“Sizi xocavəndlilər adından salamlayır, Qələbə günü münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan Ordusu 44 günlük mübarizədən alnıaçıq, üzüağ çıxdı. Bu qələbə xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin qələbəsidir. Uzun illərdən sonra xalqımıza qələbə sevincini yaşatdığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Düşmən təkcə məğlub edilmədi, sındırıldı! Azərbaycan Ordusundan qat-qat gücsüz və zəif olduğu bir daha təsdiqləndi.
Gözün aydın Azərbaycanım, ərazi bütövlüyümüz bərpa edildi. Ruhunuz şad olsun, şəhidlik zirvəsinə ucalan Vətən övladları, arzularınız çin oldu!
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”
Bunu Xocavənd rayonunun Salakətin kənd tam orta məktəbinin kollektivi Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com