Ordumuz Kəlbəcərdə ilk olaraq Ermənistanla sərhəddəki yüksəklikləri tutacaq - FOTO

img

Bu gün səhər saatlarından Azərbaycan Ordusunun texnikaları Göygöl rayonunun Toğana kəndi və Daşkəsən rayonundan Kəlbəcərə hərəkət edir. Baki-xeber.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

Qurum rəsmisi qeyd edib ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir: “Kəlbəcərin ərazisi dağlıqdır, hündürlük, demək olar ki, 3500 metrdən artıqdır. Bu ağır şəraitdə Azərbaycan Ordusu rayona daxil olaraq Kəlbəcər ərazisini nəzarətə götürəcək. İlk olaraq bölmələrimiz Azərbaycan-Ermənistan dövlət sərhədinə çıxacaq və yüksəkliklərdəki mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli bəyanatla müəyyən olunmuş ərazi olacaq ki, bu haqda da daha sonra məlumat veriləcək”.

Son xəbərlər