çərşənbə günü, 14 oktyabr 2026
     

Əsarətdən qurtulmuş Ağdamın tarixi memarlıq və arxitektura abidələri azərbaycançılığın pozulmaz daşıyıcıları kimi...

Image


Ağdam azərbaycançılıq ideologiyasının formalaşmasında xidmətləri olan onlarca şəxsiyyət, fikir adamı, ictimai-siyasi, ədəbiyyat, mədəniyyət xadimi yetişdirən tarixi şəhərimizdir.

 

1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilir. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalayır, şəhərin əksər hissəsi məhv edilir və bunun nəticəsində əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olunur. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixdə Dağlıq Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən, Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olub. Bununla da şəhərin işğalına son qoyulub.

  • Erməni təcavüzü nəticəsində Ağdamın və ağdamlıların yaşadıqları dəhşətlər...

1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazandı, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşdü.

  • Ağdam adının mənşəyi...

Alimlər Ağdam adının mənşəyi haqqında müxtəlif fikirlər söyləyirlər. Bəzi mənbələrə görə, Ağdam sözü qədim türk dilində “kiçik qala” deməkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə, bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün, bir növ, oriyentirə çevrilib. Bu mənada, Ağdam  günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Şəhərin rəsmi olaraq salınması bəzi mənbələrdə 1741-ci il, bəzilərində isə 1752-ci il kimi qeyd olunur. 1828-ci ildə Ağdama şəhər statusu verilib.

  • Qarabağ müharibəsinin ilk günlərindən ən böyük ağırlıq Ağdamın üzərinə düşürdü

Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə düşürdü. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi.

  • “Qafqazın Xirosiması” - Ağdam…

2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Xirosiması” adlandırıb. 2010-cu ildə “Əl-Cəzirə”nin internet nəşri Ağdamı “ruhlar şəhəri” siyahısına salıb. 2010-cu ildə qondarma Dağlıq Qarabağ rejiminin qərarı ilə Ağdam şəhəri “Akna” adlandırılıb. 20 noyabr 2020-ci ildə Ağdam rayonu Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

  • Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində…

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir.

Bəyanatda nəzərdə tutulduğu kimi, Ağdam rayonu noyabrın 20-nə Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub.

Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xəttindən ibarət olmuş və müasir standartlar tətbiq edilməklə hazırlanıb. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi.

Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərmizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.

Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Bundan sonrakı qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhvil verilməsi prosesi də uğurla başa çatacaq.

Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı.

  • Düşmən tərəfindən dağıdılan Ağdam...

Ağdam işğaldan azad edilib. Düşmən Ağdamı tamamilə yerlə-yeksan edib. Mülki obyektlərimizi, tarixi mədəniyyət irsimizi, dini inanc yerlərimizi, məscidlərimizi, türbələrimizi məhv edən düşmən bu cinayətləri Ağdamda da həyata keçirib.

Ağdamda yerləşən məscidlərdən Cümə məscidi və Şahbulaq məscidini qeyd etmək olar. Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan məscidləri dağıdılaraq təhqir olunub, heyvanların saxlandığı yer olaraq istifadə edilib. 2016-cı ildən Ağdam Cümə məscidi ermənilər tərəfindən hərbi qərargaha çevrilib. Düşmənin 27 il davam etdirdiyi cinayətlərin qarşısı artıq alınıb. Ağdam Cümə Məscidinin üzərində Azərbaycan bayrağı dalğalanır və artıq bu müqəddəs məkanda ilk azan səslənib və bununla düşmənin layiqli cavabı verilib. 

Qeyd edək ki, Ağdamda Qarabağın XIX əsr dini memarlığının monumental örnəklərindən biri inşa edilib. Ağdamın Cümə məscidi olan bu abidəni 1868-1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği ucaldıb. O, orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq-inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaradıb.

  • Düşmən Ağdam memarlığını faşistcəsinə məhv edib

Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidəsi var. Onlardan XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalasını qeyd etmək olar. 1986-cı il iyul ayının 26-da açılan Çay evinin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov olub. Çay evi akademik Xudu Məmmədovun ideyası ilə inşa edilib. Bildiyimiz kimi, işğal dövründə düşmən Ağdamın məşhur çay evini də viran qoyub. 2015-ci il mayın 10-da Ağdam rayonu Quzanlı qəsəbəsində Çay evinin bənzəri tikilib.

Bildirək ki, 1962-ci ildə yaradılmış Ağdam Tarix-Diyarşünaslıq Muzeyində rayon ərazisində aşkar edilən arxeoloji tapıntılar, insanların yaşam tərzini, məşğuliyyətini özündə əks etdirən maddi mədəniyyət nümunələri, qədim əmək alətləri və əşyalar qorunub saxlanırdı. 2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ermənistan tərəfindən tamamilə dağıdılıb. 2001-ci ildən muzey öz fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında qismən bərpa edib.

Dünyada ikinci, MDB məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1983-cü il noyabr ayında fəaliyyətə başlayıb. Ağdam Çörək Muzeyində toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair çoxsaylı qiymətli kitab, əlyazma və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər də olub. Muzey eksponatlarının ən qədimi – eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı mərmi Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoydu və muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu.

Ağdam rayonunun işğala məruz qalan ərazilərində 107 kitabxana filialını özündə birləşdirən Rayon Mərkəzi Kitabxanası və 67 kitabxana filialı tamamilə məhv edilib, digər 40 kitabxana filialının yerləşdiyi binalar, fondlarında olan kitablar və inventarlar tamamilə yararsız hala düşüb.

1930-cu ildə şəhərdə park salınmağa başlayıb. Parkda fıstıq, meymun alması ağacı və rəqs meydançası var idi, lakin o parkları da düşmən tamamilə məhv edib.

Ağdam musiqi irsinin mühüm hissəsinə muğam daxildir. 1956-cı ildə Ağdamda Xosrov Fərəcovun rəhbərliyilə “Şur” ansamblı yaradılıb. 1985-ci ildən fəaliyyət göstərən Ağdam muğam məktəbi, “Qarabağ bülbülləri” ansamblı ilə dövlət tədbirlərində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər veriblər.

2014-cü ildə alman bəstəkarı və pianoçusu Hauschka fortepiano üçün yazılan “Ağdam” əsərini şəhərə həsr edib.

  • Qədim insan yaşayış məskənlərindən biri olan Ağdam...

Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Üçoğlantəpə, Leylatəpə və Üzərliktəpədə aparılmış arxeoloji qazıntılar da bunu təsdiq edir. Üzərliktəpə Qafqazda ilk şəhər tipli yaşayış məskəni də hesab edilir. Qədim alban tayfalarından olan qarqarlar da Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşıblar.

Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Xındırıstan kəndində yerləşən Üzərliktəpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu gümbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası tarixi memarlıq abidələrindəndir.

Onların əksəriyyəti işğal dövründə məhv edilib. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.

Ağdamda 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir.

Rayon ərazisində yerləşən Şahbulaq qəsri, Qutlu Xacə Musa oğlu türbəsi, Pənahəli xanın imarəti, Pənahəli xanın türbəsi, Ağdam Cümə Məscidi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.

  • Şahbulaq qəsrinin taleyi...

Qarabağ tarixçilərinin məlumatına görə, Qarabağ xanlığının banisi Pənahəli xan Ağdam şəhərinin 10 kilometrliyində “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında bir qəsr kompleksi saldırmış, daş və əhəngdən məscidlər, evlər, bazar və hamamlar tikdirib. İnşası 1751-1752-ci illərdə tamamlanmış bu kompleksdən indiyə bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Qəsr öz adını gursulu bulağın adından alıb. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına öz təsirini göstərib.

  • Qutlu Xacə Musa oğlu türbəsi...

Ağdamın Xaçındərbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi mövcuddur. Xalq arasında “Sarı Musa türbəsi” adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə, türbənin inşası 15 iyul 1314-cü ildə tamamlanıb. Abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunub...

Rayonun meşə fondu 4743 hektardır, işğal dövründə isə onların xeyli hissəsi Ermənistan tərəfindən məhv edilib. Ağdamda 85 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınmışdı. Bunlardan 71 ədədi Boyəhmədli kəndində idi, hündürlüyü 25 metr, yaşı isə 440 il təşkil edirdi. Rayon ərazisində ümumi sahəsi 732 ha olan Püstə meşəciyi qiymətli meşə sahələrindən idi. Nadir nəbatət obyekti olan həmin ağacların yaşı 370-400 il təşkil edirdi. Gördüyümüz kimi, düşmən Ağdamda daşı daş üstə qoymayıb. Amma çox tezliklə Ağdamın və işğaldan azad edilmiş digər şəhərlərimizin, rayonlarımızın, qəsəbələrimizin tamamilə yenidən qurulmasına, abidələrimizin bərpasına, milli-mədəni irsimizin tamamilə restavrasiyasına nail olacağıq.

Azərbaycançılığın əsas ünvanlarından biri kimi Ağdam da dünyaya işıq kimi düşəcək, “ruhlar şəhəri”ndən işıq şəhərinə çevriləcək.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ