Cümə günü, 09 oktyabr 2026
     

Saz havalarının başqa musiqi janrları ilə sintezində yeni mərhələ açılır...

Image


Məhərrəm Qasımlı: “Mən sazla cazın, rokun sintezinin qətiyyən əleyhinə deyiləm, əksinə, tərəfdarıyam”
Abbasqulu Nəcəfzadə: “Dünya səhnələrində başqa janrların vasitəsilə sazın təbliğini alqışlayıram”

 

Klassik gələnəklərimizi özündə tam olaraq ifadə edən aşıq sənətinin gənc nəslə çatdırılması üçün müxtəlif vasitələrdən istifadə edilir. Son vaxtlar sazla bağlı müəyyən eksperimentlər həyata keçirilir. Hələlik eksperiment xarakteri daşıyan işlərdə klassik aşıq havaları caz və rokla sintez halında təqdim edilir. Hətta bu janrların sintezindən doğan əsərlərdən ibarət konsert proqramı da keçirilib.

“Araz O-zarA” və Elvin Mehmanlı ilə yanaşı, aşıqlar Əli Tapdıqoğlu, Kamil Cəfərov, Gülbəniz Məmmədova, Elçin Əziyev və Ramin Sadıqovun iştirak etdiyi konsertdə “Dədə Qorqud” kompozisiyası, “Qarabağ şikəstəsi”, eləcə də “Şirvan müxəmməsi”, “Quba Kərəmi”, “Şəqayı gəraylı”, “Koroğlu cəngisi” və digər aşıq havaları caz və rokla sintezdə səslənib. 
Bundan başqa, keçən il Azərbaycan Aşıqlar Birliyində Azərbaycan aşıq musiqisi ilə Avropa musiqisinin (rok, caz, pop və s.) sintezi problemlərinə həsr olunan nəzəri-təcrübi tədbir keçirilib.  Hətta AAB sədri, professor Məhərrəm Qasımlı qeyd edirdi ki, Azərbaycan aşıq musiqisinin Avropa musiqisilə sintezi imkanları var və bu istiqamətdə işlər görülür.

Aşıq musiqisinin Qərb musiqisi ilə sintezinə nümunə olaraq onu da deyək ki, bu yaxınlarda  Borçalı aşıq mühitinin iki tanınmış nümayəndəsi - aşıq Şahbaz Göycəoğlu və aşıq Nargilə Mehdiyeva klassik gürcü və Avropa musiqisi ilə saz havasının sintezini yaradıblar.

Bütövlükdə, sazla caz və rokun sintezi bəzi ustad aşıqların xoşuna gəlmir. Onlar düşünürlər ki, bu saza ziyan gətirir. Aşıqlardan fərqli olaraq, folklorşünas və musiqişünaslar bildirirlər ki, sazın beynəlxalq aləmdə daha çox tanınması üçün peşəkar səviyyədə bu cür sintezlərdən qaçmamalıyıq. 

Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı bizimlə söhbətində bildirdi ki, aşıq musiqisinin Azərbaycan mədəniyyətində tutduğu yer böyükdür, onun beynəlxalq aləmdə təbliği istiqamətində son zamanlar məqsədyönlü tədbirlər həyata keçirilir. O qeyd etdi ki, aşıq musiqisinin yeni keyfiyyətdə təqdim edilməsi üçün onun caz, rok və digər musiqi janrları ilə sintezi maraqlıdır: “Bilirsiniz ki, saz, caz və rok musiqisinin sintezindən ibarət eksperimentlər aparılıb. Bu yöndə axtarışlar yenə də davam etdirilir. Hətta bir müddət əvvəl konsert proqramı da keçirildi. Təşəbbüsümlə gənclərdən ibarət “Misri”, “Çeşmə”, “Laçın” kimi folklor, saz qruplarını yaratdıq. Bu qruplar ənənəvi ifa ilə yanaşı, Qərb musiqisi ilə sazın sintezini həyata keçirməyə can atır. Buna şəxsən özüm də imkan yaradıram. Araz adlı istedadlı bir cazmen var. O bizim Birliyin üzvləri olan gənc aşıqlarla - Əli Tapdıqoğlu, Samirə Əliyeva, Elvin Mehmanlı ilə cazla sazın sintezindən yaranan yeni musiqi ifa etdi. Aşıq Əli Dədə Qorqudun “Hanı dediyim bəy ərənlər, dünya mənim deyənlər” sözləri ilə başlayan kəlamlarını sazda ifa etdi, o isə cazda buna əlavə rəng qatdı. Sizə deyim ki, ortaya çox gözəl, orijinal iş qoya bildilər. Hələ hədəflərimiz çoxdur. Gələcəkdə sazla rokun da birgə ifasını yaratmağı düşünürük”.

M.Qasımlı bildirdi ki, sazla digər Avropa, Qərb musiqi janrlarının sintezinə pis baxmaq lazım deyil, əksinə, bunun reallaşmasına dəstək göstərmək gərəkdir. O qeyd etdi ki, vaxtilə Üzeyir Hacıbəyov, Qara Qarayev, Səid Rüstəmov, Qənbər Hüseynli sazla muğamın yeni variyasiyalarını yaradıblar, bu da çox gözəl nəticə verib. Onun sözlərinə görə, sazın imkanları çox geniş olduğu üçün, onda müxtəlif musiqilər ifa etmək olur. Bu gün saz havalarının caz və rokla sintez edilməsinin peşəkar səviyyədə həyata keçirilməli olduğunu vurğulayan M.Qasımlı bu işin istedadlı adamlar tərəfindən daha yüksək səviyyədə həyata keçiriləcəyinə inanır: “Bilirsiniz, bir vaxtlar Vaqif Mustafazadə cazla muğamın sintezini yaratdı. Bu gün sazla cazın, sazla rokun sintezini mükəmməl şəkildə yaratmaq üçün istedadlı adamlara ehtiyac var. Gərək bu sahədə də bir Vaqif Mustafazadə yetişsin ki, bu yeniliyi mükəmməl şəkildə formalaşdırsın. Mən sazla cazın, rokun sintezinin qətiyyən əleyhinə deyiləm, əksinə, tərəfdarıyam. Sazımız bu halda dünyaya daha çox nüfuz edə bilər. Sazla cazın, rokun sintezini istedadlı adamlar etməlidir,     bunun nəticəsi gözəl olar”.

Milli Konservatoriyanın professoru, musiqişünas Abbasqulu Nəcəfzadə bizimlə söhbətində bildirdi ki, sazla cazın, rokun sintezinə normal baxır: “Çox normaldır, amma gərək əndazədən çıxmasın. Bu yaxınlarda biri klip çəkdirmişdi, arabeska stilində. Yarıçılpaq rəqqasəni aşıq müşayiət edir. Ozan-aşıq sənəti ədəb-ərkan, əxlaq məktəbidir, bu sənəti efirdə aşağılamaq olmaz. Amma dünya səhnələrində başqa janrların vasitəsilə sazın təbliğini alqışlayıram. Necə ki, Alim Qasımov muğam sənətini həmin yollarla pik nöqtəyə qaldırdı. Baxmayaraq ki, qısqanclıqdan hələ də onun sənətini qəbul etməyənlər və tənqidi fikirlər söyləyən tanınmışlar var”.

Saz, rok və cazın sintezindən yaranan musiqiyə qulaq asmadığını deyən A.Nəcəfzadə hesab edir ki, bu işə istedadlı adamlar yanaşsa, ortaya müsbət işlər çıxar: “Bununla maraqlanmamışam, hər halda səviyyəli şəkildə işlənilsə, ortaya gözəl iş qoymaq olar. ABŞ-da Harvard Universitetinin tələbəsi Tim McNaught saz çalır, oxuyur. Başqa bir ingilisdilli xanım da saz çalmağı öyrənib. Amma onlar sintez etmirlər, demək istəyirəm ki, xaricilər də aşıq sənətinə böyük maraq göstərir və ifa etmək istəyirlər”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ