Macarıstanın Budapeşt şəhərindən Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Quruculuğunda və fəaliyyətində müstəsna xidmətləriniz olan müzəffər Ordumuzun Azərbaycanın tarixi mədəniyyət mərkəzi, hər bir azərbaycanlı üçün Məkkə, Mədinə timsalında olan Şuşa şəhərini erməni işğalından azad etməsi münasibəti ilə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin kollektivi adından Sizə səmimi təbriklərimizi və dərin minnətdarlıq hisslərimizi çatdırıram.
İnanırıq ki, tezliklə bütün torpaqlarımız işğaldan azad ediləcək və müdrik rəhbərliyiniz altında Vətənimiz Azərbaycan özünün yeni, daha böyük və geniş inkişaf mərhələsinə qədəm qoyacaq.
Sizə möhkəm can sağlığı, daha böyük uğurlar və başladığınız bütün işlərdə müzəffər olmağı arzulayırıq”.
Baki-xeber.com