Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan və Türkiyənin birgə qələbəsi - müharibənin yekunlarına dair Prezidentin orijinal və real ideyası...

Image


44 günlük Vətən Müharibəsində qardaş Türkiyəni yanımızda gördük, qardaş dəstəyi bizə böyük güc, stimul verdi ki, düşmənə öldürücü zərbə vurub onu diz çökdürə bilək. Bu baş verdi.

Türkiyənin Vətən Müharibəsində Azərbaycana verdiyi möhtəşəm dəstəyi Prezident İlham Əliyev çox yüksək qiymətləndirib. Prezident İlham Əliyev noyabrın 10-da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu, Milli Müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edərkən “Bu gün səhər əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Əziz qardaşıma və bütün Türkiyə xalqına bu dəstəyə, həmrəyliyə görə öz adımdan, bütün Azərbaycan xalqı adından bir daha dərin təşəkkürümü bildirdim”- deyə söyləyib.

Prezident, həmçinin, qeyd edib: “Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən artıq bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi. Yəni bizim türk qardaşlarımız bu qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir”.

Azərbaycan Prezidenti qeyd edib ki, bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. “Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət, 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

  • “Bu, əslində, Türkiyənin Azərbaycan, Azərbaycanın isə Türkiyə olması deməkdir”

Prezident İlham Əliyevin “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir” bəyanatını şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəsləfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, doğrudan da bu qələbəni qardaş Türkiyə ilə birgə qazanmışıq. “Təbii ki, 27 sentyabrdan Azərbaycan Ordusunun əks-hücumu ilə başlayan Vətən Müharibəsi – Qurtuluş savaşı yalnız Azərbaycan xalqının tarixində deyil, bütün Türk dünyasının tarixində mühüm yer tutacaq. Baş verən hadisələr bir daha göstərdi ki, doğrudan da Azərbaycanın birmənalı şəkildə qardaşı, ona bütün mənalarda ən yaxın ölkə Türkiyədir. Yəni tək millət, iki dövlət olmağımız məhz 44 günlük Vətən Müharibəsində bir daha sübut olundu. İstər Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan, istər Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hülusi Akar, eləcə də Türkiyə Böyük Millət Məclisinin rəhbəri Mustafa Şəntop, bir sözlə, qardaş ölkənin ən üstün qurumlarından tutmuş, sadə vətəndaşlarına qədər hər kəs Qurtuluş savaşında Azərbaycanın yanında yer aldılar, ölkəmizə hər cür mənəvi dəstək göstərdilər. Şübhəsiz ki, burada mənəvi dəstəklə yanaşı, Azərbaycan Ordusunun hərbi texnikasının yenilənməsində də, müasir hərbi texnika ilə təchiz olunmasında da İsraillə, Rusiya və digər ölkələrlə yanaşı, Türkiyə də mühüm rol oynadı. Xüsusən də Türkiyənin ən son model İHA-ları və SİHA-ları 44 günlük Vətən Müharibəsində bizim uğur əldə etməyimiz üçün çox-çox vacib idi. Bu anlamda Azərbaycanın dövlət başçısı İlham Əliyevin Türkiyə haqqında söylədiyi hər bir fikrinə, hər bir bəyanatına qatılmamaq mümkün deyil. Azərbaycan Prezidentinin “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir” bəyanatı minillərdən bəri gələn tarixi birliyimizin ifadəsidir. Minillərdir biz Türkiyə ilə bir olmuşuq, yəni bu birliyimiz bu günün işi deyil. Əslində, biz tarixən elə bir çox dövləti də bir yerdə qurmuşuq. Deyək ki, Anadoluda ayrıca bir dövlət - Osmanlı imperiyası quruldu, Azərbaycanda da bir çox dövlət – Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1923-cü ildə də Türkiyə Cümhuriyyəti quruldu. Türkiyə Cümhuriyyətini, Azərbaycan Xalq Cümhuriyyətini quranlar da yenə də eyni qanın, eyni millətin, eyni ruhun, eyni dinin daşıyıcılarıdır. Bu anlamda bizim birliyimiz yüz il bundan əvvəl Çanakkala savaşında, eləcə də 1918-ci ildə Osmanlı dövlətinin Nuru Paşanın rəhbərliyilə Bakını daşnak-bolşevik birləşmələrindən xilas edilməsi hadisəsində, onların davamı olaraq 44 günlük Vətən Müharibəsində də özünü tam olaraq ortaya qoydu.

1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Türkiyə-Azərbaycan birliyi yeni mərhələyə qədəm qoydu. 44 günlük Vətən Müharibəsində də Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında oldu. Bu, əslində, Türkiyənin Azərbaycan, Azərbaycanın isə Türkiyə olması deməkdir. Bəlkə də dünyada Azərbaycan-Türkiyə birliyi kimi ikinci bir örnək, qardaşlıq nümunəsi yoxdur. Bu tək millət olmağımızın bir ifadəsidir”.

F.Ələkbərlinin sözlərinə görə, bu birliyimizin daha da irəli daşınması, inkişaf etdirilməsi, ümumiyyətlə, Türkiyə və Azərbaycan arasında münasibətlərin daha da gücləndirilməsi üçün yeni addımlar atılmalı, daha üst səviyyədə müqavilələr bağlanmalıdır ki, təkcə Azərbaycan-Türkiyə birliyini deyil, eyni zamanda da başqa türk dövlətlərini də bu birlik gücləndirsin. “Hesab edirəm ki, Orta Asiyadakı türk dövlətlərinin də, digər türk xalqlarının da məhz Türkiyə-Azərbaycan birliyi ətrafında birləşməsi və güclənməsi üçün çox ciddi bir zəmin yaranıb. Dövlət başçımız BBC-yə müsahibəsində də dedi ki, Ermənistanla Rusiya arasında ən üst səviyyədə bir hərbi müqavilə var, eyni şəkildə belə bir müqavilə Türkiyə ilə Azərbaycan arasında da var. Əslində, bu müqavilənin üstündə bir az da işləyib onu daha irəliyə aparmaq lazımdır ki, Azərbaycanla Türkiyə arasında hərbi birlik daha da güclənsin. Buna ciddi zərurət var. Bütün hallarda, Azərbaycan cəbhədə böyük uğur əldə edib” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ