Müdrik və cəsarətli rəhbərimizlə fəxr duyuruq - Ali Neft Məktəbi adından Elmar Qasımov Prezidentə yazdı...

img

“İşğal olunmuş ərazilərimizin Sizin komandanlığınızla rəşadətli Ordumuz tərəfindən azad edilməsi və möhtəşəm Qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Sizə və bütün xalqımıza daha böyük qələbələr arzulayırıq.

...Sizin adınız bu Qələbə tarixinin baş səhifəsinə qızıl hərflərlə yazılmışdır. İşğal altında olan müqəddəs torpaqlarımızın, xüsusən də Qarabağın ürəyi olan Şuşa şəhərinin düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz dəyanət, iradə və qətiyyətə görə Sizə ürəkdən təşəkkür edirik. Bütün azərbaycanlılar kimi, biz də ümummilli lider Heydər Əliyevin müqəddəs vəsiyyətlərini şərəflə həyata keçirmiş çox müdrik və cəsarətli rəhbərimizlə fəxr edirik. 44 günlük Vətən müharibəsində apardığınız çoxşaxəli və yorulmaz fəaliyyətinizlə qazanılan nəhəng uğurlarla yanaşı, informasiya savaşında haqqı, ədaləti bərpa edərək, dünyada güclü, qüvvətli, yenilməz və qürurlu Azərbaycan obrazı yaratdınız.

Bizə yaşatdığınız möhtəşəm sevinc və fərəhə görə Zati-alinizə bir daha təşəkkür edir, dövlətimizin və dövlətçiliyimizin daha da inkişafı naminə Sizə böyük nailiyyətlər və yeni-yeni uğurlar arzulayırıq.

Bütün sahələrdə qələbə Azərbaycanladır! Qarabağ Azərbaycandır!”

Bu fikirləri Prezident İlham Əliyevə Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti adından müraciətində Elmar Qasımov bildirib.

Baki-xeber.com

Son xəbərlər