torpaqlarımızla bağlı Əlaqələndirmə Qərargahının yaradılmasının əhəmiyyəti haqqında danışan “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, azad edilən torpaqların yenidən həyata qayıtması üçün yeni layihələr reallaşdırılacaq. Məlumdur ki, erməni vandalları quru divarları belə pis günə qoyublar. Bu səbəbdən də torpaqlara yenidən can vermək üçün layihələr reallaşdırılacaq. Bu tip işlərin görülməsi üçün Əlaqələndirmə Qərargahı yaradılıb: “Cənab Prezidentin sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın rəhbəri  Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdir. Qərargaha daxil olan qurum və təşkilatlar sayəsində yeni layihələr reallaşacaq və qarşıya qoyulan hədəflərə çatılacaq. Əlaqələndirmə Qərargahının önəmli və şərəfli missiyası var. İşğaldan azad olunmuş torpaqlara yeni həyat bəxş etmək olduqca qürurlu və şərəfli missiyadır”.

Günel CƏLİLOVA

Son xəbərlər