Məlum olduğu kimi, Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana geniş eksklüziv müsahibə verib. Müsahibədə ölkə başçısı bir sıra məqamlara aydınlıq gətirib.
Bununla belə, M.Qusman TASS agentliyinin pandemiya üzərində qələbənin rəmzi olacaq gələcək fotoqrafiya üçün ümumdünya müsabiqəsi elan etdiyini deyib: “Sizin fikrinizcə, həmin fotoqrafiyada nə ola bilərdi?”.
Sözügedən suala Prezidentin cavabı belə olub: “Mənim fikrimcə, bu müsabiqə təkcə rəssamların yox, hamının böyük marağına səbəb olacaq. Ona görə ki, bu gün bu mövzu hər kəsi narahat edir və hər kəsi bu xəstəliyə qalib gəlmək istəyi, öz yaxınlarını xəstəliyin ağır fəsadlarından qorumaq istəyi birləşdirir. Buna görə düşünürəm ki, həmin fotoqrafiya və ya simvol bu cür birləşdirici xarakter daşımalıdır. Bir də, şübhəsiz, dünya pandemiyaya qalib gələndə bunun rəmzi insan, onun zəkası olmalıdır. Ona görə ki, vaksin icad ediləndə insanın zəkası bu xəstəliyə qalib gələcək. İnsanın iradəsi. Ona görə ki, çətin dövrdə çox məsələləri məhz iradə qüvvəsi həll edir. Əlbəttə, mərhəmət hissi də. Ona görə ki, vəziyyətin çox mürəkkəb olmasına, çoxsaylı insan tələfatına baxmayaraq, mənim fikrimcə, ictimai şüurda mərhəmət səviyyəsi xeyli yüksəlib, insanlar anlayırlar ki, təbiətin və Allahın qarşısında hamı bərabərdir, hər kəs öz yaxınları qarşısında məsuliyyət göstərməli və özünü ləyaqətlə aparmalıdır. Buna görə mövzular palitrası bir qədər geniş ola bilər, lakin əminəm ki, bu müsabiqə bir simvolika ilə kifayətlənməyəcək. Düşünürəm ki, burada ən yaxşı duyğular, ən yaxşı arzular, insanın və insanlığın ən yaxşı keyfiyyətləri cəmləşməlidir”.
Bütövlükdə, fotosimvol barədə Prezidentin izahı nə dərəcədə əhatəlidir?
“...o cür simvollar bizim mentalitetə və dəyərlərimizə uyğundur”
Vidadi ORDAHALLI