Cümə günü, 09 oktyabr 2026
     

Müasir Azərbaycan uşaq mahnıları böhranı…

Image


Təranə Qasımova: “Bu gün müasir və keçmiş uşaq mahnılarının təbliğinə çox yer verilməlidir”

 

Müasir uşağın duyğusu da, düşüncəsi də, həyata baxışı da, zövqü də fərqlidir, rənglidir. Uşaqlarımızın dinamik yaşam tərzinə daha çox uyğun gəldiyi məlumdur. Onların təfəkkürü o qədər inkişaf edib ki, yeniliklərə nail olmaq istəyirlər. Əlbəttə, müasir uşağın zövqünü, düşüncəsini, maraqlarını cəlb etmək üçün onların ruhuna uyğun əsərlər meydana çıxmalıdır.

Bəzən deyirlər ki, indiki uşaqlar Sovet dövründə yaranan mahnıları bəyənmirlər, ya da ifa etmək istəmirlər. Söz yox ki, o mahnılar keçın dövrün uşaqları üçün olduqca gözəl nəğmələr idi. Onlar bu gün də uşaqlarımızın marağını cəlb etməlidir. Çünki onların məzmunu, sözlərin yazılışı, gözəlliyi , musiqinin rəngarəngliyi bunu təlqin edir. Dünən yaranan musiqi öz möhtəşəmliyi ilə bu gün də yaşayır, müəlliflərini yaşadır.

Bu gün yeni ruhlu, müasir uşağın dünyagörüşünə uyğun mahnılar yaranırmı?

Onu da vurğulayaq ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2013-cü ildə “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsi elan etmişdi. Həmin müsabiqəyə son dövrlər yaranan mahnılar təqdim edilmişdi. Əlbəttə, bu müsabiqənin yeni uşaq mahnılarının yaranmasında müəyyən rolu oldu. Bu uşaq mahnıları müxtəlif uşaq musiqi qruplarının ifasında səsləndirilir.

Musiqiçi Təranə Qasımovanın sözlərinə görə, son illər yaranan uşaq mahnılarının mövzusu dövlət müstəqilliyimiz, üçrəngli milli bayrağımız, təbiətimizlə bağlıdır. O bildirdi ki, son illər yaranan uşaq mahnılarının sayı çox olmasa da, az da deyil. Ekspertin sözlərinə görə, son illər meydana çıxan, musiqisi Elşən Nəzərova, sözləri Gülzara aid “Bağçamız” mahnısı “Bənövşə” uşaq xorunun ifasında səslənir. O dedi ki, bundan başqa, sözləri və musiqisi Səadət Fərziyevaya məxsus olan “Qaranquşum” mahnısı isə “Azəri inciləri” uşaq musiqi kollektivinin ifasında səsləndirilib. Onun sözlərinə görə “Vətən hissi” (musiqisi Cahangir Zülfüqarovun, sözləri Yusif Həsənbəyin), “Aysel” Mahnı Teatrının kollektivinin, “Üçrəngli bayraq” (Oqtay Zülfüqarov), “Rəssam olacağam” (musiqisi Zabitə Məmmədovanın, sözləri İsmayıl Dadaşovun) “Bənövşə” Uşaq Xorunun ifasında, “Azərbaycan Vətənim mənim” (musiqisi Nərminə Nağıyevanın, sözləri Rəşad Kəsəmənlinin), “Bu Vətən” mahnıları müasir uşaqların zövqünə uyğundur: “Bir ara yeni uşaq mahnılarının yaranmasında problemlər yaşandı. Müasir bəstəkarlar uşaq mahnıları yazmağa elə də maraq göstərmirdilər. Amma son dövrlər uşaq mahnılarına maraq artıb. Yeni uşaq musiqi kollektivləri yaranıb. Onlar üçün illər əvvəl yaranan mahnılarla yanaşı, müasir mahnılar da tələb olunur. Bu gün uşaq mahnıları yaranmağa başlayıb. Bu mahnıların mövzusu çoxrəngli olmasa da, içində maraqlı musiqilər və sözlər var. Uşaqlar bu mahnıları həvəslə oxuyurlar. İndi bəzən deyirlər ki, Sovet dövründə yaranan mahnılar müasir uşaqların zövqünü təmin etmir. Mən elə deməzdim. O illərdə yaranan yaxşı mahnılar vardı ki, bu gün də dinləmək böyük zövq verir. Bu mahnılar uşaq tərbiyəsinin formalaşmasında müstəsna rol oynayıb. Arzu edirəm ki, müasir mahnılar da bu missiyanı yerinə yetirə bilsinlər. Keçən dövrlərdə yaranan uşaq mahnıları uşaqları formalaşdırırdı. Bilirsiniz, bu gün müasir və keçmiş uşaq mahnılarının təbliğinə çox yer verilməlidir. Bu gün mövcud olan problemlərdən biri məktəblərdə və bağçalarda tədbirlər keçirilərkən əcnəbi mahnılara yer verilməsidir. Müasir uşaq mahnıları tədbirlərin əsas xəttini təşkil etməlidir. Müasir uşaq bəstəkarları ilə görüşlər də keçirilməlidir. Uşaqlarımızı yad musiqilərin təsirindən xilas etməliyik. Uşaqlarımız müasir mahnıları da bilməlidirlər. Bu gün o mahnılar uşaq musiqi məktəblərində öyrədilir, amma daha geniş səviyyədə öyrədilməsinə ehtiyac var”.   

Sovet illərində yaranan uşaq musiqisi nümunələrinin də bu gün uşaqlara öyrədilməsinə əhəmiyyət verilməli olduğunu deyən musiqiçi bildirdi ki, o mahnılar, sözün əsl mənasında, böyük tərbiyə məktəbidir: “Biz uşaq olanda Azərbaycan Radiosundan ünvanımıza yazılan uşaq mahnılarını hər zaman dinləyirdik. Ağabacı Rzayevanın "Dəcəl buzovum" mahnısını hələ də unuda bilmirəm. Uşaq psixologiyasını dərindən bilən, uşaq duyğusunu yaxşı anlayan şairlər, bəstəkarlar elə gözəl, elə maraqlı mahnılar yazırdılar ki, bu yaşımızda da onlardan zövq alırıq. Bizim uşaqlığımız o qədər maraqlı, o qədər rəngarəng idi ki, onu sözlə təsvir etmək çətindir.

Uşaqlar üçün yazılan hər bir nəğmə dilimizin əzbərinə çevrilərdi. Biz mənəviyyata söykənib, elin ruhundan güc alıb formalaşmışıq. Ona görə də maddiyyat adamından daha çox mənəviyyat adamıyıq. Uşaq mahnıları, uşaq şeirləri öz gözəlliyi, cəlbediciliyi ilə yüzillər boyu insanların mayasına hopub, mənəviyyatını formalaşdırıb, əxlaqını gözəlləşdirib”.

O bildirdi ki, keçmişdə Azərbaycan bəstəkarları xalq ədəbiyyatından, zəngin folklorumuzdan istifadə edərək gözəl nümunələr yarada biliblər. Azərbaycan xalqının çox zəngin uşaq folkloru mövcuddur: “Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələri zaman-zaman uşaqlar üçün çox maraqlı, yaddaqalan nəğmələr yazıblar. Onlardan biri, özü də ən çox populyar olanı Oqtay Zülfüqarovdur. O.Zülfüqarov 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vurduqdan sonra müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, “Qız-ulduz”, “Pişik və sərçə” və “Meşə nağılı” operalarını da yazıb. "Şəngülüm, şüngülüm və məngülüm" adlı musiqili komediya yazıb. 2010-2012 illərdə O.Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehirli alma" ikihissəli balet, "Tumurcuq" və "Aysel" Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birgə II və V siniflər üçün musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı O.Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazmış və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. Digər uşaq bəstəkarı Əfsər Cavanşirovdur. Dahi bəstəkar Üzeyir Hacıbəyovun yetirməsi olan Əfsər Cavanşirov yaradıcılığında əsasən simfonik musiqi janrı yer alıb. Bəstəkar BSO üçün 7 simfoniya, poemalar, kapella xoru üçün və uşaq xoru üçün əsərlər yaradıb. Uzun illər Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri olan Ə.Cavanşirov 1982-ci ildə respublikanın əməkdar mədəniyyət işçisi və qabaqcıl maarif xadimi fəxri adlarına layiq görülüb. Əfsər Cavanşirov 2006-cı ildə Bakı şəhərində vəfat edib. Bəstəkarın dillər əzbəri olan "Ağacdələn",

"Oyun-oyuncaqlarım", "Quşlar" kimi uşaq mahnıları indi də maraqla dinlənir.

Uşaq mahnılarının mahir ifaçısı Zabitə Məmmədovanın əməyini xüsusi qeyd etməliyik. O, uşaq mahnılarının ərsəyə gəlməsində, onların ifasında xüsusi yer tutur. Bildirək ki, uşaqlıqdan sevə-sevə dinlədiyimiz bir sıra uşaq mahnılarını Zabitə xanım ifa edib. Onun ifasında qızların uşaq vaxtı tez-tez qulaq asdığı Ağabacı Rzayevanın "Kukla" mahnısı unudulmazdır. Z.Məmmədovanın özü də uşaqlar üçün "Çəpişim", "Məktəb valsı" mahnılarını yazıb. Görkəmli qadın bəstəkarımız, dahi Üzeyir bəyin ilk tələbələrindən olan Hökümə Nəcəfovanın "Günəş olaram mən də" mahnısı heç yadımızdan çıxmır. Uşaqlar üçün bir-birindən gözəl əsərlər yazan bəstəkar Oqtay Rəcəbovun "Göyçək Fatma" cizgi film-operası (1992) "Xeyir və Şər" uşaq operası (N.Gəncəvinin əsəri əsasında, 1994), "Uşaqlar sevinsin həmişə" mahnısını tez-tez dinləyirik”.

Ekspert bildirdi ki, vaxtilə uşaqlar üçün Oqtay Zülfüqarov, Rəşid Şəfəq, Əfsər Cavanşirov, Səid Rüstəmov, Zabitə Məmmədova, Hökümə Nəcəfova, Ağabacı Rzayeva, Soltan Hacıbəyov, Oqtay Rəcəbov, Musa Mirzəyev, Qəmbər Hüseynli, Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Ramiz Mirişli, Aygün Səmədzadə, Səadət Fərziyeva, Nazim Quliyev və başqaları əsərlər, mahnılar yazıblar: “Gördüyümüz kimi, onların sayı elə də çox deyil, ancaq yazdıqları bütün dövrlər üçün aktualdır. Sadəcə, o mahnıların təbliğatı zəif olduğundan, indiki uşaqlara çatdırılmasında problemlər var. O da məlumdur ki, respublikada fəaliyyət göstərən uşaq bağçalarının çoxunda musiqi dərsi keçilir, amma bəzi istisnaları nəzərə almasaq, o dərslərdə uşaq mahnıları elə də dərindən öyrədilmir. İllər əvvəl yaranan "Ad günü", "Ad günün mübarək olsun", "Ağacdələn", "Ala-bula boz keçi", "Anamın köməkçisiyəm mən", "Ay nəğməsi", "Azərbaycan", "Bahar bayramı", "Bahar gəlir",

"Bizim gəmi", "Bənövşə", "Can nənə", "Cücələrim", "Çəpişim", "Dostluq himni", "Gözəl bahar", "Gözəl yolka", "Günəş olaram mən də", "Gəl, gəl, a yaz günləri", "Heyvanların qonaqlığı", "İdman", "Kukla", "Lavaş", "Məktəb illəri", "Məktəb valsı", "Məktəbə yazdırsana", "Mənim dəcəl buzovum", "Mənim gülüm", "Nağara", "Nənəm evdə qalıb tək", "Oynaq topum", "Oyun-oyuncaqlarım", "Qaçma, dayan", "Qaranquş", "Qaranquşum", "Qırmızı şar", "Qonaqlıq", "Quşlar", "Saat", "Sürücü", "Səməni", "Sərçə", "Tar çalıram", "Telefon-telefon", "Tıq-tıq xanım", "Uşaqlar sevinsin həmişə", "Vətən", "Vətənim", "Xoruz", "Yeni il gəlir", "Yol", "Yolka", "Əziz ana, can ana", "Alma", "Balaca kapitan", "Balaca neftçiyəm", "Balaca ovçu", "Bip-bipin nəğməsi", "Bizim Bakı metrosu" və başqa uşaq mahnıları uğurlu bələdçilərdir. Bunlar ölməz əsərlərdir və bu gün də öz aktuallıqlarını qoruyub saxlayırlar. Ümumiyyətlə, müasir bəstəkarlar da uşaq mahnıları bəstələyərkən o mahnının uşaqlara necə təsir göstərəcəyini düşünsünlər. Uşaq mahnıları müasir dövrdə uşaqların mənəvi aləminin zənginləşməsinə, dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. Düzdür, uşaq mahnıları sifarişlə yaranmır, o, bəstəkarın ürəyindən süzülüb gəlməlidir ki, səmimi olsun və ünvanına çatsın”.

Musiqiçinin sözlərinə görə, müasir dövrdə yaranan uşaq mahnılarının radio və televiziyalarda geniş təqdim olunmasına ehtiyac var. O hesab edir ki, bu, uşaqlarımızın musiqi zövqünün formalaşmasında əhəmiyyətli rol oynayır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ