“LUKoyl” 9 noyabrda Ermənistanda vurulmuş helikopterin ekipaj üzvlərinin ailələrinə xeyriyyə yardımı ayırdı...

img

“LUKoyl” Şirkətinin xarici mətbuat xidməti adından Nika Krasilovanın “Bakı-Xəbər”in elektron poçt ünvanına verdiyi məlumata görə, “LUKoyl”un xeyriyyə fondu 9 noyabrda Ermənistan üzərində vurulmuş Rusiya helikopterinin ekipaj üzvlərinin ailələrinə 10 milyon rubl yardım ayırıb, bundan əlavə, onlardan birinin ailəsi üçün Voronejdə mənzil tutacaq. Ekipajın ziyan çəkmiş üzvü, baş leytenant Vyaçeslav Qryazin kompaniyadan 5 milyon rubl yardım alacaq.

Məlumatda deyilir ki, “LUKoyl” faciəli hadisələrin qurbanlarına xeyriyyə dəstəyini mütəmadi olaraq göstərir. Belə ki, kompaniya 2016-cı ildə Rusiya ordusunun Akademik mahnı və rəqs Ancambılının artistləri təyyarə qəzasında həlak olduğu üçün onun yenidən qurulmasına vəsait ayırmışdı. Çox qısa müddətdə kollektivin yeni tərkibi quruldu və konsert fəaliyyəti yeniləşdirildi.

Bundan başqa, “LUKoyl” və “LUKoyl - A” agentliyinin birgə qərarı ilə 2018-ci il fevralın 3-də Suriyada döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş hərbi təyyarəçi, 187-ci qvardiya hücum aviasiya alayının eskadrilya komandiri Roman Filipovun ailəsinə daimi yardım göstərilir.

Nika Krasilovanın göndərdiyi xəbərdə belə deyilir.

Hazırladı: Namiq QULİYEV

Son xəbərlər