Cümə günü, 09 oktyabr 2026
     

Bəzi şou müğənnilərin intim səhnələrlə “zəngin” kliplərinin mental dəyərlərimizə vurduğu zərbələr…

Image


Fatimə Hacıbəyli: “Milli mentalitetimizlə daban-dabana zidd olan belə kliplər pislənməlidir”
Aysel Ziyadxanlı: “Bu kliplər Azərbaycan gənclərinin əxlaqına, tərbiyəsinə yaxşı təsir göstərmir”

 

Klip vizual sənətin müasir nailiyyətlərindən biri kimi bütün dünyada populyardır. Bir vaxtlar Azərbaycan müğənnilərinin kütləvi maraq göstərdiyi klip çəkilişi bu gün səngisə də, arabir klip çəkdirənlər tapılır. Mövzu qıtlığı, hit mahnıların olmaması müğənniləri əməlli-başlı əndişəyə salır. Son vaxtlar yaranan zəif mahnı mətnləri və zəif musiqilərlə tamaşaçıya zövq verməyin çətinliyini anlayan bəzi müğənnilər öz üzərlərində işləmək əvəzinə, yeni klipləri ilə tamaşaçıların zövqünü korlamaqda davam edirlər.

Bu günlərdə müğənni Nadir Qafarzadə klip çəkdirib. Deyəcəksiniz ki, müğənninin işi yeni ifasına klip çəkdirməkdir, burada nə var? O var ki, Nadirin son klipi intim səhnələrlə “zəngin”dir. Yataq səhnələrini müğənni özü canlandırmasa da, burada aktyorların açıq-saçıq səhnələrdə görünməsi həqiqətən də xoşagələn deyil.

18+ kateqoriyalı klipin kütləvi şəkildə televiziya və internet kanallarında, sosial şəbəkələrdə yayılacağını nəzərə alsaq, deyə bilərik ki, bu həm mental dəyərlərə ziddir, həm də uşaq və yeniyetmələrin psixikasını zədələyir.

“Yataq səhnələrini gənc aktyorlar canlandırıb. Əminəm, xeyli tənqid olacaq, amma bu mənim vecimə də deyil. İstəməyən baxmasın” - Nadir bu açıqlamanı verməklə yenə tamaşaçı rəyinin onun üçün əhəmiyyətsiz olduğunu vurğulayıb. Çünki o dəfələrlə tamaşaçıya belə sayğısızlıq göstərib.

Bu mövzuya niyə toxunduq? Məsələ ondadır ki, indiyə qədər bir sıra şou-biznes müğənnisi intim səhnələrlə “zəngin” olan kliplər çəkdiriblər. Saysaq, belə müğənnilərin sayı bəlkə də 10-15 olar. Bu, kiçik rəqəm deyil. Sənətdə öz sözünü deyə bilməyən şou-biznesçilər intim kliplərlə gündəmə gəlmək istəyirlər. Milli mentalitetə, əxlaqi dəyərlərimizə zidd olan belə kliplər, əslində, o müğənnilərin özlərinin əxlaq səviyyəsini, xalqımıza, uşaq və gənclərimizə münasibətini göstərir. Yoxsa buna başqa ad vermək olmaz.

“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəylinin sözlərinə görə, 18+ kateqoriyalı vizual sənət nümunələrinin yayımı kütləvi olmamalıdır. Onun dediyinə görə, internetin açıq məkan olduğunu nəzərə alaraq, bu klipə hər kəs baxa bilər. O hesab edir ki, bu səbəbdən də onu geniş şəkildə yaymaq olmaz: “Bir qrup şou-biznes müğənnisi öz davranış və hərəkətlərində qətiyyən mental dəyərləri nəzərə almaq istəmir. Bu azmış kimi, çəkdikləri kliplərin mövzusunu intim həyatla bağlayır və klipə açıq-saçıq yataq səhnələri salırlar. Deyim ki, indiyə qədər bir neçə şou müğənnisi belə kliplər çəkdiriblər. Ümumiyyətlə, intim səhnələrlə dolu kliplərin Azərbaycan cəmiyyətində kütləvi yayımı olmalı deyil. Biz azərbaycanlıyıq və bizim intim həyata başqa cür baxışımız var. İntim həyat səhnədə, kinoda sənət naminə ola bilər, amma Azərbaycanda buna məhdudiyyət qoyulur. Kliplərdə intim səhnələrin olması daha dəhşətlidir. Bu klipə hamı baxa bilər, uşaq da, yeniyetmə də, gənc də. Bu, uşaq və yeniyetmələrin psixikasına ciddi zədə vura bilər. Milli mentalitetimizlə daban-dabana zidd olan belə kliplər pislənməlidir. Fəxri adı olan müğənni xalq və dövlət qarşısında məsuliyyət daşıdığını anlamalıdır. İntim səhnələrin klipə salınması bizim əxlaqi dəyərlərimizə ziddir və hesab edirəm ki, telekanallar bu klipi geniş yaymamalıdırlar. Bilirsiniz, intim mövzuda klip çəkdirən müğənnilər qınanmalıdır. Bu “ənənə” davam etdirilməməlidir. Bir yaşlı müğənni durub belə bir klip çəkdirirsə, sabah gənclər də buna meyl edəcək”.

Musiqi meneceri Aysel Ziyadxanlının sözlərinə görə də belə kliplərin çəkilməsi müsbət hal deyil: “Bu yolverilməzdir. İndiyə qədər intim mövzuda bir neçə klip çəkilib. Sanki müğənnilər bu sahədə bir-birilə yarışa giriblər. Bu kliplər Azərbaycan gənclərinin əxlaqına, tərbiyəsinə yaxşı təsir göstərmir. Bəzi şou-biznesçilər özlərini xarici pop, şou-biznes ulduzları ilə müqayisə etmək istəyirlər ki, onlar niyə çəkdirir, biz də çəkdirməliyik. Əvvəla ora Qərbdir, Avropadır, Amerikadır, bura isə Azərbaycandır. Bizim öz dəyərlərimiz, əxlaq göstəricilərimiz var. İntim səhnəli kliplər çəkdirən müğənnilər bununla özlərini “cəsarətli” insan kimi göstərmək istəyirlər. Cəsarətli olmaq başqa şeydir. Onu tərbiyəsizliklə qarışdırmaq olmaz. Bir məqamı deyim ki, heç bu kliplərin üzərinə “18+” da yazılmayıb, sadəcə, yayanlar “18+” işarəsini əlavə ediblər. Düşünürəm ki, bu belə olmamalıdır. Bu gün Avropanın, Qərbin özündə artıq bəzi film və kliplər çəkildikdən sonra yayıma buraxılırsa, onun üzərində “21+” yazılır. Bizdə isə əksinədir. Demokratik ölkədə və cəmiyyətdə yaşasaq da, bu o demək deyil ki, bütün sərhədləri aşıb keçməliyik. Adət-ənənəyə, mental dəyərlərə bütün sahələrdə, o cümlədən də vizual sənətdə sayğı göstərilməlidir. Müğənnilər öz davranışları ilə insanları özlərindən uzaqlaşdırmamalıdırlar. Görürsünüz, son vaxtlar kütləvi olaraq klip çəkilmir. Bilirsiniz niyə? Çünki bəzi şou müğənnilərinin kliplərinin tamaşaçısı yoxdur”.

Aytəkin 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ