“Doğma Azərbaycanımızın möhtəşəm tarixi zəfəri hər bir azərbaycanlı kimi, bizi də ürəkdən sevindirir. Sizin uzaqgörən siyasətiniz, sərkərdə qətiyyətiniz və yüksək diplomatik məharətiniz ölkəmizin şanlı Qələbəsini təmin etdi. Bizə qalibiyyət və fəxarət hissləri yaşatdığınız üçün Sizə təşəkkür edirik.
Biz - uzun illər doğma yurdlarından didərgin düşmüş Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı bu tarixi Qələbəni hər zaman böyük həsrətlə gözləmişik. Siz hazırda sonsuz sevincini yaşadığımız Qələbənin memarı olmaqla, bizim kimi minlərlə insanın həyatını dəyişdiniz. Otuz ilə yaxın müddətdə həsrətini çəkdiyimiz doğma torpaqlarımızı düşmən işğalından azad etməklə bizə ikinci həyat verdiniz. Ata-babalarımızın uyuduğu doğma yurdlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Əminik ki, erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz Sizin sayənizdə bərpa ediləcək, cənnət Qarabağımız tezliklə gülüstana çevriləcəkdir.
Tanrı Sizi, qəhrəman əsgərlərimizi və xalqımızı qorusun! Qarabağ Azərbaycandır!”
Bu fikirləri Prezident İlham Əliyevə müraciətlərində Mingəçevir Dövlət Universitetinin əməkdaşları- Ağdam rayonundan Namazova Flora, Xocalı rayonundan Quliyeva Tahirə, Qubadlı rayonundan Əliyeva Zemfira, Ağdam rayonundan Novruzova Səbinə, Ağdam rayonundan Qocayeva Şükufə, Ağdam rayonundan Abdullayeva Xəyalə, Ağdam rayonundan Əliyev Sahib, Ağdam rayonundan Bağırov Rizvan, Ağdam rayonundan Babuşov Sabir, Ağdam rayonundan Qəhrəmanov Səbuhi bildirib.
Baki-xeber.com