Cümə günü, 09 oktyabr 2026
     

Xalq teatrları peşəkar teatrlar üçün kadr hazırlaya bilirmi…

Image


Məlum olduğu kimi, son illər teatrlar üçün kadr hazırlığı məsələsi daha çox gündəmə gətirilir. Məsələ bundadır ki, əksər hallarda teatrşünaslar da, elə teatrların özləri də bu sahəyə gələn gənclərin çoxunun səviyyəsinin qənaətbəxş olmadığını deyirlər. Yəni onlar hesab edirlər ki, auditoriyadan durub teatra gələn gənc aktyor və rejissorların əksəriyyəti fəaliyyət dövründə özünü ifadə edə bilmir.

Bu da o anlama gəlir ki, teatr üçün kadr hazırlığı yalnız ali məktəblə bağlı olmamalıdır. Bu işə ali məktəblərlə yanaşı, teatrlar və yaradıcılıq studiyaları dəstək olmalıdırlar. Bu gün teatrların çoxunun nəzdində yaradıcılıq studiyaları fəaliyyət göstərir. Bu öz yerində. Bölgələrdə və Bakı kəndlərinin çoxunda keçən çağlarda da, bu gün də özfəaliyyət dərnəklərinin nəzdində xalq teatrları mövcuddur. Bir zamanlar xalq teatrlarında yerli gənclər məşğul olurdu. Bu gənclərin gələcəyin aktyor və aktrisaları kimi yolları xalq teatrlarından keçirdi. Bu gün Azərbaycanın çox görkəmli səhnə ustadlarının əksəriyyəti dram dərnəklərində ilk addım atanlardır.

Hazırda fəaliyyət göstərən xalq teatrları, dram dərnəkləri gənc aktyorların peşəkar səhnəyə gəlməsində hər hansı bir rol oynaya bilirmi?

Teatrşünasların bildirdiyinə görə, xalq teatrları təsadüfi adamlar tərəfindən yaradılmayıb, onlar dövlətin dəstəyi və peşəkarların zəhməti, istedadı sayəsində mövcud olub. Bu gün Azərbaycanın bir çox yerlərində mədəniyyət evlərinin tərkibində xalq teatrlarının, dram dərnəklərinin fəaliyyət göstərdiyini deyən ekspertlər bildirirlər ki, teatrların nəzdindəki teatr studiyaları ilə bərabər xalq teatrları da müəyyən işlər görə bilirlər. Gənclərin teatra hazır şəkildə gedib çətinlik çəkmədən səhnədə özlərini təqdim edə bilməsinin əsas səbəblərindən birinin xalq teatrları olduğunu deyən ekspertlər qeyd edirlər ki, o gənclər bu vərdişi dram dərnəklərində qazanırlar. Doğrudur, bəzən kimlərsə deyir ki, dram dərnəkləri Sovet dövrünün qalığıdır və onların olmasına ehtiyac yoxdur. Bu qənaətdə olanlar unudurlar ki, bütün teatrlarda teatr studiyası fəaliyyət göstərmir və heç də bütün rayonlarda peşəkar teatr yoxdur. Bu baxımdan gənclərin özlərini peşəkar səhnəyə hazırlaması üçün onlar dram dərnəklərində məşğul olmalıdırlar. Teatr mədəniyyətinə, peşəkar teatra kadr hazırlayan teatr dərnəkləri, xalq teatrı daha böyük əzmlə çalışmalıdırlar ki, öz missiyalarını yerinə yetirə bilsinlər. Bildiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə özfəaliyyət dərnəkləri, xalq teatrları fəaliyyətlərini davam etdirirlər. Onu da vurğulayaq ki, vaxtaşırı olaraq nazirliyin xətti ilə xaql teatrı festivalları keçirilir və bu teatrlarda hazırlanan tamaşalar nümayiş etdirilir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı bizimlə söhbətində bildirdi ki, gənc aktyorların peşəkar səhnə üçün yetişməsində xalq teatrlarının və özfəaliyyət dərnəklərinin rolu böyükdür: “Olduqca böyükdür. Keçən dövrlərdə olduğu kimi, bu gün də özfəaliyyət dərnəkləri və xalq teatrları gənclərin yetişməsində az rol oyanamırlar. Mən sizə bununla bağlı iki fakt demək istəyirəm. Bu gün Badamdarda və Maştağada xalq teatrları fəaliyyət göstərir. Mən onların fəaliyyətini yaxından izləyirəm. 2011-ci ildə keçirlən “Xalq teatrları” festivalında Maştağada fəaliyyət göstərən dram dərnəyi 1-ci yerə layiq görüldü. Daha sonra həmin dərnəyə uğurlu fəaliyyətinə görə “Xalq teatrı” statusu verildi. 2012-ci ildə isə Teatr Xadimləri İttifaqının keçirdiyi “2+1” Eksperimental Teatr Festivalının laureatı oldu. Bu onu göstərir ki, bu gün xalq teatrları da, özfəaliyyət dram dərnəkləri də teatrlar üçün kadr hazırlığına dəstək verirlər. Onlar əvvəlcə gəncləri tədrisə yönəldir, dərnək üzvü olan gənclər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə və Mədəni-Maarif Kollecinə qəbul olunurlar, təhsil aldıqdan sonra teatrlara gəlirlər. Teatrlarda işləyən kifayət qədər aktyor var ki, onlar xalq teatrının yetirməsidir. Xalq teatrlarından gələn aktyorlar, başqalarından fərqli olaraq, daha yetkin, səhnəni bilən, özünə güvənən aktyorlardır. Əksəriyyəti də xalq artistləridir”.

Z.Eldarqızı bildirdi ki, özfəaliyyət dərnəklərində və xalq teatrında məşğul olmaq əsas deyil, əsas həm də təhsil almaqdır. Vaxtilə Bakıda Xalq artisti, mərhum Lütfi Məmmədbəyovun rəhbərliyi ilə fəaliyyət göstərən xalq teatrından danışan Z.Eldarqızı bildirdi ki, bu dərnəkdən çıxanların əksəriyyəti sonradan professional səhnəyə gəlib və yüksək titullar qazanıblar.

Z.Eldarqızının sözlərinə görə, bir neçə xalq teatrı və dram dərnəyinin rəhbərlərinin gənc nəslin yetişdirilməsində rolu böyükdür. O qeyd etdi ki, bu sahədə Maştağa Xalq Teatrının, Badamdarda yerləşən Xalq Teatrının, eləcə də Əbilov adına Mədəniyyət Sarayı rəhbərliyinin bu sahədə əməyi böyükdür: “Çox istərdim ki, bu sahədə əməyi olan Maştağa Xalq Teatrının direktoru Kamal Qədimovun, Badamdarda yerləşən Xalq Teatrının rəhbəri Fəridə Babayevanın, Əbilov adına Mədəniyyət Sarayında çalışan Mirəhməd Əsgərovun adlarını qeyd edim. Bu onların əməyinə göstərilən diqqət olardı. Həqiqətən də onlar böyük işlər görürlər”.

Bölgələrdə fəaliyyət göstərən xalq teatrlarının da fəaliyyətinə toxunan Z.Eldarqızı bildirdi ki, onlar da bu sahədə böyük işlər görürlər. “Bölgələrdə fəaliyyət göstərən özfəaliyyət dərnəklərinin və xalq teatrlarının da bu sahədə gördüyü işlər çoxdur. Onlar bölgə gənclərin teatra cəlb edir, onları bu sahəyə yönəldir, peşəkar teatra hazırlayırlar”- deyə Z.Eldarqızı vurğuladı.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ