Özbəkistanın Cizak şəhərindən Prezident Əliyevə məktub – “Onların ruhları bu gün şaddır”

img

Özbəkistan Respublikasının Cizak şəhərindən Günel Əliyeva da Prezident İlham Əliyevə müraciət edib.

“Özbəkistanda yaşayan azərbaycanlılar adından Sizi və bütün Azərbaycan xalqını möhtəşəm Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Erməni təcavüzü nəticəsində şəhid olan bir neçə qohumumuz var. Onların ruhu bu gün şaddır. Vətən yolunda şəhid olanlara Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Uca Tanrı Sizi və xalqımızı qorusun!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” - deyə soydaşımız qeyd edib.

Baki-xeber.com

Son xəbərlər