Azərbaycan Ermənistan silahlı qüvvələrinin və mülki əhalinin işğal edilmiş ərazilərmizdən çıxarılması prosesini izləyr.
Trend-in məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycanın malik olduğu texnoloji imkanlar da tətbiq olunaraq, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən çəkilməsi, orada olan mülki əhalinin çıxarılması yaxından izlənilir ki, öhdəliklər vaxtında icra edilmiş olsun.
PA rəsmisi əlavə edib ki, Kəlbəcər əsgərlərmizin həyatını qoruyaraq, şəhid vermədən, qan tökükmədən işğaldan azad edilir. Ağdam və Laçının da tezliklə qan tökülmədən işğaldan azad edilməsi nəzərdə tutulur.
“Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən mülki insanlar, hərbçilər çıxarılır. Ağdamdan 20 noyabr, Laçından isə ermənilərin çıxarılması nəzərdə tutan vaxt dekabrın 1-dək olduğu kimi saxlanılır" - H.Hacıyev deyib.
Qeyd edək ki, Ermənistan Kəlbəcərin tam boşaldılması üçün 25 noyabra qədər vaxt istəyib və Kəlbəcərin reylefi, yolun dar olması nəzərə alınaraq 25 qədər vaxt verilib