Cümə axşamı günü, 15 oktyabr 2026
     

Lamiyə İsazadə: “Ermənistan kapitulyasiya şərtləri ilə razılaşmalı oldu”

Image


Azərbaycanın Zəfəri ilə yekunlaşan 44 günlük haqlı savaşımız döyüş meydanında müzəffər ordumuzun əldə etdiyi uğurlara görə diplomatiya meydanında da uğurlara çevrildi. Məhz buna görə də danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən etdi, Prezident İlham Əliyev işğala əsaslanan status-kvonu dəyişməyi bacardı.

Ali Baş Komandanımız öz prinsipiallığını və qəti əzmini dünyaya nümayiş etdirərək  böyük güclər və Ermənistanın havadarları tərəfindən olan təzyiqlərin öhdəsindən layiqincə gəlməyi bacardı. Əgər Ali Baş Komandanımız hərbi əməliyyatları bir az da gec başlatsaydı Ermənistan dövlətimizə qarşı yeni təxribatlar törədəcəkdi. Bu müharibədə Ermənistanın həm ardıcıl təxribatları həm də yeni işğal planları suya düşdü və dövlət olaraq iqtisadi əsasları əhəmiyyətli dərəcədə sarsıdıldı. Müzəffər ordumuz Ermənistan ordusunu məhv etməyi, işğal olan torpaqlarımızdan silməyi bacardı.  Bundan sonra Ermənistan silahlı qüvvələrinə, Ermənistan dövlətinə özünü bərpa etmək üçün illər lazım olacaqdır. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan münaqişənin ilk günlərindən dövlət başçımızın bəyan etdiyi şərtləri çarəsiz bir şəkildə qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu. Azərbaycana qarşı hər zaman iddia ilə danışan Paşinyan artıq Azərbaycanın şərtlərinə boyun əyərək təslim olubdur.  Ermənistanın danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün xəyalları hal-hazırda puç olmuş vəziyyətdədir. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü .8 noyabr tarixində  Şuşa şəhərinin işğaldan azad edilməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü. Lakin Paşinyan öz məğlubiyyətini yenə də qəbul etməyərək növbəti dəfə xalqını və dünya ictimaiyyətini aldatmağa çalışdı. 9 noyabr tarixində Paşinyan rəsmi twitter səhifəsində “Şuşa uğrunda döyüşlər davam edir.” deyə yazaraq bu yalanla özünü hər zamankı kimi yenə biyabr etdi. Hər kəsə məlumdur ki,  bu dövlət hər zaman öz siyasətini yalan üzərində qurubdur. Ermənistanın heç zaman öz mövqeyi, öz siyasəti olmayıbdır. İşğalçı dövlət hər zaman dəstəkçi dövlətlərin əlində sadəcə alət olubdur.  Ermənilər öz yalan dövlətçilik prinsiplərini yaymaq üçün illər boyu yalan təbliğatlar aparıblar. Ermənilər illərdir bütün diaspora imkanlarını səfərbər edərək Azərbaycanı zorakı bir dövlət kimi təqdim etməyə çalışırdı. Hətta Qərbdə də belə bir fikir formalaşmaqda idi ki, Azərbaycan Ermənistanı blokada vəziyyətində saxlamaqdadır. Bu gün isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində ermənilərin məğlubiyyəti dünya ölkələrinin gözünü açdı sanki. Artıq bütün dünya bilir ki, Ermənistan həqiqətən işğalçı, terrorçu imiş. Bu savaşda Ermənistan Azərbaycanın mülki, sivil insanlarına, körpələrinə atəş açaraq öz terrorçu mahiyyətini dünyaya bir daha nümayiş etdirdi. Artıq bizim Ermənistanı dünyaya işğalçı, terrorçu kimi tanıtmağımıza gərək qalmadı. Çünki onlar terrorçu və düşünülməmiş ağılsız siyasətləri ilə özlərini ifşa etdilər. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət isə  hər zaman humanizm prinsiplərinə söykənən siyasət olub. Torpaqlarımızın işğaldan azad olunmasından sonra ermənilərin yenidən bizim torpaqlarımızda yaşamasına icazə verilməsi dövlətimizin, cənab Prezidentimizin humanizm siyasətinin bariz təzahürüdür. Azərbaycan həmişə Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bəyan etmişdi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmasının birgə yaşayışını həmişə dəstəkləmişdi. Bu gün Xankəndindən və digər ərazilərdən İrəvana qaçan erməni xalqı yenidən kor-peşman Xankəndinə qayıdır. Çünki İrəvanda onlara sahib çıxan, onları yerləşdirən ağlı başında, qeyrətli dövlət başçısı yoxdur. Ermənistan öz xalqının məsuliyyətini daşımır, xalqına sahib çıxmır. Öz xalqını Azərbaycan Prezidentinə əmanət eliyir. Çünki bilir ki, Azərbaycanın dövlət başçısı onun xalqına  sahib çıxacaq qədər mərd insandır. Və bu gün ermənilər illər əvvəl olduğu kimi yenə də Azərbaycana sığınırlar. Azərbaycanı düşmən gözündə görsələr də bu gün onlara qucaq açan, onlara sığınacaq verən yenə də bu dövlətdir. Azərbaycan xalqı böyük ürəyə, böyük vicdana sahibdir. Biz düşmənin körpəsinə öz övladımız kimi sahib çıxan xalqıq. 
Ermənipərəst Qərb ölkələri bu gün Azərbaycandan xahiş edirlər ki, bu soyuq havalarda erməni xalqını Xankəndi və digər rayonlardan çıxarmayaq. Deyirlər bu soyuqlarda onlar hara gedərlər, nə edərlər?! 1992-ci ilin 26 fevralında Xocalı Soyqrımını törədən ermənilər bizim xalqımızı düşünmüşdülərmi? Qadınlara, uşaqlara, körpələrə rəhm etmişdilərmi? Ermənilərin Xocalıda dinc əhaliyə qarşı amansızcasına qətliam törətməsindən bütün dünya xəbərdardır. İndi isə dünyanın bir çox Qərb ölkələri həmçinin də ermənilər bizdən rəhm umurlar. Əlbətdə bizim dövlət başçımız onlara rəhm edəcək və onlara Azərbaycan torpaqlarında yaşamaq hüququ verəcəkdir. Bu, bizim xalqımızın insani keyfiyyətlərinin yüksək olduğunun, həmçinin də humanizm ideallarına sadiqliyinin göstəricisidir.
N.Paşinyan deyir ki, “Qarabağ xalqının haqqı uğrunda mübarizəni davam etdiririkmi? Bəli. Hər şeydən əvvəl nə edilməlidir? Həmvətənlərimiz öz evlərinə qayıtmalıdırlar. İndi orada Rusiya sülhməramlıları var və onlar təhlükəsizliyi təmin edir.” Bu “adam” hələ də inanır ki, Qarabağ bunlarındır. Hələ də Azərbaycan torpaqlarını öz torpaqları hesab edir. Paşinyan ya tarixi yaxşı bilmir ya da onun psixologiyasında böyük problemlər var. Ermənistan bilməlidir ki. Azərbaycan dövləti istəsə öz torpaqlarından erməniləri iti qovan kimi qovar. Lakin bu dövlətimizin humanizm prinsiplərinə ziddir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün 15 noyabr tarixində Azərbaycana qaytardı. Bu, uğurlar dövlətimizin dünya miqyasında sözünün kəsərinin göstəricisidir.  Üçtərəfli imzalananan bəyanata əsasən, 20 noyabr tarixində Ağdam rayonu, 1 dekabr 2020-ci il tarixində isə Laçın rayonu Ermənistanın işğalçı qüvvələrindən azad olunacaqdır. 
Bu gün Azərbaycan Şanlı Qələbəsi ilə dünyaya hansı gücə malik olduğunu sübut etdi. Bütün dünya Azərbaycanın Zəfərindən, Ali Baş Komandanımızın uğurlu siyasətindən, güclü ordumuzdan danışır. İndi bütün dünya bilsin ki, Azərbaycan istənilən böyük Qələbəni qazanmağa qadirdir! Bütün dünya bildi ki, Qarabağ Azərbaycanındır!
Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ