İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili Orxan Zeynalov məlumat verib.
Vəkil bildirib ki, sabiq başçının köçürülməsinə səbəb onun bir neçə gün əvvəl COVID-19 virusuna yoluxmasıdır. V.Hacıyevin vəziyyəti ağır qiymətləndirildiyi üçün o Müalicə Müəssisəsinə yerləşdirilib. V. Hacıyev 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İmişli rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Səbail rayon Məhkəməsi tərəfindən V.Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.