Cümə günü, 09 oktyabr 2026
     

Müasir komediyalarımızda ciddi sosial mövzular çox az görünür…

Image


Zülfiyyə Eldarqızı: “Bu komediyaları çəkən prodakşnlar sosial-ictimai, mənəvi problemləri də ekranlaşdırmalıdırlar”
Təranə Əlizadə: “Bu filmlərdə ona görə sosial-ictimai, mənəvi problemlər qaldırılmır ki, onlar özlərini dərinə salmaq istəmirlər” 

 

Komediya istər ədəbiyyatda, istər teatrda, istərsə də kinoda çox çətin, həssas bir janrdır. Burada yalandan gülüş yaratmaq olmur. Dünya ədəbiyyatının və kinosunun komediya janrında elə inciləri var ki, onlar ölməzlik qazanıblar.

Azərbaycanda ədəbiyyat, teatr, kino sahəsində çoxlu komediyalar yaranıb ki, onlarla çoxlarımız yaxından tanışıq. Azərbaycanda musiqili komediya filmləri zorən yox, təbii gülüşün həqiqi ünvanı kimi diqqəti cəlb edir. Vaxtilə Azərbaycan kinosunda komediya janrında müxtəlif filmlər çəkilib. Bu filmlərdə dövrün social-ictimai problemləri qabardılıb, cəmiyyət üçün yararlı olmayan tiplər kəskin gülüş hədəfinə çevrilib. Ümumiyyətlə, sosial-ictimai çəkisi olmayan komediyalar bu janrın tələblərinə tam cavab verə bilmir. Gülüş, lağ, tənqid hədəfi düzgün seçilməyəndə sözsüz ki, bu, filmdə ciddi nöqsan sayılır. Azərbaycanda komediya janrına dövlət maliyyəsi ilə çəkilən filmlərdə müraciət edilməsə də, özəl prodakşnların bu janrda ekranlaşdırıb tamaşaçılara təqdim etdiyi komediyalar çoxdur. Bu filmlərdə çatışmayan əsas məqam, element onların əksəriyyətinin sosial-ictimai məzmundan kənar olmasıdır. Cəmiyyətimizdə o qədər sosial-ictimai qayğılar var ki, onların siyasətlə heç bir əlaqəsi yoxdur. Çəkilən komediyalarda sosial-ictimai problemləri qabartmaq daha düzgün olmazdımı?

Onu da vurğulayaq ki, Sovet dövründə çəkilən bədii komediya filmlərinin, eləcə də “Mozalan” satirik telejurnalının özünün konkret hədəfi olurdu. Bu filmlərin qəhrəmanlarının dili ilə cəmiyyətdəki çatışmazlıqlar, bürokratizm, sosial qayğılar təqdim edilirdi. Bu gün çəkilən komediya filmlərində isə biz bu dəst-xətti görmürük.

Kinoşünaslar bildirirlər ki, bu gün çəkilən komediyalarda sosial-ictimai problemlərin qabardılmamasının səbəbi bu filmləri çəkən adamların bu qayğılara əhəmiyyət verməməsidir. Ekspertlər bildirirlər ki, bu gün komediya kimi ciddi janrı lağlağı bir sahəyə çeviriblər. Onların bildirdiyinə görə, komediya janrının konkret dili, mövzusu, sosial-ictimai yükü olmalıdır, bunlar olmadıqda isə burada komediyadan danışmağa dəyməz. Vaxtilə Azərbaycanda komediya sahəsində çox güclü səhnə və kino gülüş ustalarının olduğunu deyən ekspertlər bildirirlər ki, əksər hallarda onların oynadığı rol əsərin özündən təsirli olurdu. Yəni mahir aktyor oyunu əsərin mahiyyətini tam olaraq açıb göstərirdi. Ölkəmizdən fərqli olaraq, bu gün Türkiyədə, Rusiyada yaranan komediya filmləri sosial-ictimai sifarişə köklənib. Yəni cəmiyyəti, ictimaiyyəti narahat edən problemlər bədii şəkildə öz ifadəsini tapıb.

Keçən əsrin 80-90-cı illərində türkiyəli komediya ulduzu Kemal Sunalın (Şaban) çəkildiyi filmlərdə ən çox qabardılan mövzu cəmiyyəti narahat edən sosial-ictimai məsələlər idi. Kino cəmiyyətin sosial-ictimai, mənəvi cəhətdən ağrıyan yerini bilməli və onu ifadə etməlidir. İş burasındadır ki, bizdə çəkilən komediya filmlərində bu dəst-xətt görünmür. Bayağı ailə-məişət mövzusunda çəkilən, başdan-başa küçə sözləri və jarqonlarla yüklənən komediya filmləri tamaşaçıların əksəriyyətinin xoşuna gəlmir. Bu filmləri çəkən prodakşnlar isə iddia edirlər ki, çəkdikləri sırf sosial sifarişdir. Bu halda, adam məəttəl qalır ki, sosial sifariş necə nəzərə alınır ki, heç bir ağrımız bu filmlərdə tamaşaçıya çatdırılmır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı bizimlə söhbətində bildirdi ki, komediya janrında çəkilən filmlərdə çatışmayan cəhətlər çoxdur. Aktrisa bildirdi ki, bu o filmləri çəkən insanların mütaliəsinin və dünyagörüşünün zəif olması, eləcə də komediya janrını yaxşı bilməməsi, yumur hissindən uzaq düşmələri ilə əlaqəlidir: “Bilirsiniz, elə ciddi bir məsələyə toxunursunuz ki, bu, adamı düşündürməyə bilmir. Azərbaycanda komediya filmləri hər zaman sağlam məntiqə, konkret hədəfə sahib olub. Daxilən ciddi olmayan adamlar əsl komediya yarada bilməz. Filmin ssenari müəllifindən çox şey asılıdır. O, ciddi hədəfi olan mövzuda ssenari yazsa, rejissor onu ekranlaşdırar. Bir də əsas problem aktyor oyunları ilə bağlıdır. Bu filmlərdə rol alan aktyorların əksəriyyəti təbii gülüş yaratmaq hissindən uzaqdırlar. Sosial-ictimai, mənəvi problemlərin bu komediyalarda qabardılmadığını gördükdə adam məyus olur. Sponsorunuz var, film çəkə bilirsiniz, bəs niyə cəmiyyətin ağrıyan yerini qabartmırsınız, gedib gəlin-qaynana, qaynana-kürəkən münasibətlərini, qalmaqallarını, qonşuların saçyoldusunu ekrana gətirirsiniz, filmləri qeybət yuxasına çevirirsiniz. Bunlar olmaz. Komediya filmlərinin konkret hədəfi olmalıdır. Sovet illərində çəkilən komediya filmlərinə bu gün də maraqla baxırıq, zövq alırıq, düşünürük. “Mozalan” satirik telejurnalında komediya, satira, sarkazm dili ilə tamaşaçını ağrıdan məsələlər qabardılır. Cəmiyyətimzidə o qədər bizi narahat edən məsələlər var ki, onlar qabardılmalıdır. Ucuz, bayağı komediyalar tamaçılara heç nə verə bilməz. Yeri gəlmişkən, teatrda sosial-ictimai, mənəvi problemlər yüksək səviyyədə işıqlandırılır. Özəl prodakşnların çəkdiyi komediya kinosunda isə bu məsələni bayağı ailə-məişət söhbətləri, tin sözləşmələri, qeybətləri təşkil edir. Bu komediyaları çəkən prodakşnlar sosial-ictimai, mənəvi problemləri də ekranlaşdırmalıdırlar. 

Sənətşünas Təranə Əlizadənin sözlərinə görə, sosial-ictimai, mənəvi problemlərin kinoda əks olunması üçün film çəkəndən həm də vətəndaşlı mövqeyi tələb olunur. Onun sözlərinə görə, bəzi rejissorlar ordan-burdan 5-10 manat pul tapıb film çəkirlər: “Bu filmlərdə ona görə sosial-ictimai, mənəvi problemlər qaldırılmır ki, onlar özlərini dərinə salmaq istəmirlər. Bayağı filmə bənzər bir şey çəkirlər, tamaşaçılara təqdim edirlər. Heç vaxt sıravi vətəndaş gedib o “komediya”lara baxmır, tamaşaçılar ora əsasən dəvətnamə ilə çağırılırlar. O qədər bayağı mövzuları meydana çıxarırlar ki, adam narahat olmaya bilmir. Film o zaman uzunömürlü olur ki, onun konkret hədəfi, mövzusu olsun. Əks halda, onun heç bir effekti olmur. Komediya janrının daxili bədii imkanları çox genişdir. Onun dilindən istifadə edib çox söz demək olar. Vaqif Mustafayevin filmlərində sosial-ictimai, mənəvi problemlər var, bu nüanslar tənqid olunur. Bu çox yaxşı haldır. Amma özəl prodakşnlar qətiyyən buna fikir vermirlər. Təki gülüş yarada bilsinlər, o gülüş düşündürür-düşündürmür, bu onlaıı heç narahat etmir də. Əslində, filmlərdə əsas məqamlara diqqət yetirilməlidir. O gün eşitdim ki, guya bəzi özəl prodakşnların çəkdiyi komediyaları xaricə çıxarmaq istəyirlər. Mənə qəribə gəldi ki, heç bir güclü hədəfi olmayan bayağı bir film xaricdə necə şöhrət qazana bilər?”. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ