Ermənistan Kəlbəcərin tam boşaldılması üçün 25 noyabradək vaxt istəyib. Baki-xeber.com xəbər verir ki, bubu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bugünkü brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənilərin bəyanatda qeyd edilən rayonlardan çıxarılma işləri davam edir. Ermənistan Rusiya vasitəsilə Azərbaycandan 25 noyabra qədər vaxt istəyib.
H.Hacıyev bildirib ki, Azərbaycan Kəlbəcər rayonunun ərazi böyüklüyünü nəzərə alaraq və humanizm prinsipindən çıxış edərək Ermənistana 25 noyabra qədər vaxt verib.