Cümə axşamı günü, 15 oktyabr 2026
     

Ölkəmizin hər yerində Azərbaycan qanunları işləməlidir - MÜSAHİBƏ

Image


Sentyabrın 27-də başlanan erməni təxribatı və ona qarşı təşkil edilən əkshücum əməliyyatı artıq başa çatdı. 44 günlük hərbi əməliyyatlar Azərbaycanın qələbəsi, zəfəri ilə yekunlaşdı və Ermənistan təslimçilik sülhünə razı oldu. Bəs görəsən bundan sonrakı proseslər hansı məcrada davam edəcək? Ermənistanda daxili siyasi gərginlik və hakimiyyət dəyişikliyinin əldə edilən razılaşmanın pozulmasına təsiri mümkündürmü? Bu və digər suallarla Milli Vəhdət Partiyasının sədri Yunus Oğuza müraciət etdik.

-Yunus bəy, sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar artıq başa çatdı. İstər ötən 44 gün ərzində cərəyan edən prosesləri, istərsə də bundan sonrakı gözləntiləri necə xarakterizə edərdiniz?

-Əvvəla Azərbaycan xalqını bu qələbə, zəfər münasibətilə təbrik edirəm. Ordumuz 44 günə xariqələr, heç kimin gözləmədiyi qəhrəmanlıqlar, səlnamələr yaratdı. Düşünürəm ki, başqa dövlətlər də bundan dərs çıxartdı ki, Azərbaycan Ordusu necə döyüşkən ordudur və onun Ali Baş Komandanı da qarşısına qoyduğu istənilən hədəfi, məqsədi həyata keçirə biləcək bir Ali Baş Komandandır. Hərbi əməliyyatlardan sonra əldə edilən razılaşmaya gəlincə, təbii ki, burada müəyyən texniki məsələlər də var və həmin texniki məsələlərə diqqət yetirilməlidir. İlk növbədə onu nəzərə almalıyıq ki, qələbəmizin ən mühüm şərti erməni ordusunun tamamilə Dağlıq Qarabağdan çıxarılmasıdır. Bundan sonrakı mərhələdə isə inzibati məsələlərin həllinə başlanılacaq. Artıq Ermənistanla sərhəd olan 135 kilometrlik sərhəd xəttimiz də bərpa olunub. Başqa bir mühüm amil isə Türkiyənin regiona gəlməsidir. Söhbət Azərbaycanda sülhün təminatçısı olan bir dövlətdən gedir. Ən əsas məsələlərdən biri isə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında dəhlizin açılmasıdır. 30 ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın quru yolu bağlanıb və bu quru yoldan istifadə edə bilmirik. Yalnız İran İslam Respublikasının ərazisindən keçməklə Muxtar Respublika ilə quru yolu ilə əlaqə mümkün olurdu. Bu isə Naxçıvanın, ümumilikdə Azərbaycanın inkişafına mane olurdu. Hesab edirəm ki, yaxın vaxtlarda həmin dəhliz də açılacaq və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında gediş-gəliş bərpa ediləcək.  Yerdə qalan digər məsələlər isə texniki məsələlərdir.

-Texniki məsələlər dedikdə nələri nəzərdə tutursunuz?

-İlk növbədə Azərbaycan qanunları hər yerdə işləməlidir. Qarabağın hər bir yerində, istər erməninin qaldığı, istərsə də qalmadığı ərazilərin hər bir yerində hər kəs Azərbaycan qanunlarına tabe olmalıdır. Azərbaycan qanununa görə, ölkədə ikili vətəndaşlıq yoxdur və o zaman ermənilər məcbur olub ya Azərbaycan pasportu alacaq, ya da çıxıb gedəcəklər. Çünki istər Xankəndində, istərsə də digər ərazilərdə olsun, bütün yerlərdə Azərbaycan qanunları işləməlidir. Eyni zamanda həmin şəhər və rayonlardakı bütün təyinatlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilməlidir. Əgər Azərbaycanın qanunları hər yerdə işləyəcəksə və buna şübhə də yoxdur, o zaman Azərbaycan bayrağı da Xankəndi daxil olmaqla hər bir ərazidə dalğalanmalıdır. Əgər kimsə burada Azərbaycan qanunları ilə yaşamaq istəyəcəksə, buyurub yaşasın.  Azərbaycan qanunları ilə yaşamaq istəməyənlər isə çıxıb gedəcəklər. Hesab edirəm ki, onların əksəriyyəti Azərbaycandan getməyə üstünlük verəcək. Çünki bunun başqa yolu yoxdur.

-İki ölk arasında rəsmi şəkildə müqavilənin bağlanması nəzərdə tutulurmu?

-Əgər iki dövlət arasında rəsmi şəkildə müqavilə bağlanmayacaqsa, o zaman Azərbaycanla Ermənistan arasında keçid buraxılış məntəqələri də olmayacaq. Çünki bunun üçün dövlətlərarası müqavilə olmalıdır. Yəni istədiyin zaman Ermənistana gedib, istədiyim zaman Azərbaycana qayıtmaq söhbəti yoxdur. Hər şey həmin müqaviləyə əsasən tənzimlənməlidir.  Həmin müqavilə imzalanıb qüvvəyə minəndən sonra Xankəndində yaşayacaq ermənilər istəsələr İrəvana, istəsələr Birləşmiş Ştatlara, yaxud Fransaya Makronun yanına gedə bilərlər. Fərq etməz. Əsas odur ki, Azərbaycan qanunları işləsin və düşünürəm ki, Azərbaycan qanunları bütün işğaldan azad edilən ərazilərimizdə işləyəcək. Çünki ermənilərin bir vaxtlar zorla girdikləri Kəlbəcər və Laçın indi də zorla boşaldılır və hesab edirəm ki, düz də edirlər. Necə gəlmişdiniz, elə də gedin. Əgər ermənilər Azərbaycan qanunlarına tabe olmayacaqlarsa, o halda nə müavinət, nə pensiya ala biləcək, nə də hər hansı xidmətlərdən istifadə edəcəklər. Beləliklə, Azərbaycanda yaşamaq hüququ onların üzərindən götürüləcək. Eyni zamanda hazırda Xankəndində vəzifə tutan ermənilərin bir nəfəri də qalmayacaq və onlar da oradan çıxıb gedəcəklər.

-Yeri gəlmişkən Ermənistanda baş verəcək hakimiyyət dəyişikliyi bu ölkənin müqavilədən boyun qaçırmasına səbəb ola bilərmi?

-Əgər Ermənistan onun qarşısında qoyulan şərtlərə əməl etməkdən boyun qaçırsa, o zaman ordumuz yenidən hücuma keçəcək və bunun Ermənistan üçün daha pis nəticələri olacaq. Ermənistanın bütün hərbi hissələri bir nəfərinə qədər hamısı Azərbaycandan çıxmalıdır. Əgər Ermənistan bundan imtina edəcəksə, o zaman günah onun özündə olacaq və artıq Rusiya da bu prosesi dayandıra bilməyəcək və Azərbaycan Ordusu yenidən hücuma keçərək Ermənistanı daha biabırçı sülhə məcbur edəcək.  Ordumuz ona görə öz yerindədir və bir addım belə geri çəkilməyib. Ali Baş Komandan əmr verən kimi yenidən irəliləyib Ermənistanı daha pis vəziyyətə salacaqlar.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ