Paşinyan zamanında Şuşa ilə bağlı Putinin real təkliflərini Qərb müttəfiqlərinin təhriki ilə saya salmadı - ehtimallar Makrona yönəlir…

img

Rusiya prezidenti Vladimir Putin ölkəsinin, KTMT üzvü olmasına baxmayaraq, Ermənistana niyə birbaşa hərbi yardım göstərmədiyi barədə sualı şərh edərkən deyib ki, beynəlxalq hüquq baxımından  Dağlıq Qarabağ və onun ətraf əraziləri Azərbaycan Respublikasının bir hissəsidir.

V.Putin qeyd edib ki, Ermənistan ərazisinə qarşı təcavüz olmayıb, heç kim ona qəsd etməyib. Buna görə də Rusiya və KTMT münaqişədə iştirak etmək hüququna malik deyildilər: "Yerevanla hərbi-texniki əməkdaşlığa gəlincə, Ermənistan bütün lazımi yardımları alıb. Moskva əlindən gələni edirdi ki, Ermənistan özünü atılmış və unudulmuş hiss etməsin".

 Putin həmçinin bildirib ki, atəşkəs haqqında saziş əldə etmək imkanı Yerevanda hələ oktyabrda olub. Onun sözlərinə görə, Azərbaycan Prezidenti müharibəni dayandırmağa hazır idi. Amma Paşinyan təkid edirdi ki, hərbi əməliyyatlar davam etdirilməlidir. Bütün bunlar Azərbaycan qoşunlarının Şuşanı ələ keçirməsinə gətirib çıxardı və bu da Xankəndinin təhvil verilməsinə  yol açdı.

Çox maraqlıdır, Paşinyanı Şuşa uğrunda döyüşməyə kim vadar edib? Ola bilərmi ki, Paşinyan bu  qərarı son vaxtlar onu birmənalı olaraq açıq dəstəkləyən Fransa prezidenti Makronun  təkidi ilə versin?

  • “Onu sülh danışıqlarına getməməyə Makron vadar edib ki, bir qədər də duruş gətirsin” 

Hərbi-siyasi ekspert Ramil Məmmədli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın o cür davranış nümayiş etdirməsi təsadüfi deyil: “ Bəlli oldu ki, Ermənistanın son zamanlar qeyri-konstruktiv mövqe tutması, danışıqlardan yayınması, poroseslərdə  daha çox aqressivlik göstərməsi, öz hərbi imkanlarını nəzərə almadan müharibə ritorikasını artırmasının səbəbi varmış. Artıq bəlli oldu ki, Paşinyanı belə “cəsarətləndirən” amil  Fransanın regionda apardığı siyasət olub.  Biz hərbi əməliyyatların gedişində bunu daha aydın  gördük. Fransa və onun  rəhbəri Makron Ermənistana açıq dəstək nümayiş etdirirdi. Hətta Azərbaycanla təhdid dilində danışmağa belə çalışmışdı. Makron və Nikol Paşinyan xarakter etibarı ilə eyni tip insanlardı. Biz bunu onların idarəetmə metodlarından, davranışlarından görürük. Yadınızdadırsa, Makron bölgəyə gələndə Azərbaycana yox, məhz Ermənistana səfər etdi. Bunun özü Makronun ermənilərə nə dərəcədə bağlılığını ortaya qoyan amildir. Şübhəsizdir ki, hazırda da Paşinyana daha çox dəstəyi o verir. Tam məsuliyyətilə demək olar ki, hərbi əməliyyatları davam etdirməsilə bağlı sifariş də məhz Fransada gəlib. Onlar ən böyük köməyi Rusiyadan gözləyirdi. Bu baş vermədi. Bu səbəbdən də Paşinyan Makronun ümidinə qalmalı oldu. Putin açıq mətnlə dedi ki, hətta gerilədikləri zamanda belə, Paşinyan müharibə etmək əmrini verib. Onu sülh danışıqlarına getməməyə Makron vadar edib ki, bir qədər də duruş gətirsin.  Fransanın əldə olunan razılaşmadan sonrakı davranışları bunu deməyə əsas verir. Sanki onlar atəşkəsin əldə olunmasından narahatdılar. Görünür, bölgədən hansısa payı umurmuşlar, əllərinə nəsə keçməyib. Paşinyan sonrakı açıqlamalarında dedi ki, onların döyüşməyə gücü qalmamışdı. Etiraf etdi ki, fərarilik baş alıb gedirdi. Belə bir vəziyyətdə yalnız aldadılmış adam müharibəyə davam deyə bilərdi. Bu da Paşinyan olub. Aldadan isə Makron olub. Paşinyan bunu başa düşdüyü üçün Şuşadan dərhal sonra kaputilyasiya imzaladı.  Gördü ki, ona verilən vədlər real mənzərə ilə uzlaşmır”.

Müsahibimizin sözlərinə görə, həmin kapitulyasiya Ermənistanı daha ağır mərhumiyyətlərdən xilas etdi.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər