çərşənbə günü, 14 oktyabr 2026
     

Azad torpaqlarımızda misilsiz erməni cinayətləri barədə ilk rəsmi mötəbər xəbər qaynağı Prezident özüdür - informasiya müharibəsində yeni tutarlı üsul...

Image


Düşmən tapdağından azad olunan rayon və şəhərlərə şəxsən Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva gedirlər. Prezident və birinci xanım Füzulidən, Cəbrayıldan sonra Ağdama səfər etdilər.

Bundan sonra işğaldan azad edilən Kəlbəcərə və digər rayonlara  gedəcəklər. Bu səfərlərdə rayonlara ermənilərin vurduğu zərbənin izləri barədə ilk rəsmi məlumatları Prezident şəxsən özü verir. İlk məlumatları onun özü verdiyi üçün bunların mötəbərliyinə heç kim şubhə edə bilməz və bu faktor dağıntılar ətrafında ermənilərin cürbəcür manevrlərinin qarşısını alır. Yəni ermənilər heç nəyi saxtalaşdıra bilmızlər. Dünya görür ki, ən mötəbər məlumatları Prezident özü yayır.

Dağıntılar barədə ilk rəsmi mötəbər məlumatların məhz Prezident tərəfindən dünyaya bəyan edilməsinin strateji əhəmiyyəti nədir?

  • “Bütün beynəlxalq təşkilatlar, ekspertlər, müşahidəçilər cənab Prezidentin özünün şəxsən təqdim etdiyi bu faktların şahidi olurlar”

“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, politoloq Rasim Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısının informasiya müharibəsində açdığı yeni yol Ermənistanın bütün cinayətlərinin beynəlxalq ictimaiyyət qarşısında ifşa edilməsidir. “Əvala Prezident müharibə dövründə qətiyyətlə tələb etdi ki, Paşinyan özü şəxsən qrafik versin, Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından nə zaman çıxaracaq, biz onda müharibəni dayandıracağıq. Bu fikrin arxasında duran o siyasi gediş, siyasi uğur və siyasi strategiya ona hesablanmışdı ki, Ermənistan rəhbərliyi öz imzası ilə işğal etdiyi ərazilərdəki qoşununu geri çağırır, buna razılaşır və konkret qrafik verir. Bu baş verdi, Paşinyan öz imzası ilə Ermənistanın işğalçı olduğunu və özünün işğalçı hərbi birləşməsinin Azərbaycan ərazisindən çıxarılmasını təsdiqlədi. Üçtərəfli bəyanat hüquqi sənəddir və bu sənədi digər tərəfdən də həm Ermənistanın qarantı, həm regionda güclü, nüfuzlu dövlət, həm də Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Rusiyanın təsdiq etməsi Ermənistanın işğalçılığının təsdiqi idi. Bu, Azərbaycanın növbəti hüquqi prosedurları başlatması üçün çox vacib idi. Belə də oldu. Bu həm Rusiya Prezidentinin şahidliyi ilə Ermənistanın imzaladığı təslimçilik sənədidir, həm də işğal faktorunun rəsmiləşdirilməsidir və bu, Azərbaycanın növbəti hüquqi prosedurları üçün çox ciddi bir faktdır, rəsmi sənəddir. Yəni Azərbaycan Ermənistan tərəfini bu faktlar əsasında beynəlxalq məhkəməyə verdikdə bu, çox ciddi hüquqi rəsmi sənəddir” - deyə müsahibimiz bildirdi.

R.Quliyev, həmçinin, vurğuladı ki, ikinci tərəfdən, bu, Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində, bütün rayon və kəndlərində çox amansızlıqla, vandalcasına dağıntılar həyata keçirməsinin sübutudur: “Ermənistanın işğalından azad edilən ərazilərimizə baxanda adam dəhşətə gəlir. Düşmən hər yeri darmadağın edib, bununla kifayətlənməyərək daşları da söküb aparıblar.

Cənab Prezident və Birinci xanım işğaldan azad edilən rayonlarımıza səfər edirlər. Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi vandalizm, faşizm aktları, dağıntlar haqqında şəxsən cənab Prezidentin özü tərəfindən daxili və beynəlxalq ictimaiyyətə, aidiyyəti ekspertlərə məlumatın təqdim edilməsinin əhəmiyyəti və təsir gücü böyükdür. Prezident tərəfindən verilən bu məlumat artıq rəsmi təqdimatdır. Digər tərəfdən, erməni vandalizmi Azərbaycanın birinci şəxsi, Ali Baş Komandanı, lideri tərəfindən rəsmi şəkildə bütün beynəlxalq ictimaiyyətə çatdırılır. Əlbəttə, bu faktların Azərbaycan Prezidenti tərəfindən səsləndirilməsinin strateji əhəmiyyəti böyükdür. Bütün beynəlxalq təşkilatlar, ekspertlər, müşahidəçilər cənab Prezidentin özünün şəxsən təqdim etdiyi bu faktların şahidi olurlar. Prezidentin dilindən çıxan hər bir kəlmə, hər bir sözün səhihliyi, dəqiqliyi beynəlxalq ictimaiyyətə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi cinayətlərlə bağlı verilən rəsmi informasiyadır.

Bölgədə Rusiyanın beynəlxalq sülhyaratma missiyası var. Eyni zamanda da Azərbaycanda akkreditasiya olunan beynəlxalq təşkilatların, xarici diplomatik korpusların, hərbi attaşelərin, həmçinin də beynəlxalq KİV qurumlarının təmsilçilərinin işğaldan azad olunan Füzuli rayonuna səfərinin təşkil edilməsi faktı da çox əhəmiyyətlidir. Cənab Prezidentin tapşırığına əsasən, bu missiya işğaldan azad edilən rayonlarımızda oldu. Burada məqsəd erməni vandalizminin beynəlxalq ictimaiyyətə tam şəkildə təqdim edilməsidir. Söz yox ki, bu istiqamətdə növbəti addım beynəlxalq qurumların rəsmi olaraq nümayəndələrinin işğaldan azad edilən ərazilərimizə dəvət edilməsi və onların bu faktlar üzrə qiymətləndirmələrinin həyata keçirilməsi olacaq. Bununla da Azərbaycan Ermənistanı həm bu dağıntılara, həm işğal faktına, həm 30 il müddətində ölkəmizə vurduğu iqtisadi zərərə, həm də hərbi cinayətlərə görə beynəlxalq məhkəməyə verəcək. Təbii ki, bizim Ermənistandan çox ciddi təzminat tələbimiz olacaq. Düşünürəm ki, məğlub olan Ermənistanın törətdiyi cinayətlərlə, dinc, mülki əhalimizi qadağan olunmuş silahlardan atəşə tutub qətlə yetirməsi ilə bağlı bütün faktlar beynəlxalq təşkilatlara, aləmə çatdırılıb”.

R.Quliyev qeyd etdi ki, Ermənistanın beynəlxalq aləm qarşısında Azərbaycana və digər ölkələrə qarşı əsassız ərazi iddiaları irəli sürdüyünə və bu ölkənin hərbi doktrinasında Azərbaycan və Türkiyə ərazilərininə qarşı hədəflərinin təsdiq edildiyinə görə Azərbaycan tərəfi Ermənistanı məhkəməyə verərkən bu məsələni qoymalıdır: “Ermənistanın hərbi doktrinasında və siyasi hədəfində bizim ərazilərimizə qarşı əsassız iddialar olduğuna və bu fakt təsdiqləndiyinə görə Ermənistana ordu saxlamaq qadağan olunmalıdır. Bizim ixtiyarımız var ki, beynəlxalq məhkəmə qarşısında bu faktları təqdim etməklə Ermənistana ordu saxlamasının ya məhdudlaşdırılmasını, ya da ordu saxlamasının qadağan edilməsini tələb edək. Çünki Ermənistanın hərbi doktrinasının, ordusunun əsasını işğalçılıq təşkil etdiyinə görə bu ölkə həm bu əməli fakt olaraq həyata keçirib, həm də siyasi cəhətdən bəyanatlar səsləndirib. Buna görə də Azərbaycan qonşuluğunda olan bu ölkənin ordu saxlamasının qadağan edilməsi ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməlidir. Hesab edirəm ki, Azərbaycan dövləti olaraq bu addımı atmalıyıq”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ