Bazar günü günü, 29 noyabr 2026
     

NATO və Rusiya Ukraynada yeni güc sınağına başlayır

Image


NATO-nun Ukraynanı öz sıralarına qəbul etmək niyyəti və bu prosesin hətta ölkənin şərqində məlum hadisələr fonunda baş verə biləcəyinə dair iddiaların ortaya çıxması şimal qonşumuzla Qərb dövlətləri arasında onsuz da gərgin olan vəziyyəti getdikcə daha da pisləşdirir. Xatırladaq ki, Rusiya Ukraynada sabit vəziyyətin yaranması üçün bu ölkənin şimal alyansının üzvü olmayacağına dair NATO-dan təminat istəyir.
Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukraynanın NATO-ya qoşulması haqqında heç kəsin fikirləşməyəcəyi barədə 100 faizlik zəmanət istəyir. Peskov NATO-nu Rusiya sərhədlərinə yaxınlaşaraq tarixi vədini yerinə yetirməməkdə də ittiham edib və deyib ki, alyans güc balansını pozmağa çalışır: "NATO-nun Rusiya sərhədlərinə getdikcə yaxınlaşması Moskvanı narahat edir". NATO-nun rəsmi nümayəndəsi Oana Lunqesku Peskovun bəyanatından təəccübləndiyini bildirir: "Rusiya rəsmi şəxsinin belə bəyanatı məni təəccübləndirir. Bəyanat reallıqdan uzaq və Rusiyanın özünün də imzaladığı beynəlxalq öhdəliklərin pozuntusudur". Onun sözlərinə görə, Ukrayna 2010-cu ildən bloklara qoşulmamaq siyasətini həyata keçirməyə qərar verib: "NATO Ukraynanın suveren qərarlarına hörmət edir və Rusiya da bunu etməlidir. Ukraynanın NATO-ya üzvlüyünə gəlincə, ittifaqın liderləri Uels sammitində bildirdilər ki, NATO "açıq qapı" siyasəti həyata keçirir və bu, ittifaqın ən böyük müvəffəqiyyətlərindən biridir. Genişlənmə üzrə qərarlar NATO-nun özünə aiddir".
Bütün bunlar Ukraynaya görə NATO və Rusiya arasında ziddiyyətləri daha da dərinləşdirir. İndiki halda Rusiya Ukraynanın şərqində vəziyyəti daha gərgin hala gətirməklə Kiyevin NATO-ya gedən yolunu birdəfəlik bağlamaq niyyətindədir. Elə bunun nəticəsidir ki, Ukraynanın şərqində separatçılarla hökumət qüvvələri arasında qarşıdurma iki ay əvvəl Belarusun paytaxtı Minskdə əldə edilən atəşkəsi təhlükəyə atır. ABŞ-ın Ukrayna siyasətinin tənqidçiləri indi Obama administrasiyasının zorakılıqlarla müşayiət edilən atəşkəsdən əl çəkib, Rusiya ilə yeni razılıq əldə etməsi vaxtının çatdığını deyir. Donetskdə gedən döyüşlər və NATO-nun Rusiya qüvvələrini Ukraynaya yerləşdirdiyini deməsindən sonra Ukrayna hökuməti separatçılara qarşı yeni hücum planı hazırlayır. Ehtimal olunur ki, bu məsələdə NATO da Ukraynaya yardım edir. Elə buna görə də Rusiya Ukraynanın şərqində hərbi cəhətdən möhkəmlənməkdə davam edir. ABŞ-ın "Foreign Policy" nəşri yazır ki, Rusiyanın yeni hərbi texnikası Donetsk ətrafına çatıb. ABŞ nəşrinin yazdığına görə, Donetskdən şərqdə yerləşən Toreze şəhərində "Leopard" 1RL232 yerüstü artilleriya kəşfiyyat stansiyası və "Rıs" 1RL239 silahları yerləşdirilib. Hərbi ekspertlərin fikrincə, bu silahlar Rusiya tərəfindən dəstəklənən separatçıların arsenalını ciddi şəkildə gücləndirəcək. Sözügedən zirehli və silahlı radiolokasiya kompleksləri düşmən qüvvələrinin yerdəyişmələrini, həmçinin vertolyot və pilotsuz təyyarələrin hərəkətlərini izləmək imkanına malikdir. Bu silahlar, həmçinin, düşmən hədəflərinin dəqiq nişan alınması funksiyasını icra edir. ABŞ nəşrinin qənaətinə görə, Putin, çətin ki, ağır sanksiyalardan çəkinərək özünün imperiya layihəsinin iflası ilə barışmağa hazır olacaq: "Hazırda Qərbin əsas diqqəti Yaxın Şərqə yönəlib. Avropa Birliyi inandırır ki, sanksiyaları gücləndirməyi planlaşdırmır. Qərb, həmçinin, Ukraynaya sızan Rusiya qoşunları haqqında xəbərlərdən təngə gəlib. Rusiya lideri isə güman edir ki, onun uduşuna zəmanət verilib".
ABŞ dövlət katibinin yardımçısı Erik Rubinin dediyinə görə, bu vəziyyət çox təhlükəlidir və Minsk sazişinə əməl edilməsi, bufer zona yaradılması və xarici döyüşçülərin Ukraynadan çıxarılması vaxtı çatıb: "Rusiya Federasiyası ilə məhəl qoyulmayan bir razılıq əldə edilib. Bu razılığa qayıdılmalıdır. Beləliklə gərginlikləri və zorakılıqları azaltmaq və tərəflərin qəbul edəcəyi güzətlər əldə edilməsi mümkün olacaq". Respublikaçı konqresmen Stiv Stokman isə qeyd edir ki, Qərb Ukrayna qüvvələrinə silahla yardım etməsə, zorakılıqlar heç vaxt səngiməyəcək: "ABŞ Dövlət Departamenti və prezidentin nəzər nöqtəsi yanlışdır. Onlar susmağın daha yaxşı yol olduğunu düşünür. Bu, azadlıq sorağında olan Ukrayna xalqına qarşı yanlışlıqdır.
Bizim prezidemtimiz isə buna əhəmiyyət vermir". Bu fonda amerikalı ekspert Keyt Darden Minsk razılığı işləmədiyi üçün digər bir razılığa ehtiyac olduğunu bildirir: "Minsk razılığının əhəmiyyəti yoxdursa, biri digərinə razılığı sən imzaladın deyirsə, Ukrayna hökuməti və Rusiya razılığın şərtlərinə əməl etməmiş olur.
Separatçılar da eyni mövqedən çıxış edir. Sülh yalnız kağızda qalırsa, diplomatik yollar axtarılırsa, bu özü problem deməkdir". Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirir ki, NATO və Avropa Birliyində "çubuq intizamı" hökm sürdüyündən belə vəziyyət yaranıb: "NATO və Avropa Birliyinin üzvləri qərarları bir səslə qəbul edirlər. Bu ona görə baş verir ki, bu qurumlarda "çubuq intizamı" hökm sürür. Hər şey elə gözəl qablaşdırılıb ki, qərarlardan hamının razı olduğu təəssüratı yaranır. Əslində biz bilirik ki, bu strukturlarda yekdillik necə təmin olunur". Bununla Lavrov NATO və Avropa Birliyinin ABŞ tərəfindən idarə olunduğunu bildirib. NATO qoşunlarının Avropadakı baş komandanı Filip Bridlav Almaniyanın "Frankfurter Allgemeine" qəzetinə bildirib ki, Ukraynada Rusiyanın dəstəklədiyi separatçıların hədəfi daha dəqiq sərhədlərlə regionun yaradılmasıdır. Onun sözlərinə görə, ən yaxın həftələr və ya aylarda Ukraynanın şərqində separatçılar nəzarət etdiyi əraziləri genişləndirmək üçün hərbi əməliyyatlara başlaya bilər: "Avtomobil yollarının bir hissəsi separatçıların nəzarət etdiyi zonadan kənar keçir. Bundan başqa, onlar Donetsk aeroportuna nəzarət etmir və dənizə çıxışa malik deyillər. Buna görə də ehtimal etmək olar ki, Rusiyanın hazırda separatçılara çatdırdığı silahlar onlara təchizat yollarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcək".
Ekspertlər hesab edir ki, Rusiya və ABŞ arasında vəziyyət düzəlməyənə qədər belə gərgin vəziyyət hökm sürəcək. Rusiya prezidenti Vladimir Putin isə ABŞ-la münasibətlərin yaxşılaşması şərtlərini açıqlayıb. O, ölkəsinin Birləşmiş Ştatlarla hörmətə əsaslanan münasibətləri olmasını istədiyini deyib. Kremldə Rusiyaya səfir təyin edilmiş diplomatların etimadnamələrinin qəbulu mərasimində danışan Putin deyib ki, Rusiya Birləşmiş Ştatlarla bir-birinin maraqlarına hörmət, bərabər hüquqlu münasibətlər və bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə əsaslanan praktiki əməkdaşlığa hazırdır.
O, iki ölkənin beynəlxalq təhlükəsizlik və sabitliyin təmin edilməsi, eləcə də qlobal risq və təhlükələrə cavab verilməsi kimi xüsusi məsuliyyət daşıdığını bildirib.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ