şənbə günü, 31 oktyabr 2026
     

Vüqar Rəhimzadə: “Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrü dövlətçilik tariximizin şanlı səhifəsidir”

Image


“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Mən nikbinəm, hesab edirəm ki,  xalq, millət, Azərbaycan  vətəndaşları - biz hamımız birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik. Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətlətçiliyini məhv edə bilməz” fikirləri bu gün də xalqımız tərəfindən  qürurla xatırlanır. Ulu Öndərin  müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlarda bir daha öz təsdiqini tapır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki  dövrü   dövlətçilik tariximizin şanlı səhifəsidir. Xalqını, Vətənini, torpağını hər şeydən əziz tutan Ümummilli Lider bildirirdi ki, mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur. Dövlətinə, xalqına xidməti  hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas prinsipinə çevirən ulu öndər Heydər Əliyevin gördüyü işlərin, xidmətlərinin miqyası o qədər genişdir ki, bu barədə günlərdə, aylarla danışmaq olar. Onun fəaliyyətinin hər bir sahəsi özlüyündə bir tədqiqat mövzusudur, neçə-neçə əsərlərin yaranmasını, kitabların nəşr olunmasını şərtləndirir. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə atdığı addımlara diqqət yetirdikdə Onun gələcəkdə Azərbaycanı müstəqil  dövlət kimi görmək istəyi özünü qabarıq şəkildə bürüzə verir. Hakimiyyətinin ikinci dövrü Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yuksəliş, hər kəsin özünü ölkəsinin layiqli vətəndaşı kimi dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunub.

Baş redaktor vurğulayıb ki, Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqın başı üstünü almış bəlalardan millətini qorudu, ölkəmizdə ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə milli  qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi, sivil dövlət quruculuğu yolu ilə inamla  irəlilədi, vətəndaş birliyi yaradıldı.

“Ümummilli lider səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkənin  təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməzliyini önə çəkərək  tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasına nail oldu” söyləyən V.Rəhimzadə qeyd edib ki, bu saziş Azərbaycana böyük siyasi və iqtisadi dividendlər qazandırıb. Hazırda Azərbaycan bu möhtəşəm  strategiyanın real nəticələrini görür, ölkəmiz təkmil sosial-iqtisadi islahatları ilə dünyanın ən islahatçı ölkələri sırasında yer alır.

V.Rəhimzadə bildirib ki, Ümummilli liderin tarixi xidmətlərindən bəhs edərkən demokratik, hüquqi dövlət quruculuğu yolunda atdığı addımları xüsusi qeyd etməliyik:”Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. 1998-ci ildə Azərbaycan Şərqdə ölüm hökmünün  tamamilə ləğv edilməsinə nail olan ilk ölkə olmuşdur. Dahi şəxsiyyət bildirirdi ki, respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan  hüquq və azadlıqlarının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı siçtemin bərqərar olması əvvəldən qəbul etdiyimiz prinsiplərdir”.

”Bu gün haqqında geniş bəhs etdiyimiz çoxpartiyalı sistemin bünövrəsi də Ulu Öndər tərəfindən qoyulub” söyləyən V.Rəhimzadə qeyd edib ki, bu gün ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması Ümummilli Liderin xidmətləri sırasındandır:”YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının fəal iştirakı ilə yaranmışdır. Həmin dövrün iqtidarının yarıtmaz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yeni qazandığı müstəqilliyini itirmək, həttə bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirmişdi. AXC-Müsavat cütlüyü özünün yarıtmaz idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini itirmişdi. Məhz belə bir vaxtda 91 nəfər ziyalının imzası ilə ulu öndər Heydər Əliyevə müraciət  ünvanlandı. Həmin sənəd həqiqətdə xalqın böyük əksəriyyətinin arzu və istəklərinin ifadəsi idi. Ümummilli Lider Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi şəraitin diktəsi ilə  meydana gələn zərurət kimi qiymətləndirərək bildirmişdir:“Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir.” Bu gün YAP Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən  hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində fəal iştirak edir, Azərbaycan dövlətinin qüdrətlənməsinə, xalqın sosial rifahinin yüksəlməsinə, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində düşünülmüş və məqsədyönlü siyasət həyata keçirir”.

V.Rəhimzadə bildirib ki, Azərbaycan bu gün Ümummilli liderin yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasında addımlamağı əsas hədəf kimi qarşıya qoyur. Zəngin dövlətçilik məktəbi keçən cənab İlham Əliyev dünyada ən islahatçı dövlət rəhbəri kimi tanınır və ona böyük etimad göstərilir. Bu gün müasir müstəqil Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bütün bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Baş redaktor onu da bildirib ki, Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin, Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafına verdiyi töhfələrin miqyası genişdir. Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan ölkə Prezidenti İlham Əliyev Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı Vətənimizin ən ali  mükafatı -  “Heydər Əliyev mükafatı” ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha  əsaslanır:”Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycannın olduğu kimi dünyaya təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür”.

V.Rəhimzadə vurğulayıb ki, bu gün güclü, qüdrətli Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Ümummilli lider daim qürurla bildirirdi:“Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Azərbaycan xalqı da fəxr edir ki, onun Heydər Əliyev kimi ölkəsinin gələcəyini düşünərək inkişaf strategiyasını hazırlayan tarixi şəxsiyyəti,  lideri olub və bu gün həmin siyasi xətt möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycana ən yüksək zirvələri fəth etdirir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ