“Müqəddəs Şuşamızın xalqımıza qaytarılması münasibətilə Azərbaycan memarlarının Sizə olan təbriklərini çatdırmaq tapşırığından şərəf duyuram.
Yuxusuz gecələrinizin, tükənməz səylərinizin, müdrik siyasətinizin nəticəsidir ki, artıq Azərbaycan xalqı başı uca, alnıaçıq, işıqlanan gözləri ilə dünyaya baxacaqdır.
Bu gün Azərbaycan məhz ona görə dünyanın ən müvəffəq ölkələrindəndir ki, onun müzəffər, düşüncəli, gələcəyi görən və ulu öndər Heydər Əliyevin yolu ilə xalqını ardınca aparan Yeni Öndər İlham Əliyevi vardır.
Allah Sizi qorusun!
Allah Sizə bundan sonra daha çox qüvvət versin!
Hərbdə qazandığınız Qələbənin ardınca böyük yaradıcılıq, quruculuq işləri başlayır. Torpaqlarımızın geri alınmasında Ordumuzun rəşadətini və uğurlarını Azərbaycan memarları şəhərlərimizin, qəsəbələrimizin bərpasında, abadlaşdırılmasında təkrarlayacaqlar”.
Bu fikirləri Bakı şəhərindən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com