çərşənbə günü, 14 oktyabr 2026
     

“Məşhur” Xocalı qatilinin beynəlxalq axtarışa verilməsi genosidin tanıdılması yolunda mühüm addım kimi...

Image


1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistanın terrorçu silahlı dəstələri tərəfindən xalqımıza qarşı genosid aktı həyata keçirilib, Xocalı soyqırımı baş verib. O qanlı, dəşhətli gecədə azərbaycanlılara qarşı soyqırım törədənlərdən biri də hərbi cinayətkar, faşist Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyandır. Azərbaycan artıq S.Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib.

Təqsirləndirilən şəxs barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırım) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında təqdimata baxılıb və təmin edilib. Məhkəmənin qərarı ilə S.Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. Onun saxlanması üçün barəsində beynəlxalq axtarış elan edilib.

Qeyd edək ki, həmçinin, S.Ohanyanla bağlı cinayət işi Hərbi Prokurorluqda istintaq edilir.

Baş Prokurorluq Ermənistanın keçmiş müdafiə nazirinin axtarışa verilməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan baki-xeber.com-a verilən məlumata görə, S.Ohanyanın axtarışa verilməsinə dair cinayət işi hazırda Respublika Hərbi Prokurorluğunda istintaq edilir.

Xocalı soyqırımını törədənlərdən biri olan Seyran Ohanyanın Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilməsi Xocalı soyqırımının dünyada tanıdılması yolunda mühüm bir addım kimi dəyərləndirilə bilərmi?

  • “Xocalı soyqırımının dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail ola biləcəyik”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi icmalçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Respublikasının prokurorluq orqanları, bütövlükdə, dövlətimiz tərəfindən Xocalı soyqırımının törədilməsində əli olan cinayətkarların, o cümlədən də Ohanyanın da cinayət məsuliyyətinə cəlb edilməsi ilə onun barəsində beynəlxalq  axtarışın verilməsi müsbət haldır. “Bütün hallarda, Azərbaycan cinayətkarları cəzasız qoymamalıdır. O cümlədən də Xocalıda əli azərbaycanıların qanına batan hərbi cinayətkar S.Ohanyan da cəzasız qalmamalıdır. Bilirsiniz ki, Azərbaycanın aidiyyəti qurumları bundan əvvəl də Azərbaycan xalqına qarşı soyqırım cinayətlərində əli olan cinayətkarlar barədə hüquqi prosedurun həyata keçirilməsinə başlanıb. Özünü qondarma “DQR”in “prezidenti” kimi qələmə verən cinayətkar Araik Arutunyan da Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. Mənə elə gəlir ki, Ohanyanla, digər hərbi cinayətkarlarla əlaqədar olan bu məsələ daim gündəmdə olmalıdır. Bilirik ki, vaxtilə Xocalı soyqırımı ilə bağlı komissiya yaradılmışdı, bir sıra qərarlar qəbul edilmişdi. Bu komissiyanın da fəaliyyətini yenidən canlandırmaq lazımdır ki, biz bütün cinayətkarları - Ohanyanı, Köçəryanı, Balayanı, Sarkisyanı və digərlərini cinayət məsuliyyətinə cəlb edək və törətdikləri soyqırım cinayətlərinə görə onları ağır şəkildə cəzalandıraq. Bu prosesi yenidən beynəlxalq aləmin diqqətinə çatdırmaqla bu cinayətkarların cəzalandırılmasına nail olmalıyıq. Bu gün Azərbaycan prokurorluq orqanları tərəfindən Xocalı qatillərindən biri olan Seyran Ohanyan barədə cinayət işinin açılması və onun beynəlxalq axtarışa verilməsi çox mühüm addımdır. Bizim Xocalı soyqırımını gündəmə gətirməyimiz həm hüquqi-siyasi, həm də mənəvi-psixoloji anlamda çox vacibdir. Biz bu faktı gündəmə gətirməklə Xocalı soyqırımını törədən canilərin kimliyini, onların törətdikləri bəşəriyyət, insanlıq əleyhinə cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmış oluruq. Bu istiqamətdə təbliğatımızı, fəaliyyətimizi daha da gücləndirməliyik, Ermənistan da, beynəlxalq ictimaiyyət də görsünlər ki, biz Xocalı qətliamını törədən hər bir cinayətkarın tutulub cəzalandırılmasında israrlıyıq və Xocalı soyqırımının dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən tanınması üçün daim mübarizə aparacağıq. Biz bu məsələdə israrlıyıq”.

F.Ələkbərli qeyd etdi ki, Xocalı soyqırımının dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmasında, əvvəlki dövrlərdə olduğu kimi, bu gün də qardaş Türkiyə prosesə qoşulmalıdır. “Biz bu məsələni daim gündəmdə saxlamalıyıq və ohanyanlar gec-tez bu cinayətlərə görə cəzalarını almalıdırlar. 44 günlük müharibədə Xocalı soyqırımını törədənlərdən bir çoxu cəzasını cəbhədə aldı, hərbçilərimiz tərəfindən öldürüldü. Qalanlar da hüquqi müstəvidə öz cəzalarını alacaqlar. Azərbaycan dövləti Türkiyə dövləti ilə əməkdaşlıq sayəsində bu məsələni daim gündəmdə saxlamalı və Xocalı soyqırımını törədənlərin başında duranlardan tutmuş, azərbaycanlıların qətliamında iştirak edən hər bir kəs cəzasını almalıdır. Bu prosesdə Azərbaycan ictimaiyyəti də aktiv olmalıdır. Biz bu addımları davam etdirməklə, gec-tez, həm bütün Xocalı qatillərinin cəzasını almasına və Xocalı soyqırımının dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail ola biləcəyik”.

F.Ələkbərli, həmçinin, vurğuladı ki, bütün bunlarla yanaşı, Ermənistana qarşı təzminat iddiası da qaldıracağıq və törətdiyi cinayətlərə görə düşmən dövlətdən təzminat alacağıq.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ