Ermənilər hərbi hissələrini partladaraq Kəlbəcəri tərk edirlər...

img

Ermənistanın son hərbi birləşmələri Azərbaycanın Kəlbəcər rayonunu tərk edirlər.  RİA Novosti yazır ki, razılaşmaya görə, bu gecə 00:00-dan etibarən Kəlbəcər Bakının nəzarətində olmalıdır.

Kəlbəcərdə yerləşən motoatıcılar hazırda kazarma və hərbi hissələrin tikililərini partlatmaqla məşğuldurlar.

Şəxsi heyət rayonu binalar partladılmamışdan əvvəl tərk edib. Hərbi obyektlərin məhv edilməsini bölmə komandanlığının nümayəndələri müşahidə ediblər.  

Bundan başqa, Kəlbəcərin girişindəki "Xoş gəlmisizin" yazısı olan məlumat lövhəsini də söküb aparıblar.

Son xəbərlər