“Ağır məğlubiyyətdən sonra erməni dövləti necə olacaq” sualına dəqiq cavabı erməni təhlilçi jurnalistlər verir

Əli Orucov: “Nə qədər ki, ermənilər xəstə ideologiyanın əsiridirlər, onların gələcəyi yoxdur”

img

Erməni mediası yazır ki, 44 günlük müharibədə məğlub olduqlarına görə Ermənistanla bağlı çox şey dəyişəcək. Sözügedən məsələ ilə bağlı bir sıra məqamlara toxunulub.

 

Qeyd edilir ki, Ermənistan rəsmilərinin əsaslı səhvləri nəticəsində tezliklə ağır bir gerçəkliklə qarşılaşacaqlar. Bu isə artıq tam fərqli situasiya formalaşdıracaq. Beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan ölkə mətbuatına açıqlamasında deyib ki, xarici siyasət prioritetimiz yalnız təhlükəsizlik faktoru olacaq və hər şey bunun ətrafında dönəcək, eyni zamanda qurulacaqdır: “Ermənistan beynəlxalq hüququn subyekti və "az-çox" müstəqil dövlət - aktor kimi çökəcək. Artıq özümüzü bölgədə bir deyil, iki Ermənistan dövlətinin təhlükəsizliyini təmin edən, döyüşə hazır orduya sahib bir dövlət kimi göstərə bilmərik. Artıq Ermənistan “Artsax”ın təhlükəsizliyinin qarantı deyil, bu da bölgədəki kompleks təhlükəsizlik balansında dəyişiklik nəzərdə tutur. Bundan sonra Ermənistan öz təhlükəsizliyinin də qarantı deyil. Ermənistan artıq daha güclü bir dövlətlə mübarizə aparan və qələbə qazanan bir dövlət kimi görünməyəcək. Artıq çoxşaxəli, balanslı və tamamlayıcı xarici siyasətimiz olmayacaq. Xarici siyasətimiz "fürsətcillik" olacaq. Qurulan geosiyasi və regional reallıqlara uyğunlaşacağıq”.

Göründüyü kimi, 44 günlük müharibədə məğlub olmaları Ermənistan dövlətçiliyinin gələcəyi ilə bağlı bir sıra sualların yaranmasına səbəb olub. Ölkənin ən aparıcı təhlilçiləri belə Ermənistanın gələcəyi ilə bağlı bədbin fikirdədirlər.

  • “Erməni tərəfi nəticələrin belə olacağını təsəvvür belə etmirdi”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, Azərbaycan Ordusu Ermənistana elə zərbə vurdu ki, çətin bir də özlərinə gəlsinlər: “Məsələ ondadır ki, 44 günlük müharibə təkcə hərbi nöqteyi-nəzərdən Ermənistana zərbə olmadı. Bu döyüşlər bir sıra həqiqətlərin ortaya çıxmasına, yalan üzərində qurulan erməni miflərinin dağılmasına səbəb oldu. Heç şübhəsiz ki, bu hələ uzun müddət erməni cəmiyyətində dərin böhran yaradacaq. Onlar elə bilirdilər ki, Azərbaycan hərbi əməliyyatlara başlayandan sonra bütün dünya onların tərəfini tutacaq. Erməni tərəfi nəticələrin belə olacağını təsəvvür belə etmirdi. Nə erməni dövləti, nə müxalifət və nə də cəmiyyət bunu gözləmirdi. Çünki ikili standartlar, aparıcı dövlətlərin işğalı görməzdən gəlmələri ermənilərdə görünməmiş arxayınçılıq sindromunun yaranmasına səbəb olmuşdu. Eyni zamanda, onlar çox azğınlaşmışdılar. Ancaq bəlli oldu ki, dünyanın ən aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünü heç də formal olaraq tanımırlar. Heç bir ölkə ermənilərin yerinə döyüşən deyil. Nə qədər ki, ermənilər xəstə ideologiyanın əsiridirlər, onların gələcəyi yoxdur. Zatən, ermənilər indiyə qədər böyük dövlətlərin yedəyində gedirdilər. Əvvəl yenə, az-çox, Rusiya-Qərb arasında manevr edirdilər. Hesab edirəm ki, artıq bu imkandan da məhrum olublar”.

Partiya funksionerinin fikrincə, nə qədər ki erməni cəmiyyəti xəstə təfəkkürdən xilas olmayıb, onların gələcəyi yoxdur.

Vidadi ORDAHALLI

Son xəbərlər