çərşənbə günü, 14 oktyabr 2026
     

Ermənistanın məşhur Şahbulağı mifik “Tiqranakert”ə çevirmək planı da rüsvayçılıqla iflasa uğradı…

Image


Bildiyimiz kimi, Ağdam rayonu 1993-cü ildə erməni işğalçıları tərəfindən işğal edildikdən sonra ermənilər Şahbulaq qalasında qanunsuz arxeoloji qazıntılar aparıblar.

İşğal dövründə ermənilər tərəfindən Şahbulaq qalasında aparılan qanunsuz arxeoloji qazıntı işlərinin maliyyələşdirilməsi Ermənistan hökuməti tərəfindən, İrəvandakı ictimai təşkilatların birliyi statusunu daşıyan “Erkir” təşkilatının vasitəsilə 2005-ci ildən bəri həyata keçirilib. Ermənilərin həyata keçirdikləri qanunsuz arxeoloji qazıntılar nəticəsində abidənin daxilində olan məscid, hamam və bulaqlar dağıdılıb. Onlar bütün beynəlxalq konvensiyaları, normativ aktları pozaraq, Şahbulaq qalasını “təmir edərək” ondan kilsə kimi istifadə ediblər.

İşğal dövründə ermənilərin Şahbulaq qalasında muzey yaratdığı, burada Azərbaycana, Qarabağ irsinə aid olan maddi mədəniyyət nümunələrini “qədim erməni mədəni irsi” kimi qələmə verərək sərgilədikləri, hətta həmin ərazini qanunsuz olaraq turizm marşurutuna da saldıqları məlumdur. Düşmən xarici turistləri Şahbulaq qalasında açdıqları qondarma muzeyə cəlb etməklə öz cinayətlərinə onları da şərik edib. Tarixdə heç zaman mövcud olmayan mifik “Tiqranakert” axtarışında olan erməni vandalları abidənin bütün ərazisini qazıb töküblər. Onu da vurğulayaq ki, ermənilər Şahbulaq qalası, Azıx mağarası və digər abidələrimizi özününküləşdirməyə cəhdlər ediblər.

Lakin artıq erməni işğalı arxada qalıb və Şahbulaq da, Azıx da, digər abidələrimiz də düşmən caynağından qoparılıb.

Məlumat üçün bildirək ki, Şahbulaq qalası və ya Tərnəküt qalası Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilib. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlanıb. Alimlər ehtimal edirlər ki, qalanın adı da burada yerləşən gursulu bulağın adından – Şahbulaqdan götürülüb. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin içqalası olub. Onun yanında xanın iqamətgahı yerləşib. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilib.

“Ermənilərin Şahbulaq ərazisində tarixdə olmayan “Tiqranakert”i tapmaq cəhdləri boşa çıxdı”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev bizimlə söhbətində bildirdi ki, ermənilər işğal dövründə Azərbaycan abidələrinə qarşı vandalizm hərəkətləri törətməklə yanaşı, həm də onları saxtalaşdırmağa cəhdlər ediblər. Alim qeyd etdi ki, qədim və orta əsr mənbələrinin heç birində Qarabağda hansısa bir erməni izi haqqında məlumat yoxdur. T.Əliyevin sözlərinə görə, ermənilərin Şahbulaq qalası ərazisində “Tiqranakert” axtarışları tamamilə iflasa uğrayıb: “Ermənistanın işğalçı terrorçu birləşmələri tərəfindən Ağdam və digər ərazilərimiz işğal edildikdən sonra burada ermənilər tərəfindən tükürpədici terror aktları, abidələr, bəşəriyyət əleyhinə cinayətlər törədilib. Ermənilərin Şahbulaq qalası ətrafında “Tiqranakert” axtarması, buna görə də tamamilə qala ətrafını qazıb tökməsi, ətrafdakı məzarlıqları dağıtması böyük cinayətdir. Ümumiyyətlə, tarixdə “Tiqranakert” adlı şəhər olmayıb. Olsaydı, yəqin ki, tarixi mənbələrdə bu haqda bir dənə də olsun söz olardı. Yoxdur, belə bir “şəhər” olmayıb. Erməni alimləri hələ Sovet dövründə Qarabağ ərazisində arxeoloji qazıntılar aparmağa cəhdlər edirdilər, hətta bir neçə arxeoloq burada qazıntı işləri də aparıb. Onlar bunu xüsusi siyasətlə həyata keçirirdilər. İndi görürük ki, Qarabağ işğal altında olduğu dövrdə orada aparılan qanunsuz arxeoloji qazıntı işləri o saxtakar alimlərin planları əsasında başlanıb. Dediyim kimi, hələ o illərdən ermənilər bizim abidələrimizə iddia edirdilər, amma bunun üçün əllərində imkan yox idi. Amma torpaqlarımızı işğal etdikdən sonra onların əlinə bizim ərazilərimizdə, arxeoloji abidələrimizdə qanunsuz qazıntı işləri aparmaq fürsəti keçdi. Ermənilər Şahbulaq qalası ətrafında qanunsuz qazıntı işləri aparmaqla guya burada “Tiqranakert” tapacaqdılar. Amma, dediyim kimi, nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində belə bir şəhər olmayıb. “Tiqranakert” erməni alimlərinin uydurduqları mifik bir şəhərdir. Ermənilərin Şahbulaq ərazisində tarixdə olmayan “Tiqranakert”i tapmaq cəhdləri boşa çıxdı və onlar bununla özlərini ifşa etdilər. Artıq Ağdam da, digər ərazilərimiz də şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib və biz bundan sonra o ərazilərimizdə abidələrimizin yenidən öyrənilməsi, bərpası və təbliğ edilməsi istiqamətində işlər görəcəyik”. 

T.Əliyev vurğuladı ki, Şahbulaq qalası, Azıx və digər abidələrimiz UNESCO-nun müvafiq siyahısına daxil edilməli, bundan əlavə, həmin abidələr turizm marşrutuna salınmalıdır: “Bilirsiniz ki, işğal dövründə ermənilər Şahbulaq qalasının birinci mərtəbəsində qondarma muzey yaratmışdılar, kilsə açmışdılar və həmin ərazini qanunsuz olaraq turizm marşrutuna salmışdılar. Dünyanın müxtəlif ölkələrindən bura turistlər gətiriblər, bunun nəticəsində həm tarixi saxtalaşdırma ilə məşğul olublar, həm də qanunsuz olaraq miyonlarla dollar qazanıblar. Ermənistan törətdiyi bütün cinayətlərin cavabını verəcək. Məsələ burasındadır ki, Ermənistan hökuməti və xaricdəki erməni lobbisi tərəfindən maliyyələşdirilən bu qanunsuz arxeoloji qazıntılar nəticəsində Azərbaycanın maddi-mədəni irsinə ciddi ziyan dəyib. Ermənilərin daşıyıb apardıqları Azərbaycana aid maddi-mədəni irs geri qaytarılmalıdır. Hesab edirəm ki, biz beynəlxalq məhkəmələr yolu ilə bu irsi qaytaracağıq.

Həmçinin, düşünürəm ki, Şahbulaq qalası bərpa edildikdən sonra onu turizm marşrutuna da salmalıyıq, bununla da ermənilərin apardıqları saxta təbliğatı ifşa etmiş olacağıq. Biz, eyni zamanda, ermənilər tərəfindən saxtalaşdırılan maddi-mədəni irsimizi də geniş şəkildə beynəlxalq aləmdə təbliğ etməliyik. Ermənilərin gələcəkdə törədə biləcəkləri hər bir təxribata tam olaraq hazır olmalıyıq. Sözüm elmi ictimaiyyətədir” - deyə T.Əliyev qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ