Cümə axşamı günü, 15 oktyabr 2026
     

Ermənistanda tutulan, deportasiya edilən, boğulan media və jurnalistlər - Qərbin müəmmalı sükutu…

Image


Paşinyan rejimi “Ermənistanda demokratiya, söz və mətbaut azadlığı” olduğunu iddia edirdi, hətta ermənipərəst beynəlxalq təşkilatlar da neofaşist hökumətin iddialarına züy tuturdular.

44 günlük müharibədə Ermənistanın biabrıçı məğlubiyyətindən və Paşinyanın kapitulyasiya sənədi imzalamasından sonra düşmən ölkədə vəziyyət daha da qarışdı, bu ölkənin “söz və mətbuat azadlığı”nın çirki, pası üzə çıxdı. Paşinyanın istefası tələbi ilə küçələrə, meydanlara axışan insanların kütləvi həbsləri başlayıb. Bu gün Ermənistanda jurnalistlərə, media qurumlarına qarşı da analoji zorakılıqlar, həbslər həyata keçirilir. Ermənistan hökuməti KİV-ə və KİV nümayəndələrinə təzyiqlər göstərir, zorakılıqlar edir, bir sözlə, medianın başına hər cür oyun açır. Bu da düşmən ölkədə mətbuat və söz azadlığının olmadığını bir daha beynəlxalq aləmə göstərir, sübut edir. Bundan əlavə, Ermənistanda akkreditasiya olunmuş xarici jurnalistlərə qarşı da basqılar olub, eyni zamanda, onların akkreditasiyası ləğv edilib. Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazan yerli jurnalistlər ciddi şəkildə cəzalandırılır, xarici jurnalistlər isə ölkədən çıxarılır. Bu faktlara isə hələ də beynəlxalq jurnalist təşkilatları susurlar.

Ermənistanda jurnalistlərə qarşı hökumətin həyata keçirdiyi zorakılıqlarla bağlı beynəlxalq təşkilatlar niyə susurlar?

  • “Beynəlxalq media qurumlarının hamısı olmasa da, bəziləri Ermənistanda jurnalistlərə qarşı baş verən zorakılıq hallarına reaksiya verib”

Azərbaycan Mətbuat Şurasının sədr müavini, tanınmış media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanda söz və mətbuat azadlığı problemi təkcə bu gün deyil, həmişə olub. “Ermənistanda hez zaman söz və mətbuat azadlığı olmayıb. Orada media azadlığı həmin media qurumlarının bağlı olduğu siyasi qurumların imkanları və “müstəqilliyi” qədərdir. Ermənistanda azad media yoxdur, ancaq siyasi qruplardan asılı media var. Paşinyan ölkəsində “hərbi vəziyyət” elan edib, bunun da əsas tələblərindən biri medianın ümumiyyətlə susdurulmasıdır. “Orijinal” bir üsul icad ediblər, Ermənistan mediası nəinki cəbhədəki vəziyyət barədə özbaşına məlumat verə, ümumiyyətlə, hökumətin fəaliyyətini tənqid edə bilməz. Dünya praktikasından fərqli olaraq, Ermənistanda bu işə nəzarət bu ölkənin polisinə tapşırılıb. Yerli polis idarələrinin hansı birininsə ərazisində yerləşən bir mətbuat orqanı istər cəbhədəki vəziyyətlə, istər gedən proseslərlə, istərsə də hökumətin, hətta yerli bələdiyyənin fəaliyyətilə bağlı bir məlumat yayarsa, bir material yazarsa, polisin ona müdaxilə etmək, həmin materialı saytdan çıxarmaq səlahiyyəti var. KİV qurumları bu tələbə əməl etməzlərsə, həmin qurumun fəaliyyətini dayandırmaq səlahiyyəti də polisin əlindədir. Yəni polisin ixtiyarı var ki, məhkəmə qərarı olmadan həmin KİV qurumunun fəaliyyətini dayandırsın. Əlavə olaraq, media üzərinə çox ciddi maliyyə cərimələri qoyulub. “Hərbi vəziyyət” dövründə hökumətin, bələdiyyənin fəaliyyətini tənqid edən media qurumu 1200 avrodan başlayaraq daha üstün məbləğlərdə cərimələnir”.    

M.Ələsgərli qeyd etdi ki, 44 günlük müharibə dövründə Ermənistanda jurnalistlərə, media qurumlarına olan təzyiqlərin, demokratiyanın, insan haqlarının boğulması, son günlər başlayan müxalifətin etiraz aksiyalarında müxalifətçilərin kütləvi həbs edilməsi və sair hadisələrin bir faizi Azərbaycanda baş versəydi, beynəlxalq təşkilatlar elə hay-küy salardılar ki, heç susmazdılar, bütün dünyanı üstümüzə qaldırardılar. “Burada ikili standart özünü göstərir. Beynəlxalq insan haqları və jurnalist təşkilatları Ermənistanda jurnalistlərə qarşı baş verənlərə Azərbaycandakı qədər həssas yanaşmırlar, ikili standartlarla yanaşırlar. Hələ də çalışırlar ki, bəlkə bu dövrü birtəhər aradan qaldırıb, yenə də Ermənistan haqqında miflər uydursunlar. Hesab edirəm ki, dünyada jurnalist təşkilatları da daxil olmaqla, yüz beynəlxalq təşkilat varsa, bunun yalnız 10-15 faizi Ermənistanda jurnalistlərə qarşı zorakılıqları, vəziyyətin acınacaqlı olduğunu deyir. Amma beynəlxalq jurnalist təşkilatlarının 80-90 faizi susur. Bəyanat verən beynəlxalq təşkilatlar da bir dəfə bəyanat verməklə kifayətlənir, prosesləru təqib etmirlər. İndi vəziyyət belədir ki, əvvəllər beynəlxalq təşkilatlar Ermənistandakı vəziyyətə yüz faiz göz yumurdularsa, bu gün o baryer aradan qalxıb və beynəlxalq təşkilatların müəyyən hissəsi vəziyyətlə bağlı bəyanatlar verir, Ermənistandakı durumu tənqid edirlər. Çünki Ermənistanda vəziyyət o həddə çatıb ki, artıq bəzi beynəlxalq media təşkilatları susa bilmirlər. Beynəlxalq media qurumlarının hamısı olmasa da, bəziləri Ermənistanda jurnalistlərə qarşı baş verən zorakılıq hallarına reaksiya veriblər. Amma yenə də Ermənistanın tərəfini tutan beynəlxalq jurnalist qurumları və digər təşkilatlar susqunluq göstərirlər. Artıq Ermənistanın bu siyasəti sınıb. Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistlər Federasiyası, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX) Ermənistanda baş verənləri sərt tənqid edərək bəyanat yayıblar, Paşinyanın müharibə dövründə tətbiq etdiyi hərbi vəziyyətin beynəlxalq prinsiplərə zidd olduğunu açıqlayıblar, medianın fəaliyyətinin tamamilə susdurulduğunu və qanunazidd antidemokratik olduğunu bəyan ediblər”.  

M.Ələsgərli onu da qeyd etdi ki, Ermənistanda xarici KİV qurumlarının əməkdaşlarına qarşı da zorakılıq halları müşahidə edilir və onların akkreditasiyası ləğv olunur. Bildiyim qədər, Rusiyanın Ermənistandakı iki KİV qurumunun, eləcə də digər xarici ölkə KİV-indən bir neçəsinin akkreditasiyası ləğv olunub. Bunun da səbəbi odur ki, həmin KİV qurumları Qarabağ cəbhəsində baş verənlərlə bağlı obyektiv məlumat verməyə çalışıblar və Azərbaycanın üstünlükləri, ermənilərin döyüşdən qaçması, təslim olması ilə bağlı həqiqətə yaxın fikirlər qeyd ediblər. Bunun nəticəsində də həmin xarici KİV-in  akkreditasiyası ləğv edilib və onlar ölkədən çıxarılıblar. Digət tərəfdən, noyabrın 11-də Ermənistanda diqqətçəkən bir olay baş verdi, “Azadlıq” radiosunun Ermənistandakı ofisinə hücum edildi, etirazçılar tərəfindən onun ofisinin dağıdılmasına cəhdlər olundu. Çünki “Azadlıq” radiosu Ermənistanın imzaladığı müqaviləni kapitulyasiya kimi qeyd edib, bu ölkənin məğlub olduğunu bildirib. Sonra aydın oldu ki, ofisi dağıtmağa cəhd edənlər “qəzəbli kütlə” deyil, hökumət tərəfindən yönləndirilən qüvvələrdir. Çünki “Azadlıq” radiosunun ofisi dağıdılarkən polis prosesə müdaxilə etməyib, kütlənin qarşısını kəsməyib, insanların ora girib radionun ofisini dağıtmasına şərait yaradıb. “Azadlıq” radiosunun reallığı yazdığı üçün hədəfə götürüldüyü aydındır. Ermənistanda həm daxili, həm də orada akkreditasiya olunan xarici mediaya çox ciddi təzyiqlər var. Kimlər ki, erməni hökumətinin cızdığı çərçivəni aşırsa və müəyyən qədər müstəqillik göstərirsə, onların redaksiyaları dağıdılır, hədələnirlər, təhdid olunurlar, akkreditasiyaları ləğv olunur və ölkədən çıxarılırlar. Buna misal olaraq Fransanın “TF1” kanalının, ABŞ-ın “Nyork-Tayms”, İtaliya qəzetinin adını qeyd edə bilərik, o mətbuat orqanlarının əməkdaşlarının da Ermənistanda təzyiq və təqiblərə məruz qalması ilə bağlı faktlar mövcuddur. Burada da məqsəd odur ki, Ermənistan haqqında reallığı yazmaq olmaz, yalnız uydurmalar, nağıllar, onların siyasətinə uyğun məlumatlar yazılmalıdır. Buna əks olan yerli və beynəlxalq KİV-ə isə təqib və təzyiqlər göstərilir” - deyə M.Ələsgərli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ