çərşənbə günü, 14 oktyabr 2026
     

İşğal torpaqlarımızda çeşidli erməni cinayətləri barədə Azərbaycanın illərlə beynəlxalq aləmdə apardığı işlər tamamilə təsdiqlənir - mahiyyət tam açılır...

Image


Ermənistanın Azərbaycana qarşı apardığı soyqırımı siyasəti XX əsrin son onilliyində pik həddinə çatdı. Qarşı tərəfin apardığı işğalçılıq siyasəti nəticəsində ərazilərimizin 20 faizi işğal edildi. Ermənilərin Azərbaycan xalqına qarşı təcavüzü nəticəsində insanlarımız öz doğma yurd-yuvalarından didərgin salınaraq məcburi köçkün vəziyyətinə salındı.

Azərbaycan xalqının tarixi-mədəni irsinə və etnik-mədəni dəyərlərinə ağır zərbələr vuruldu. İşğal edilmiş ərazilərdə yaşayış məntəqələri məhv edilərək yer üzündən silindi.

  • Beynəlxalq təşkilatlar ermənilərin qanunsuz məskunlaşma siyasətini görməzdən gəldilər

Bununla yanaşı, işğal prosesi uzandıqca, ermənilər hər vasitə ilə qanunsuz məskunlaşma siyasətini genişləndirməyə başladılar. Nəinki Dağlıq Qarabağda, o cümlədən, işğal etdikləri ətraf 7 rayonda bu siyasəti həyata keçirməyə başladılar. Süni məskunlaşma siyasətinin aparılmasında məqsəd orada erməni əhalisinin sayını artırmaq idi. Ermənistanın özündə demoqrafik göstəricilərin bərbad olmasına rəğmən, orada əhalinin Qarabağa köçürülməsinə başladılar. Daha sonra bunun yetərli olmadığını görüb qanunsuz olaraq xaricdən erməniləri sözügedən ərazilərə köçürməyə başladılar. 2011-ci ildən Yaxın Şərqdə başlayan çaxnaşmalar, Suriyada və İraqda İŞİD terrorunun genişlənməsi ermənilərə bununla bağlı yeni imkanlar yaratdı. Həmin ölkələrdən etnik ermənilər işğal edilmiş ərazilərə köçürüldü. Dəfələrlə Azərbaycan Ermənistanın apardığı qanunsuz məskunlaşma siyasəti barədə beynəlxalq qurumlara məlumət versə də, həmin təşkilatlar bunu görməzdən gəldilər.

  • 400-dən çox tarixi abidənin yarısı məhv edilib

Ermənilər həm də ötən müddət ərzində Azərbaycanın mədəni abidələrini məhv etməyə başladılar. Dağıdılmış mədəni abidələrin sırasına Azərbaycanın islam irsinə məxsus olan məscidlər, habelə pirlər, ocaqlar, ziyarətgahlar, sərdabələr daxildir. Bu siyahıya, həmçinin, qədim məzarlıqlar, arxeoloji qazıntılar, alban məbədləri, tarixi əlyazmalar və eksponatları əlavə etmək olar. Məsələ ondadır ki, Azərbaycanın işğal edilmiş ərazilərində 400-dən çox tarixi abidə olub ki, onların yarısı erməni vandalizmi nəticəsində dağıdılıb. Digər yarısı isə erməniləşdirilib. Ermənilər həm də işğal etdikləri ərazilərdə yerləşən Azərbaycan xalqının əsrlər boyunca yaratdığı, müasir dövrdə isə bütün bəşəriyyətin tarixi mədəni irsi sayıla biləcək abidələrə qarşı vandalizm hərəkətləri törədiblər. Məlumata görə, Laçın rayonunun işğalından sonra Laçın şəhərində, Cicimli, Güləbird, Zeyvə, Malıbəy, Soltanlar, Seyidlər, Kosalar və digər kəndlərdə 40-a yaxın heyvan fiqurları, üzərində yazılar və rəsmlər olan 35-dən artıq sal daşlar, qəbirüstü daşlar dağıdılmış, baxımsız vəziyyətə salınmış, bəziləri isə bu ərazidən daşınıb. Sarı Aşıq türbəsi, Şeyxəhməd, Soltan baba məbədləri, Dəmirovlu pir məbədi və digər neçə-neçə abidə dağıdılıb. Laçın Tarix-Diyarşünaslıq Muzeyində, Şəkil Qalereyasında, bölgənin gerçək tarixini əks etdirən mənbə və abidələr məhv edilmiş, qiymətli eksponatlar talanmış, satılmış və sıradan çıxarılıb. Ermənilər tərəfindən “erməniləşdirilməyə” məruz qalan alban xristian abidələri sırasında Laçın rayonunun Kosalar kəndi yaxınlığında yerləşən Ağoğlan məbədinin (IV əsr) adı xüsusi qeyd edilməlidir. İşğal nəticəsində Kəlbəcər rayonu ərazisində 11 alban məbədi, 5 qala, 3 məscid, 5 ziyarətgah, 17 məbəd və s. tarix və memarlıq abidələri işğalçıların əlinə keçib. XII əsrə aid Urek məbədi, Hatəm Məlik qalası, XII əsrə aid Yegiş Aragel məbədi bu abidələr sırasında xüsusən qeyd edilməlidir. Erməni vandalizminin üzərində dəyişikliklər apardığı ən mühüm abidələrdən biri isə Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırı (XIII əsr) olub. Xristian alban türkü Həsən Cəlalın hökmranlığı dövründə inşa edilmiş monastırın daxilində işğaldan sonra boyama işləri aparılmış, ermənicə yazılar həkk olunub. Abidənin xarici divarlarındakı alban izlərinin silinməsi üçün isə onun üzəri daş plitələrlə örtülüb.

  • Tarixi abidələrə qarşı vandalizm hərəkətləri törədilib

Qubadlı rayonu ərazisinin işğalı nəticəsində isə 2 mağara, 2 məbəd, 8 məscid, 1 mağara ibadətgah, 7 türbə, 10 ocaq və pir, 2 imamzadə, 6 qala və s. tarixi abidə düşmənin vandalizminə məruz qalıb. Uzun bir tarixi dövr ərzində bu abidələr baxımsızlıq ucbatından təbii və antropogen amillərin təsiri altında xeyli dərəcədə sıradan çıxıb. Cəbrayıl rayonunda Sultan Allahverdi hamamı, Xudayarlı türbələri, Şıxlar kəndindəki dairəvi türbə (XIV əsr) ciddi dağıntılara uğradılıb. Araz çayı üzərindəki tarixi Xudafərin körpüsünün dağıdılması üçün müxtəlif vasitələrə əl atılıb. Zəngilan rayonu ərazisində yerləşən Hacallı dairəvi bürcü, Şərifan sərdabəsi (XIII əsr), Məmmədbəyli türbəsi (XIV əsr), Yenikənd sərdabəsi (XIV əsr) də erməni təcavüzünə məruz qalıb. Ağdam rayonu ərazisində qədim tarixə malik çoxsaylı tarixi-memarlıq abidəsi işğalçılar tərəfindən dağıdılıb. İşğala məruz qalan digər ərazilərdə də tarixi abidələrə qarşı vandalizm hərəkətləri törədilib.

  • Bütün bunlara görə Ermənistan cavab verəcək

Erməni işğalçıları Azərbaycanın arxeoloji irsini talan etməklə ölkəmizin qoşulduğu “Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasının müddəalarını kobud şəkildə pozublar. Qeyd olunduğu kimi, mənfur ermənilər işğal olunan ərazilərdə 400-dən çox tarixi-mədəni abidənin yarısını “erməniləşdiriblər”, qalanlarını məhv ediblər. Dağıdılması mümkün olmayan abidələr isə baxımsızlıqdan yararsız hala düşüb. Bunlardan qədim Şuşa şəhərinin əsas rəmzlərindən hesab edilən Yuxarı Gövhər ağa məscidi və Şuşa qalası, Laçın rayonunun Kosalar kəndində yerləşən Ağoğlan məbədini göstərmək olar. 1988-ci ildən bəri erməni terrorçularının Azərbaycanın tarixi-mədəni abidələrinə vurduqları ziyana görə işğalçı Ermənistan beynəlxalq məhkəməyə veriləcək. Azərbaycana vurduqları mənəvi, fiziki, maddi zərərin ödəmələri üçün tədbirlərin görüləcəyi nəzərdə tutulub. Prezident İlham Əliyev işğaldan azad edilən rayonların vəziyyəti ilə tanış olarkən qeyd etdi ki, bütün bunlara görə Ermənistan cavab verəcək.

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində yenə də tarixi-mədəni abidələrimizə bilərəkdən ziyan vurdular. Azərbaycanın ikinci böyük şəhəri Gəncənin (burada 195 daşınmaz tarix-mədəniyyət abidəsi var) raket atəşinə tutulması nəticəsində tarixi abidələrə də ciddi ziyan dəyib. Ermənistanın Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinə qarşı yönələn qanunsuz fəaliyyəti, xüsusən tarixi abidələrin hədəfə alınması və mənimsənilməsi “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa, “Arxeoloji irsin qorunması haqqında” Avropa və “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” UNESCO konvensiyalarının və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulması deməkdir.

  • Dünya Azərbaycanın haqlı olduğunu gördü

İşğal altında olan ərazilər azad ediləndən sonra məlum oldu ki, ermənilər həmin ərazilərdə tayı-bərabəri olmayan vandallıq aktları törədiblər. İllər əvvəl bütün bunlarla bağlı Azərbaycanın beynəlxalq qurumlara etdiyi şikayətlər öz təsdiqini tapdı. Dünyanın bir sıra aparıcı media qurumları hazırladığı videoreportajlarda erməni vəhşiliyi bütün çılpaqlığı ilə özünü göstərir. Gör bunlar necə vəhşi məxluqdular ki, tərk etdikləri, qanunsuz olaraq məskunlaşdıqları yerləri, oradakı tikililəri, meşələri od vurub yandırırlar. Ağacları kütləvi şəkildə kəsirlər. Ümumilikdə, onların etdiyi bütün vandallıqları dünya görür və ermənilərin hansı xislətə sahib olduqları aydınlaşır. Bir sözlə, azad edilmiş rayonlarda qanunsuz məskunlaşma, mədəniyət abidələrinin məhvi, torpaqların yandırılması, təbii sərvətlərin talan edilməsi barədə Azərbaycanın illər öncə beynəlxalq miqyasda qaldırdığı məsələlər öz təsdiqini tam tapır. Dünya görür ki, Azərbaycan hər şeyi düz deyirmiş.

  • Hara ermənilərin ayağı dəyibsə, ora saxtalaşdırılıb

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, dünya son bir neçə gündə ermənilərin əsl vandallıqlarını gördü: “Neçə illər idi ermənilər saxta miflər əsasında öz tarixlərini uydururdular. Onlar ətrafda yaşayan xalqlar barədə o qədər saxta fikirlər uydurublar ki, bu heç bir əndazəyə sığmır. Gürcülər, türklər və digər xalqlarla bağlı çoxsaylı uydurma ilə çıxış edirlər. Ancaq ermənilərin Azərbaycan xalqına etdiklərinin həddi-hüdudu yoxdur. Hara ermənilərin ayağı dəyibsə, ora saxtalaşdırılıb. Həm qədim yazıları korlayıblar, həm də qədim abidələri oğurlayıblar. Xristian abidələrinin xarici görkəmini dəyişdiriblər. Sözügedən abidələri erməniləşdirməkdən ötrü saxtalaşdırıblar. Müsəlman dininə aid olan abidələri məhv edib sıradan çıxarıblar. Xocalı kurqanlarından tutmuş, son dövrlərə aid olan bütün abidələri məhv ediblər. O cümlədən, yerüstü türbələri dağıdıb yer üzündən siliblər. Eyni zamanda, qədim abidələrin əksəriyyətini əvvəllər silah anbarlarına çeviriblər. Daha sonra onlardan heyvanları saxlamaq üçün tövlə kimi istifadə ediblər. Məscidlərimizi təhqir etdilər, mütəfəkkirlərimizin abidələrini dağıtdılar, güllələdilər. Ermənilər dünyada nə qədər mənfur hərəkətlər varsa, onu Azərbaycan torpaqlarında ediblər. Əvvəllər bunu dəfələrlə deyirdik, amma mənfur qonşularımız olan ermənilər bunu inkar edirdilər. Dünya dövlətləri, beynəlxalq qurumlar dediklərimizi qəbul etmək istəmirdilər. İndi isə bütün dünya gördü ki, ermənilər necə vandaldırlar. Bu azmış kimi, Suriyadan, Livandan erməni əsilli şəxsləri işğal altındakı ərazilərə köçürdülər. Hətta onlardan digər məqsədlər üçün də istifadə etdilər. Söhbət həmin ermənilərdən terrorçu kimi istifadə etməkdən gedir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində ermənilərin bütün iç üzü açıldı. Bütün yalanları ortaya çıxdı. Əvvəllər ermənilər tarixi abidələrin məhv edilməsini etiraf etmirdilər, amma ərazilər işğaldan azad ediləndən sonra məlum oldu ki, bütün tarixi abidələr məhv edilib. Eyni zamanda, tarixi abidələr saxtalaşdırılıb”.

Professor onu da qeyd etdi ki, bütün bu etdikləri cinayətlərə görə ermənilər beynəlxalq məhkəmədə cavab verməlidirlər.

Vidadi ORDAHALLI

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ