Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan Baş Prokurorluğunun təsirli addımı - BMT Ermənistanın cinayətlərinə necə reaksiya verəcək...

Image


Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün cinayətlərə beynəlxalq hüquq müstəvisində qiymət verilməsi istiqamətində artıq dövlət səviyyəsində işlərə başlanıb, addımlar atılıb. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlayıb.

 

Baş prokuror bildirib ki, insan hüquqları və beynəlxalq humanitar hüququn normalarının, eləcə də BMT-nin konvensiyalarının müddəalarının kobud şəkildə pozularaq, Ermənistanın hərbi-siyasi rəhbərliyi və diasporu tərəfindən xarici ölkələrin vətəndaşları olan erməni əsilli “könüllülər”in Azərbaycan Respublikasının ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilməsi və maliyyələşdirilməsi müəyyən edilib.

Həmçinin, diqqətə çatdırılıb ki, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılması bir çox xarici ölkənin qanunvericiliyində olduğu kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də cinayət əməlləri kimi qiymətləndirilir.

Bununla bağlı Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında Ermənistan tərəfindən tək və ya qrup şəklində iştirak edən bəzi muzdluların ad və soyadları, vətəndaşları olduqları ölkələrin siyahısı açıqlanıb. Belə ki, Fransa vətəndaşları - Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs); “Zouaves Paris” ekstremist qrupunun lideri Mark de Kakkerey – Valmenir; Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqan Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarus vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlum olub.

Həmçinin, Ermənistan işğalından azad edilmiş ərazilərə baxış keçirilən zaman aşkar edilmiş 2 meyit üzərində muzdluların etnik mənşəyini sübut edən işarələr aşkar edilib ki, bu və qeyd edilən digər faktlar muzdluların iştirakını bir daha təsdiq edib.

Göstərilən faktlarla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb və hazırda həmin işlər üzrə istintaq davam etdirilir.

Eyni zamanda, Baş prokuror Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki əhalimizin hədəfə alınması və qadağan edilmiş fosfor bombalarından istifadə edilməsini xüsusilə qeyd edib.

Həmçinin, diqqətə çatdırılıb ki, hazırkı vaxtadək “Skad” və “Smerç” raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edilib, həmin faktlar “Human Rights Watch” və “Amnesty İnternational” nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmaqla həmin əməllər “qəddar və ağılasığmaz” kimi qiymətləndirilib.

Noyabrın 7-də 16 yaşlı Şahmalı Rəhimovun Bərdə rayonuna növbəti mərmi atılması nəticəsində həlak olması və bununla da həlak olan mülki şəxslərin sayının 93 nəfərə çatması vurğulanıb.

Qeyd edilib ki, Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutub.

Baş prokuror həmin halları sübut edən ətraflı foto və videomaterialları təqdim etməklə, BMT-nin İnsan Hüquqları üzrə Ali komissarından göstərilən faktların gələcək bəyanat və hesabatlarında qeyd edilməsini və törədilmiş cinayətlərlə bağlı səlahiyyət çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş edib.

  • “...beynəlxalq səviyyədə müvafiq orqanlarımız tərəfindən addımlar atılır”

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, bu istiqamətdə aidiyyəti dövlət qurumlarının atdığı addımlar təqdirəlayiqdir. Ə.Nuriyev hesab edir ki, Ermənistanın bəşəriyyət əleyhinə cinayətlərlərini əks etdirən sənədlərin beynəlxalq qurumlara təqdim edilməsi nəticə verəcək: “Əlbəttə, bu çox yaxşı haldır ki, Azərbaycanın aidiyyəti dövlət qurumları bu istiqamətdə addımlar atırlar. Baş Prokurorluq tərəfindən bu sahədə beynəlxalq praktikadan çox sıx istifadə edilir, bu da çox yaxşı bir praktikadır. Əvvəllər bizdə belə bir praktika olmayıb, amma indi ondan istifadə edilir və o genişləndirilir. Artıq Baş Prokurorluq Ermənistanın Azərbaycan ərazisində insanlıq, humanitar normalar əleyhinə törətdiyi cinayətlərlə bağlı beynəlxalq qurumlara müraciət edir. Bundan əvvəl Ermənistanın bu cinayətləri ilə bağlı “Amnesty İnternational”a, “Human Rights”ə və digər təşkilatlara müraciət olunub və hazırda da bu müraciətlər davam edir. İlk növbədə, bu həmin təşkilatların Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlər barədə məlumatlandırılmasıdır. Hesab edirəm ki, bu prosesin dövlətin aidiyyəti qurumları, xüsusən də Baş Prokurorluq tərəfindən həyata keçirilməsi onlar üçün yeni icraata imkan verir. Bu qurumların bu məsələlərlə bağlı araşdırmalar, tədqiqatlar aparmasına imkanlar açır. Fikrimcə, burada məlumatların toplanıb araşdırılması ilə bağlı bir faktaraşdırıcı missiya yaradıla bilər. Çünki bilirsiniz ki, müharibə gedən zaman Ermənistan tərəfindən cəbhədən çox-çox kənarda olan mülki obyektlərimiz, insanlarımız hədəf oldu. Halbuki, bunlar legitim hədəflər sayıla bilməz. Ermənistan tərəfindən humanitar hüququn, Cenevrə Konvensiyasının normalarının kütləvi şəkildə pozulması baş verdi. Əslində, BMT-nin müvafiq strukturları, İnsan Haqları üzrə Ali Komissarlıq dərhal Ermənistanın bu cinayətlərinə reaksiya verməli idi. Hesab edirəm ki, Baş prokuror tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali komissarına belə bir müraciətin ünvanlanması bu istiqamətdə yeni təşəbbüslərə başlanmasına imkan verəcək. Eyni zamanda, düşünürəm ki, bu istiqamətdə Baş Prokurorluqla paralel olaraq Xarici İşlər Nazirliyinin, eləcə də bizim BMT-dəki nümayəndəliyimizin fəaliyyəti daha da artmalıdır. Bu məsələdə vətəndaş cəmiyyəti də aktiv olmalıdır, Ermənistanın insanlıq əleyhinə cinayətlərini əks etdirən hesabatlar hazırlayaraq beynəlxalq insan hüquqları qurumlarına göndərməlidir.  Düşünürəm ki, bu da çox əhəmiyyətli faktorlardan biri ola bilər. Əlbəttə, ən vacib məsələlərdən biri də ondan ibarətdir ki, biz BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın cinayətləri ilə bağlı bir tribunal yaratmasına nail olasaydıq, bu da çox yaxşı olardı. BMT-nin müvafiq qurumları, ən azından, Ermənistanla bağlı beynəlxalq tribunalın yaradılmasında səylərini əsirgəməməlidirlər. Ümid edirəm ki, Ermənistanın cinayətlərinə hüquqi qiymət verilməsinə nail olmağımız üçün beynəlxalq tribunalın yaradılması istiqamətində işlər görülməkdədir. Bu nə vaxtsa baş verəcək. Bütövlükdə, Azərbaycan ərazisində insanlıq əleyhinə cinayət törədən bu insanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün yetərli qədər məlumat toplanmaqdadır. Ermənistanın hərbi və siyasi rəhbərliyinin müharibə və insanlıq əleyhinə törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilərək, Azərbaycan məhkəmələrinin qarşısına çıxarılması üçün hüquqi imkanlarımız da var”.

Ə.Nuriyev qeyd etdi ki, buna Azərbaycan Cinayət Məcəlləsi imkan verir. Sözügedən Cinayət Məcəlləsində insanlıq əleyhinə cinayətlərə görə maddələrin olduğunu deyən Ə.Nuriyevin sözlərinə görə, həm də buna digər amillər imkan verir: “Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. Bununla bağlı həm yerli, həm də beynəlxalq hüquq baxımından kifayət qədər əsas var. Hətta biz beynəlxalq məhkəmələr qarşısında bu cinayətlərə görə onların cəzalandırılmasına nail ola bilmədikdə belə, onları Azərbaycan məhkəmələri qarşısına çıxarmaq inkanlarımız hər zaman var. Hesab edirəm ki, bu baş verməlidir. İndiki şəraitdə bizim ərazilərdə cinayət törətmiş həmin şəxslərlə bağlı xüsusi əməliyyatların keçirilməsinə də ehtiyac var. Bizim müvafiq strukturlar bu əməliyyatları həyata keçirirlər. Baxın, həm kasetli bombalardan istifadə ilə, həm müharibə qanunlarının pozulması, həm muzdlulardan istifadə ilə əlaqədar Baş Prokurorluqda Ermənistanla bağlı cinayət işi açılıb. Baş Prokurorluq artıq Qarabağda Ermənsitan tərəfindən vuruşan Fransa vətəndaşı ilə bağlı Fransa hökumətinə müraciət edib. Bu məsələ ilə əlaqədar digər ölkələrə də müraciət olunub. Ermənistan həm də etnik təmizləmə cinayətlərinə görə cavab verməlidir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aktları həyata keçirib. Mülki vətəndaşlarımızın və mülki obyektlərimizin məhv edilməsi ilə də bağlı cinayət işi açılıb. Bizim kifayət qədər əsasımız var və Azərbaycan ərazisində insanlıq əleyhinə müharibə cinayətləri törədən şəxslərin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində həm yerli, həm də beynəlxalq səviyyədə müvafiq orqanlarımız tərəfindən addımlar atılır. İnanıram ki, yaxın zamanda onlar etdikləri cinayətlərə görə beynəlxalq məhkəmələr, ən azından isə Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklər” - deyə Ə.Nuriyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ