Xalqın arxasında dağ kimi durdunuz – Masallı Regional Kollecin müəllimi Dilarə Hüseynova Prezidentə yazdı...

img

“Azərbaycanın hər bir vətəndaşı xalqın gələcəyini, inkişafını, dünyanın ən böyük qüdrətli dövlətlərindən birinə çevrilməsini yalnız Sizinlə görür.

Xalqımızın dəyərli şəxsiyyəti, biz Sizinlə fəxr edirik. Siz heç nəyə baxmayaraq xalqımızın arxasında dağ kimi durdunuz. Sizin möhkəm iradəniz, apardığınız uğurlu siyasət sayəsində cəsur, qəhrəman əsgərlərimiz, ordumuz döyüş meydanında zəfər çaldı və yeni tarix yazdı. Sizi və şanlı Ordumuzu möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edirəm. Biz qalib ölkənin vətəndaşıyıq və bununla qürur duyuruq.

Xalqın xilaskarı, Ali Baş Komandanımız, biz Sizə çox minnətdarıq”.

Bunu Masallı şəhərindən Masallı Dövlət Regional Kollecinin müəllimi Dilarə Hüseynova Prezident İlham Əliyevə ünvanladığı müraciətdə qeyd edib.

Baki-xeber.com

Son xəbərlər