Rusiya Federasiyasının Vladivostok şəhərinin Primorsk diyarının Milli-Mədəni İctimai Təşkilatının (Azərbaycan Konqresi) sədri Novruzov Mərdan Prezident İlham Əliyevə müraciət edib.
“Uzaq Şərqin Azərbaycan diasporu Sizi, Azərbaycan dövlətini və bütün Azərbaycan xalqını Qələbə münasibətilə - öz tarixi torpaqlarını zəfərlə geri qaytarması münasibətilə təbrik edir!
Azərbaycanın hərbi komandanlığı Sizin müdrik rəhbərliyiniz altında düzgün hərbi taktika tətbiq edərək Şuşa üzərində nəzarəti ələ aldı. Bununla da Vətən müharibəsində strateji dönüş baş verdi və düşmənin məğlubiyyəti gerçəkləşdi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi artıq faktdır! Azərbaycanın yenilməz Ordusunun qalibiyyəti labüd idi.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda və regionda sabitliyin qarantıdır!
Qarabağ Azərbaycandır!
...Əmin olun ki, Uzaq Şərqin Azərbaycan diasporu bu çətin və şərəfli yolda həmişə Sizinlədir.
Biz Qələbəyə bütün Azərbaycan xalqı ilə birlikdə sevinirik!
Allah bütün şəhidlərimizə rəhmət eləsin” - deyə soydaşımız Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com