Cümə axşamı günü, 08 oktyabr 2026
     

Müasir Azərbaycanın 7 möcüzəsi barədə ictimai müzakirələr davam edir

Image


Qiymət Məhərrəmli: “Hesab edirəm ki, “Azərbaycanın 7 möcüzəsi”nə bizim bəzi palçıq vulkanlarını...”
Hafiz Cabbarlı: “Azərbaycanın 7 möcüzəsi” layihəsinə həm də Cənubi və Qərbi Azərbaycandakı abidələrimizi də daxil etmək mümkündür”
Aydın Xan Əbilov: “Yalnız memarlıq deyil, həm də təbiət abidələri Azərbaycan möcüzələri olaraq dünya insanlarına çatdırılsın”
Fariz Xəlilli: “Tunc dövrü ilə bağlı abidələr də 7 möcüzəyə daxil edilə bilər”

 

Qədim dövlərdən indiyə kimi Azərbaycanda yüzlərlə tarixi abidə yaradılıb və bu abidələrin hər biri maddi-mənəvi baxımdan xalqımızın tükənməz sərvətidir. Qədim və orta əsr abidələrimizlə yanaşı, müasir dövrümüzdə inşa edilən abidələr də var ki, onların memarlıq quruluşu diqqəti çəkməkdədir. Bu gün Azərbaycanda müasir abidələrin yaradılması və bu abidələrdə milli memarlıq xüsusiyyətlərinin qorunması çox müsbət haldır.

Məlum olduğu kimi, müasir və qədim abidələrin qorunması, təbliği və bərpası istiqamətində Azərbaycanda bir sıra layihələr həyata keçirilir. Belə layihələrdən biri mayın 28-də təqdimat mərasimi keçirilən “Azərbaycanın 7 möcüzəsi”dir. Qeyd edək ki, IDEA İctimai Birliyi və "Nature and History Production"ın birgə dəstəyilə start verilən "Azərbaycanın 7 möcüzəsi" adlı yeni televiziya layihəsinin çox maraqlı məqsədi var. Məlumatlara görə, Azərbaycanda ilk olan "Azərbaycanın 7 möcüzəsi" layihəsinin məqsədi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, Azərbaycan tarixinin mübahisəli və təhrif edilmiş faktlarını dövrün tarixi abidələri fonunda öyrənərək araşdırmaq, ölkəmizin ərazisində yerləşən tarixi, mədəni və təbii obyektlərin tanıdılmasına, qorunmasına və bərpa edilməsinə diqqət yönəltməkdir. Həmçinin, "Azərbaycanın 7 möcüzəsi" layihəsi ölkə daxilində və xaricində Azərbaycanın tarixi, mədəni və təbii incilərini tanıtmaqla yerli və xarici turizmin, eləcə də həmin ərazilərdəki infrastrukturun inkişafına təkan verməyi öz qarşısına məqsəd qoyub.

Məlum olduğu kimi, "www.yeddi.az" saytında "Azərbaycanın 7 möcüzəsi" layihəsinin səsverməsinə start verilib. “Azərbaycanın 7 möcüzəsi” layihəsinə ziyalılar, ictimai xadimlər, tarixçilər də böyük maraq göstərirlər. Ziyalılar hesab edirlər ki, Azərbaycanın tarixi mədəni irsindən danışarkən yalnız keçmişlə kifayətlənmək olmaz, müasir abidələr də tarixi irsimizin nümunələrindəndir.

Ekspertlər qeyd edirlər ki, “Azərbaycanın 7 möcüzəsi” layihəsinin səsvermə prosesində ziyalılar, tarixçilər çox aktiv iştirak etməli və “Azərbaycanın 7 möcüzəsi”nin müəyyən edilməsi üçün təkliflərini verməlidirlər.

  • “Seçimi elə etmək lazımdır ki, burada müasirlik və qədimlik bir-birinə qovuşsun”

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli hesab edir ki, “Azərbaycanın 7 möcüzəsi” sırasına müasir Bakınının simvolu olan yeni abidələrin salınması da maraqlı olardı. Q.Məhərrəmlinin sözlərinə görə, XXI əsrin ən füsunkar tikililərindən biri olan Heydər Əliyev Mərkəzinin bu siyahıya salınması müsbət hal olardı. Bundan əlavə, o, 25 min insan tutumuna malik olan “Baku Cristal Hall”ın, “Alov qüllələri”nin də bu siyahıda olmasını arzu edir. Son illər tikilən bir sıra abidələr Bakı və Azərbaycanın yeni simvoluna çevriliblər. “Son illər Azərbaycan, sözün həqiqi mənasında, inkişaf edir. Ölkəmizin hər yerində, o cümlədən də paytaxt Bakıda bir sıra yeni abidələr, binalar inşa olunub. Bu abidələr müasir Azərbaycanın simvollarıdır. Bu simvolları Bakının hər yerindən görə bilirik. Bu abidələr müasir tariximizi əks etdirməklə yanaşı, həm də çağdaş Azərbaycanın inkişafının göstəricisidir. Hər dövrün öz tarixi abidələri var. Heydər Əliyev Mərkəzi,  “Baku Cristal Hall”ın, “Alov qüllələri”, Ağ şəhər və s. müasir dövrün abidələridir. Əlbəttə, hesab edirəm ki, “Azərbaycanın 7 möcüzəsi”nə bizim bəzi palçıq vulkanlarını, Heydər Əliyev Mərkəzini, “Alov qüllələri”ni, “Baku Cristal Hall”ı, eləcə də İçərişəhəri, Atəşgahı, Şəki Xan Sarayını və s. abidələri də daxil etmək olar. Seçimi elə etmək lazımdır ki, burada müasirlik və qədimlik bir-birinə qovuşsun. Necə ki, bu gün Azərbaycanın hər yerində müsir və qədim abidələrin harmoniyası mümkündür”.   

  • “Azərbaycanın 7 möcüzəsinin müəyyən edilməsinə gəlincə...”

Tarixçi Hafiz Cabbarlının fikrincə, “Azərbaycanın 7 möcüzəsi” layihəsinin Azərbaycan üçün böyük əhəmiyyəti var. H.Cabbarlı hesab edir ki, bu layihə abidələrimizin öyrənilməsində, onların xarici ölkə turistlərinə tanıdılmasında, Azərbaycanın müasir infrastrukturunun təbliğində xüsusi rol oynayacaq. Onun sözlərinə görə, bu layihə aktual və vacib bir layihədir, bu, tariximiz, tarixi mədəni irsimiz üçün çox faydalı olacaq. “Tarix ancaq keçmişlə bağlı deyil, o, həmçinin, gələcəyimizi qurmağımız üçün çox mühüm vasitədir. Azərbaycanın 7 möcüzəsinin müəyyən edilməsinə gəlincə, ölkəmizin çox zəngin tarixi var və bu tarix də bizim abidələrimizdə öz əksini tapır. Azərbaycanın möhtəşəm memarlıq abidələri içərisində Qız qalası abidəsinin o siyahıda yer almasını istərdim. Çünki abidələrimiz sırasında xüsusi əhəmiyyət kəsb edən Qız qalasının rəsmən XII əsrdə inşa edildiyi deyilsə də, tarixi mənbələr onun tikintisinin VII əsrdə, hətta eramızdan əvvələ aid olduğunu qeyd edirlər. Bu abidə öz möhtəşəmliyini qoruyub saxlayır. Özündə böyük tarixi əks etdirən və UNESCO-ya daxil edilən Şirvanşahlar Sarayı da Bakının simvollarından biridir. Bundan başqa, Azərbaycanın bir sıra bölgələrində bu siyahıya düşməyə layiq abidələr var. Düşünürəm ki, “Azərbaycanın 7 möcüzəsi” layihəsinə yalnız Azərbaycan Respublikası ərazisində olan abidələrimiz deyil, həm də Cənubi və Qərbi Azərbaycandakı abidələrimizi də daxil etmək mümkündür. Bu siyahıya Təbrizdəki Göy Məscidi, İrəvandakı eyniadlı məscidi, işğal altındakı abidələrimizi də salmaq olar”.

H.Cabbarlının sözlərinə görə, Azərbaycanın möcüzəsi olan abidələr sırasında Mərdəkan qalasının, milli və maddi dəyərimiz olan Atəşgah, müasir Bakının simvoluna çevrilən Heydər Əliyev Mərkəzini və “Alov qüllələri”ni də görmək arzuediləndir.

  • “Leyla Əliyevanın bu ideyası ictimaiyyət tərəfindən çox müsbət qarşılanır”

Yazıçı-kulturoloq Aydın Xan Əbilovun yanaşmasına görə də Azərbaycanda bu siyahıya daxil olmalı olan abidələr var. “7 möcüzədən danışarkən ilk ağlımıza gələn qədim dünyanın 7 möcüzəsidir. Bu da Misir ehramlarından tutmuş, Tac Mahal abidəsinə qədər dünyanın 7 möcüzəsi sayılır. Azərbaycanın 7 möcüzəsi deyəndə, əlbəttə, bizim özümüzün çox maraqlı arxitekturası olan abidələrimiz var. Qobustandandakı qayalıqları, Qız qalası və Şirvanşahlar sarayını, Naxçıvandakı Əshabi kəfi və digər insan düşüncəsinin məhsulu olan tikililərimizi möcüzə saya bilərik. Onlar memarlıq və tikinti möcüzəsidirlər. Leyla Əliyevanın bu ideyası ictimaiyyət tərəfindən çox müsbət qarşılanır. Dünyanın bir çox yerində bu cür aksiyalar keçirilir, onların əsas məqsədi həm qədim, həm də müasir tikililərin qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasıdır. İstərdim ki, yalnız memarlıq deyil, həm də təbiət abidələri Azərbaycan möcüzələri olaraq dünya insanlarına çatdırılsın. Bu həm də ölkəmizdə turizmin inkişafına böyük təkan verəcək” - deyə A.X.Əbilov qeyd etdi.

  • “İçərişəhərlə yanaşı, bayır şəhərin də möcüzə olduğunu düşünürəm”

Tarix üzrə fəlsəfə doktoru, maddi irs üzrə tanınmış mütəxəssis, MİRAS-Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlillinin sözlərinə görə, “Azərbaycanın 7 möcüzəsi” layihəsi olduqca vacib və əhəmiyyətli bir layihədir. “Bu layihə təqdir olunası layihəsidir. Mən bu layihəni izləyirəm və müşahidə edirəm ki, "www.yeddi.az" saytına maraq çoxdur. İnsanlar həmin sayta daxil olur və möcüzə kimi qəbul etdikləri abidələri həmin portalda qeydiyyata salırlar. Bu doğrudan da həm ictimaiyyətin mədəni irsə marağının artdığını, həm də vətənpərvərliyinin, eyni zamanda da tarixi mədəni irsin qorunmasına vətəndaş təəssübkeşliyinin olmasını göstərir. Şəxsən mən bunu təqdir edir və belə layihələrin çox olmasını arzulayıram. Qaldı ki, hansı abidələrin “Azərbaycanın 7 möcüzəsi” sırasına daxil edilməsinə, içərisində Qız qalası, Şirvanşahlar Sarayı və s. olmaqla, bura İçərişəhərin daxil edilməsi vacibdir. Doğrudan da İçərişəhər fenomendir. Mən İçərişəhəri Azərbaycanın mədəni irsinin möcüzəsi hesab edirəm. Onun qorunmasını, həm yer altındakı, həm də yer üstündəki tikililərinin toxunulmadan, dəyişdirilmədən gələcək nəsillərə çatdırılmasını arzulayıaram. İkinci abidə isə Qobustandır. Dünyanın ən böyük möcüzələrindən olan Qobustanda 7 mindən yuxarı qayaüstü təsvir var. O, dünyanın nadir möcüzələrindən biridir. Dünyanın əksər yerində bu cür qayaüstü təsvirlər, yazılı daşlar mədəni irs möcüzəsi hesab olunur. Bura Gəmiqaya abidəsini də daxil edərdim. İçərişəhərlə yanaşı, bayır şəhərin də möcüzə olduğunu düşünürəm. Burada istər XIX əsrə, istər Sovet dövrünə aid memarlıq nümunələri var. İçərişəhərlə yanaşı, bayır şəhərin də qorunmasının tərəfdarıyam. Naxçıvanda Səlcuq dövrü abidələri var ki, onlar Səlcuq dövrü irsinin çox qiymətli örnəkləridir. Səlcuq irsi Azərbaycanda bir mədəni irs fenomenidir. Ona görə də bu abidələri Səlcuq dövrü kompleksinə aid abidə kimi möcüzə hesab etmək olar. Atəşgah və Yanardağı da bu sıraya aid etmək mümkündür. Onlar mədəni irs və təbiət möcüzəsidirlər”.

F.Xəlilli qeyd etdi ki, orta əsr şəhər mədəniyyətinin nümunəsi olan Lahıcı, Basqalı, Qəbələni, Ağsunu, Şabranı, Beyləqanı və s. bu sıraya aid etmək olar. “Tunc dövrü ilə bağlı abidələr də 7 möcüzəyə daxil edilə bilər. Xüsusən də kurqan kompleksləri, Səfi Kürd kurqanları, Borsunlu kurqanları da bu sırada yer ala bilər. Azərbaycanda olan kurqan qəbir abidələrinin möcüzə olduğunu düşünürəm və bunları təqdim etməyin ən yaxşı yollarını müəyyənləşdirməliyik. Azərbaycandakı daş qoç qəbirlərinin, Ağqoyunlu və Qaraqoyunlu dövrlərini göstərən, yenə o tayfa birliklərinə aid obaların qəbiristanlıqlarında rast gəlinən bu cür daş qoç abidələrini də möcüzələr sırasına aid etmək olar” - deyə F.Xəlilli qeyd etdi.      

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ