“Ümid” qəsəbəsinin bir qrup sakini Prezident İlham Əliyevə - “Şücaətiniz danılmazdır”

img

“30 ildir həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad etdiyiniz üçün bütün Azərbaycan xalqı adından Sizə təşəkkür edirik.

Sizin rəhbərliyiniz və şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində bütün yurd yerlərimiz qısa bir müddət ərzində azadlığa qovuşdu. Siz Azərbaycan xalqını nəinki ölkəmizdə, hətta bütün dünya miqyasında tanıdan dövlət xadimi kimi tarixə düşdünüz. Xalqımızın xəyallarında canlandırdığı arzu və istəkləri öz cəsarətiniz, sarsılmaz iradəniz, uzaqgörənliyiniz və idarəçilik məharətinizlə həyata keçirdiniz.

Sizin göztərdiyiniz şücaət danılmazdır. Siz xalqımıza dəyər verən və Azərbaycan tarixinə öz adını qızıl hərflərlə həkk etdirən bir sərkərdəsiniz. Yaşasın Azərbaycanın əsl Milli Qəhrəmanı İlham Əliyev və müzəffər Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

Bu fikirləri Bakının Qaradağ rayonunun Ümid qəsəbəsindən Məcburi Köçkün və Müharibə Veteranlarına Dəstək İctimai Birliyinin Ümid filialının sədri və üzvləri Quliyev İlqar, Alıyev Şəfi, Həşimov Aydın, İsmayılov İsmayıl və Cavadov Hüseyn Prezident İlham Əliyevə müraciətlərində bildirib.

Baki-xeber.com

Son xəbərlər