Belçika Krallığının Brüssel şəhərindən Avropa Azərbaycanlılar Konqresinin prezidenti Qasımov Sahil də Prezident İlham Əliyevə müraciət edib. “Sizin komandanlığınızla rəşadətli Ordumuz tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərini 28 illik Ermənistan işğalından azad edilməsi xəbəri Avropada Avropa Azərbaycanlıları Konqresinin ətrafında sıx birləşən Azərbaycan diaspora təşkilatlarının böyük sevincinə səbəb oldu.
Sentyabrın 27-də Ermənistanın atəşkəs razılaşmasını pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından dərhal sonra Sizin əks-hücum əmrinizlə şanlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlayaraq işğalda olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərini və 200-dən çox kəndlərimizi qısa müddətdə işğaldan azad etdi.
...Sizin dediyiniz "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" ifadəsi artıq vətənpərvərlik harayına çevrilib. Şuşa Azərbaycanın incisidir, mədəniyyət və musiqi beşiyidir. Şuşa, heç şübhəsiz, işğaldan azad edilməli idi. Bu böyük işi Sizin komandanlığınız ilə müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə Siz son verdiniz. Xalqımızın 30 ilə yaxındır həsrətində olduğu Şuşa şəhəri artıq düşməndən geri alınıb. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şaddır!
... Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb.
Avropa Azərbaycanlıları Konqresi adından işğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz dəyanət, qətiyyət və səbrə görə Sizi və şanlı Ordumuzu ürəkdən təbrik edirik.
Biz Avropada yaşayan azərbaycanlılar Vətən üçün qəti sözünü deməyə çəkinməyən rəhbərimizin olması ilə fəxr edirik. Sizi dəstəkləyirik, Sizin yanınızdayıq və hər bir əmrinizi gözləyirik. İşimiz haqdır, qələbə bizimlədir!” - deyə Avropa Azərbaycanlılar Konqresinin prezidenti S.Qasımov Prezident İlham Əliyevə müraciətində qeyd edir.
Baki-xeber.com