
Kəlbəcər rayonunun qayıtması təkcə Azərbaycanın qələbəsi deyil, həm də vacib və əlamətdar hadisədir. Bu, həm də tarixi ədalətin zəfəridir.
Bunu Trend-ə rusiyalı politoloq Tatyana Poloskova deyib.
O vurğulayıb ki, bu rayonda heç vaxt erməni əhali olmayıb: “Sonuncu sovet siyahıyaalmasına görə, rayon əhalisinin 99 faizi azərbaycanlılar idi”.
Qeyd edək ki, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.