Rusiyanın tanınmış ictimai xadimləri - hərbi ekspert İqor Korotçenko və jurnalist Maksim Şevçenko erməni lobbisi və ermənilər üçün çalışan “beşinci kolon” tərəfindən təhdid və təhqirlərə məruz qalıblar. Bu barədə "Gradator.Ru" saytı məlumat yayıb.
Bildirilib ki, bu cəsur rusiyalılar Rusiyanın Ermənistan tərəfindən Qarabağ müharibəsinə qarışmamalı olduğunu söyləməkdən çəkinmədilər, çünki bu, beynəlxalq hüquqa ziddir və Rusiyanın milli təhlükəsizliyi baxımından təhdidlər yaradır.
Bundan əlavə, adları çəkilən ekspertlər Azərbaycan torpaqlarını tərk etmək istəməyən Ermənistanın maraqları uğrunda rusiyalıların ölməməli olduğunu və bu səbəbdən baş verənlərə görə ermənilərin məsuliyyət daşıdıqlarını söyləyirlər. Nəticədə Rusiyadakı erməni lobbisi onlar üçün əlverişsiz olan ekspertləri susdurmaq istəyir. Onlar bu ekspertləri qorxutmağa və onlara böhtan atmağa çalışırlar.
Həmçinin, vurğulanıb ki, bir müddət əvvəl erməni milliyyətçiləri Şevçekonu ölümlə hədələyib, sosial şəbəkələrdə ona qarşı təhdidlər yağdırıblar. İndi isə Korotçenko hədəfdədir. Onun şəxsiyyətini və ləyaqətini gözdən salmaq üçün hərəkətə keçiblər. Korotçenko rusiyalı hərbi ekspert, nüfuzlu "Voennoye obozreniye" jurnalının baş redaktoru, Rusiyaın dövlət xadimidir, hazırda erməni sürüsünün hücumuna məruz qalıb.
Qeyd edək ki, kimsə peşəsindən, kimliyindən, milliyyətindən asılı olmayaraq, ermənilərin haqsız, azərbaycanlıların haqlı olduğunu desə, işğalçı ölkə dərhal həmin şəxsi təhqir edir və onu ölümlə hədələyir. Bu kimi hal son zamanlar bir neçə dəfə baş verib.
“Ermənilər öyrəşiblər ki, hər kəs onların yalanlarını təsdiqləsin, ancaq...”
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, hərbi ekspert İqor Korotçenko və jurnalist Maksim Şevçenko həqiqəti dedikləri üçün bu. Ermənilərə sərf etmir: “Ermənilər öyrəşiblər ki, hər kəs onların yalanlarını təsdiqləsin. İqor Korotçenko və jurnalist Maksim Şevçenko obyektivlik nümayiş etdirərək erməni yalanlarını təkrarlamırlar. Onlar, sadəcə, öz ağıl süzgəclərindən baş verən hadisələri keçirib, məsələyə obyektiv yanaşırlar. Və düşüncələrini, araşdırmalarını dünyaya təqdim edirlər. Təbii ki, bu hal işğalçı ölkəyə sərf etmədiyi üçün, adları çəkilən şəxsləri təhqir və təhdid edirlər. Bu zaman isə ermənilərin necə bir millət olduğu dünyaya bəlli olur”.
Günel CƏLİLOVA