çərşənbə günü, 14 oktyabr 2026
     

Azad torpaqlarımızda xarici diplomat və jurnalistlərin öz gözləri ilə gördükləri dəhşətli mənzərələr - missiyanın böyük strateji önəmi...

Image


Məlum olduğu kimi, ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelər, eləcə də beynəlxalq media qurumlarının təmsilçiləri Azərbaycanın Ermənistanın terrorçu silahlı birləşmələrinin işğalından azad edilən yaşayış məntəqələrinə gediblər və ermənilərin törətdikləri vandalizm aktlarını gözləri ilə görüblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur.

Bildirdiyimiz kimi, səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.

Diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət ediblər.

İlk öncə diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər. Onlar Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olub, 27 il ərzində törədilən vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər. Füzulidə yaşayış məntəqələri, qəbiristanlıqlar, tarixi, mədəni abidələr vəhşicəsinə dağıdılıb.

Daha sonra diplomatik korpusun nümayəndələri və hərbi attaşelər rayonun işğaldan azad edilmiş Yuxarı Əbdürrəhmanlı kəndində olublar. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə Ermənistan silahlı qüvvələrinin işğal dövründə bu kəndin ərazisində yerləşmiş hərbi hissəsinin ərazisini göstərib. A.Alıyev bildirib ki, buradan rayonun işğal altında olmayan ərazilərindəki mülki əhali daim atəşə tutulub, təsərrüfat işlərinin həyata keçirilməsinə imkan verilməyib. Ermənistan silahlı qüvvələrinin 27 il ərzində bu ərazidən mülki əhalini atəşə tutması nəticəsində ölənlər və yaralananlar olub.

Bundan başqa, bildiyimiz kimi, dünyanın tanınmış KİV nümayəndələri də işğaldan azad edilən ərazilərimizdə olublar. Ağdamda və digər azad olunan ərazilərimizdə olan xarici KİV nümayəndələri erməni vandallarının törətdikləri cinayətlərdən dəhşətə gəliblər.

Onu da bildirək ki, Qətərin məşhur “Əl-Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonundan reportaj yayımlayıb. Reportajda Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə Ermənistanın nəzarətində qalmış Ağdam rayonuna daxil olduğu bildirilir. Qeyd edilir ki, əldə edilmiş razılaşmaya əsasən, Ermənistan Ağdamı Azərbaycana geri qaytarıb.

Telekanalın Ağdama ezam olunmuş müxbiri rayonun dağıntılar altında qaldığını bildirir. O deyir: “Ağdamda dağıntılardan başqa heç nə yoxdur. Hətta şəhərin mərkəzi belə vandalizmə məruz qaldıqdan sonra tərk edilib. Buranın yerli əhalisi artıq geri qayıtmaq istəyir”.

Reportajda ərazinin minalandığı, yalnız bir neçə saat ərzində buradan 150-yə yaxın mina tapıldığı diqqətə çatdırılır.

Vurğulanır ki, Ağdamın bir zamanlar məşhur olan Mədəniyyət Mərkəzi də tamamilə dağıdılıb.

Azad torpaqlarımızda xarici diplomat və jurnalistlər öz gözləri ilə ermənilərin törətdikləri dəhşətli mənzərələri görüblər. Bu missiyanın böyük strateji önəmi nədir?

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSPBAM) rəhbəri Samir Adıgözəlli bildirdi ki, bu missiyanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfərinin təşkil edilməsinin, onların Ermənistanın bütün vəhşiliklərini öz gözləri ilə görməsinin siyasi və diplomatik, strateji tərəfdən böyük əhəmiyyəti var. S.Adığözəlli hesab edir ki, bunun əhəmiyyətli tərəflərindən biri də odur ki, yaxın zamanlarda Azərbaycan Ermənistana qarşı təzminat davası açanda düşmən ölkə yayına bilməyəcək, çünki onun Azərbaycan ərazilərində törətdiyi bütün müharibə cinayətlərinin qanlı izlərini beynəlxalq missiyanın təmsilçiləri gözləri ilə görüblər. “Cənab Prezidentin göstərişinə əsasən, belə bir tərkibdə missiyanın Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfərinin təşkil edilməsinin böyük əhəmiyyəti var. Bilirsiniz ki, cənab Prezident özü işğaldan azad edilən Füzulidə və Cəbrayılda səfərdə olarkən də əli ilə Ermənistanın viran qoyduğu yerləri, tikililəri göstərib dedi ki, baxın görün, biz necə bir düşmənlə üz-üzəyik. Doğrudan da Ermənistanın törətdiyi bu vəhşiliklər hansısa bir qəbilənin törətdiyi vandallığa bənzəyir. Əslində, bunu yalnız faşistlər edə bilərdi ki, bunu da Ermənistan faşistləri bizim torpaqlarda ediblər. Azərbaycan öz torpaqlarını düşmən təcavüzündən azad etməklə yeni bir dövrə qədəm qoydu. Üçtərəfli sazişə əsasən, noyabrın 25-nə qədər Kəlbəcər, dekabrın 1-nə qədər isə Laçın tamamilə boşaldılacaq və bu rayonlarımız da düşməndən tam olaraq təmizlənəcək, öz azadlığına qovuşacaq. Cənab Prezidentin tapşırığına əsasən, ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş ərazilərə getməsi və onların Ermənistanın törətdiyi vandalizm, vəhşilik aktlarını, cinayətlərini gözləri ilə görməsi, bu dəhşətli mənzərədən dəhşətə gəlməsi faktdır. Bu missiyanın işğaldan azad olunmuş ərazilərimizdə olması bizə imkan verdi ki,  Ermənistanın işğalçılıq, vəhşilik, vandallıq, faşist mahiyyətini beynəlxalq aləmdə növbəti dəfə ifşa edək. Eyni zamanda da missiyanın təşkil edilməsi və onların baş verənləri gözləri ilə görməsi Ermənistanın törətdiyi bu cinayətlərə görə Azərbaycana təzminat ödəməkdən heç cür yayına bilməməsinə şərait yaradacaq. Ermənistan terrorçu, mənşəyi nəməlum, insanlıqdan, humanizmdən uzaq bir ölkədir və o, bütün hallarda, törətdiyi cinayətləri inkar etməyə cəhdlər edə bilər, çünki bu ölkədən hər cür alçaq hərəkət gözləmək mümkündür. Bu gün artıq onu edə bilməyəcək, çünki beynəlxalq KİV nümayəndələri, xarici diplomatlar, hərbi attaşelər və bu missiyaya daxil olan şəxslər işğaldan azad edilən ərazilərimizdə ermənilərin törətdikləri vandalizmin izlərini gözləri ilə görüblər və bundan dəhşətə gəliblər. Füzuli, Ağdam, Cəbrayıl və digər ərazilərimiz düşmən tərəfindən tamamilə dağıdılıb. Bunu o missiya üzvləri açıq şəkildə görürlər. Bu gün dünyanın gözü qarşısında ermənilər bizim əraziləri tərk edərkən evlərə, məktəblərə od vurur, dağıdır, meşələri yandırır, ağacları kəsir və sair. Bütün bunlara görə düşmən ölkə cavab verəcək”.

S.Adıgözəlli vurğuladı ki, Ermənistanın terrorçu silahlı qruplaşmaları tərəfindən dağıdılan tikililərdən, muzeylərdən, abidələrdən birini, yaxud bir neçəsini saxlamaq lazımdır, çünki bu bizə gələcəkdə erməni vandallarının törətdikləri cinayətləri xatırlamağımız, yaddaşımızı, tariximizi unutmamağımız üçün lazımdır: “Hesab edirəm ki, bu missiyadan sonra BMT-dən və başqa beynəlxalq təşkilatlardan mədəniyyət, mədəni irs, iqtisadiyyat, ekologiya və sair sahələr üzrə mütəxəssislər işğaldan azad edilən ərazilərimizə  səfər edəcəklər. Çünki onların bura səfəri bu ekspertlərin azad olunmuş ərazilərimizdəki vandalizm aktlarını görmək, qeyd etmək və bununla bağlı Ermənistana qarşı tədbir görmək imkanlarını genişləndirir. Bütün bu faktlar sənədləşdirilib və biz Ermənistana qarşı bütün sahələr üzrə təzminat davası açacağıq. Ona görə də beynəlxalq missiyanın azad olunmuş ərazilərimizə səfərlərinin baş verməsi bütün mənalarda əhəmiyyətlidir” - deyə bildirən S.Adıgözəllinin sözlərinə görə, bu gün həm də dünyanın nüfuzlu KİV-inin Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vəhşilikləri, insanlığa sığmayan hərəkətləri əks etdirən süjetlər, məqalələr yayımlaması da əhəmiyyətlidir. S.Adıgözəlli vurğuladı ki, Ermənistanın biabırçı məğlubiyyətdən sonra yenə də beynəlxalq aləmi çaşdırmaq üçün həyata keçirdiyi təxribatları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə bu cür beynəlxalq missiyanın səfərini təşkil etməklə ifşa etmiş oluruq. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ