Bazar günü günü, 29 noyabr 2026
     

Həbsdə olan müxalifətçilərin partiya vəzifələrinə təyinatları mübahisəli qarşılanır

Image


Səxavət Soltanlı: «Partiyadakı funksionallığa gəldikdə isə, onlar mütəmadi olaraq öz vəkilləri vasitəsilə tövsiyələrini partiyaya göndərir»

Elşən Həsənov: «Demək, partiyalar bu addımı ilə sübut edir ki, müavinlik postları onlarda formal xarakter daşıyır»


Müxalifət partiyalarında yeni taktiki üsuldan istifadə edildiyi diqqət çəkir. Söhbət hazırda həbsdə olan funksionerlərin vəzifəyə təyin edilməsindən gedir. Əvvəl bu prosesə Müsavat Partiyası başladı.
Qalmaqallı qurultaydan sonra yeni başqan seçilən Arif Hacılı maraqlı qərar qəbul etdi. O, Müsavat Məclisinin həbsdəki 3 üzvünü öz sərəncamı ilə partiya başqanının müavinləri təyin etdi.
Müsavat Partiyası Məclisinin üzvləri Tofiq Rəşid oğlu Yaqublu, Yadigar Sadıq oğlu Sadıqov və Fərəc Raqif oğlu Kərimov Müsavat Partiyası başqanı Arif Hacılının müavinləri statusu alıblar.
Tofiq Yaqublu - 1961-ci ildə Gürcüstanda anadan olub. Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. İsa Qəmbərin Müsavat başqanı olduğu dönəmdə, 2010-cu ildən partiya başqanının müavini postunu tutub. «Yeni Müsavat» qəzetinin köşə yazarıdır.
Tofiq Yaqublu 2013-cü il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə tutulub. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart tarixli hökmü ilə 5 il azadlıqdan məhrum edilib.
Yadigar Sadıqov - 1968-ci ildə Lənkəran şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-2010-cu illərdə Lənkəran Dövlət Universitetində müəllim işləyib. 2000-ci ildən Müsavat Partiyasının üzvüdür. 2004-cü ildən 2011-ci ilə kimi Lənkəran təşkilatının sədri olub. İsa Qəmbərin Müsavat başqanı olduğu dönəmdə, 2011-ci ildən Müsavat başqanının müşaviri postunu tutub.
Yadigar Sadıqov 2013-cü il iyunun 27-də Lənkəranda tutulub. Lənkəran sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə ittiham olunan Yadigar Sadıqov 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 22-də Şirvan Apelyasiya Məhkəməsi həbs cəzasını 4 ilə endirib.
Fərəc Kərimov- 1985-ci il oktyabr ayının 12-də doğulub. Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən qurultayınadək Müsavatçı Gənclər Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub. Fərəc Kərimov 2014-cü il iyulun 23-də həbs edilib. Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir.
İndi də AXCP Müsavatın taktikasını davam etdirir. Partiya sədri Əli Kərimlinin qərarı ilə, hazırda həbsdə olan AXCP üzvü Seymur Həzi sədr müavini təyin edilib.
Yeni sədr müavini 1982-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. 1999-cu ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub. 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr dərəcəsi alıb. 2000-ci ildən AXCP-nin üzvü, 2005-ci ildən partiyanın Gənclər Təşkilatının sədridir. «Azadlıq» qəzeti və Türkiyədən yayımlanan «Azərbaycan saatı» televiziya proqramının əməkdaşıdır.
2014-cü il avqustun 29-da saxlanıb, xuliqanlıqda ittiham olunub, məhkəmə haqqında 5 il həbs qərarı verib.
Partiyanın canlı bir orqanizmə bənzədiyini nəzərə alsaq, onda maraqlı sual yaranır: bu müavinlərin funksiyalarını kim icra edəcəkğ Bunu partiya rəhbərliyi düşünmürsə, deməli, həmin vəzifələr formal xarakter daşıyır. Ümumiyyətlə, həbsdə olan şəxsləri partiyanın rəhbər strukturlarına təyin etmək praktikası nə dərəcədə doğru və effektiv qərar sayıla bilər?
Müsavat Partiyasının sədr müavini Səxavət Soltanlı «Bakı-Xəbər»ə açıqlamasında bildirdi ki, o, başqa partiyaların nə niyyətlə belə addım atması barədə nəsə deyə bilməz: «Müsavat Partiyasına gəldikdə isə, vəziyyət tam aydındır. Tofiq Yaqublu həbs ediləndə də partiya başqanının müavini idi. Onun yenidən həmin posta seçilməsində qeyri-adi heç nə yoxdur. Digər iki şəxsdən biri-Yadigar Sadıqov müavinlik üçün çox yetkin insandır. Elmlər namizədi olan həmin şəxs partiyanın ən aktiv simalarından olub. Sirac Kərimli isə intellektual gəncliyin təmsilçisidir. Qurultayda bu insanların böyük səs çoxluğu ilə həmin vəzifəyə təyin edilməsi təyinatların doğru verildiyinə əyani sübutdur. Mənə elə gəlir ki, bu məsələdə başqa nəsə axtarmağa dəyməz. Partiyadakı funksionallığa gəldikdə isə, onlar mütəmadi olaraq öz vəkilləri vasitəsilə tövsiyələrini partiyaya göndərir».
AXCP-dən isə ünvanladığımız suala cavab verən tapılmadı.
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, partiyaların istifadə etdiyi yeni metod onun təəccübünə səbəb olub. Müsahibimizin sözlərinə görə, o birdən-birə həbsdə olan şəxslərin partiyada müavin təyin edilməsini heç cür anlaya bilmir: «Burada bir sıra parametrlər nəzərə alına bilər. Ola bilər ki, bununla partiyalar bütün diqqətləri həmin şəxslərin üzərinə yönəltmək istəyir. Bütün dünya ictimaiyyəti görsün ki, partiya sədrinin müavinləri həbsdədir. Ancaq onlar unudurlar ki, kənardan prosesləri izləyənlərdə belə bir sual da yarana bilər: bəs partiyanı kim idarə edir? Demək, partiyalar bu addımı ilə sübut edir ki, müavinlik postları onlarda formal xarakter daşıyır.
Uzunmüddətli siyasi təcrübəsi olan adam kimi deyə bilərəm ki, əksinə, həbs edilən siyasi funksionerin yeri başqasına tapşırılmalıdır ki, effektiv iş ortaya qoyulsun».







VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ