İşğaldan azad olunan rayonların polis şöbələrinin rəisləri komendant təyin edilib. Bu barədə baki-xeber.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.
Qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.