şənbə günü, 15 avqust 2026
     

Dünya şöhrətli musiqiçilərin ustad dərsləri Azərbaycan klassik musiqisinin inkişafı üçün əhəmiyyətli ola bilər…

Image


Zümrüd Dadaşzadə: “Ustad dərsləri gənclərin gələcəkdə müsabiqələrdə iştirakı üçün əvəzolunmaz əhəmiyyətə malikdir”
Gülüm Qiyasova: “Sözsüz ki, bu ustad dərsləri gənclərə müsbət təsir göstərəcək və onlar çox şey əxz edəcəklər”

 

Ustad dərsləri mədəniyyət, eləcə də digər sahələr üzrə mütəxəssislərin yetişdirilməsində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda klassik musiqinin tarixi böyükdür və musiqinin bu sahəsində böyük sənətkarlar yetişib, dünya miqyaslı əsərlər yaranıb.

Dövlətin klassik musiqi sahəsinə göstərdiyi qayğı nəticəsində bu sahəyə gənclərin axını çoxdur. Ciddi musiqi ilə maraqlanan gənclərin çoxluğu, əslində, milli klassik musiqimizin qələbəsidir. Keçən əsrin 90-cı illərindən başlayaraq dünyanın klassik musiqi sahəsi üzrə böyük musiqiçiləri, pianoçuları, skripkaçıları, müğənniləri Azərbaycana dəvət edilir. O sənətkarlar burada gənc klassik musiqiçilərə ustad dərsləri keçirlər. İndiyə qədər bir neçə dünya şöhrətli musiqiçi Azərbaycanda səfərdə olub və onlar burada ustad dərsləri keçiblər. Düzdür, ustad dərsləri iki-üç gün davam edib, amma gənclər bu ustad dərslərindən böyük nəticələr əldə ediblər.

Dünya şöhrətli musiqiçilərin Azərbaycan klassik musiqisi sahəsində ustad dərsləri keçməsinin musiqimiz üçün əhəmiyyəti nədir? 

Musiqişünas, professor Zümrüd Dadaşzadə “Bakı-Xəbər”ə bildirdi ki, ustad dərslərinin əhəmiyyəti danılmazdır: “Bunun əhəmiyyəti çox böyükdür. Dünya musiqisində çox böyük yeniliklər baş verir və onları yeni nəslə aşılamaq çox vacibdir. Onlar öz təcrübələrini, biliklərini gənclərə çatdırırlar. Bu gün klassik musiqi sahəsində gözəl ənənələr var. Ustad dərslərində o ənənələri gənclərə göstərəndə bu onların bir musiqiçi kimi dünyagörüşünün genişlənməsində, yanaşma tərzinin yenilənməsində, daha doğrusu, dəqiqləşdirilməsində əhəmiyyətli dərəcədə rol oynayır. Ustad dərsləri istər ifaçılıq,  bəstəkarlıqda, istərsə də digər sahələrdə böyük fayda verir. Hesab edirəm ki, bəlkə də ustad dərslərini genişləndirmək gərəkdir. Ustad dərsi keçənlər dünya şöhrətli musiqiçilərdir. Məsələn, mənim yadıma gəlir ki, birinci bizdə ustad dərsi keçən Rastropoviç oldu. Onun gəlişi Azərbaycan musiqi sənətində çox böyük canlanma yaratdı. Onun mütəmadi olaraq Bakıya gəlməsi, ustad dərsləri keçməsi böyük əks-səda yaratdı. Ondan sonra digər böyük musiqiçilər Azərbaycana gəldilər. Bu gün də bu ənənə davam etməkdədir. Bunun ən yaxşı tərəflərindən biri odur ki, gənclər Bakını tərk etmədən böyük sənətkarlarla ünsiyyətdə olurlar, onların konkret məsləhətlərini alırlar. Gənclərin dünya musiqisində, ifaçılıq sənətində olan tendensiyalara bələd olmasında yeri danılmazdır. Bizim gənclər beynəlxalq müsabiqələrə getmiş olsalar, hansısa bir festivalda iştirak etsələr, o təcrübədən yararlana bilərlər. Yəni artıq onlar bu sahədə bilik və bacarıqlarını göstərə bilərlər. Bu ustad dərsləri müxtəlif sahələri əhatə edə bilər. Alət ifaçıları üçün ayrıca, pianoçular üçün ayrıca, vokalçılar üçün də ayrıca keçirilə bilər. Vokalçılarda əsasən tələffüz problemləri olur. Yadıma gəlir, 2008-ci ildə bizim iştirakçılar Moskvada keçirilən Yelena Obrazsova müsabiqəsində iştirak edirdilər. Mən özüm orada idim. Bizim ifaçılarda italyan mətnlərinin tələffüzündə müəyyən problemlər vardı. Konkret tövsiyələrlə onlar italyan dilinin spesifikasına bələd olaraq musiqinin sözlə əlaqələndirilməsini bacara bilərlər. Ustad dərsləri gənclərin gələcəkdə müsabiqələrdə iştirakın üçün əvəzolunmaz əhəmiyyətə malikdir”.

Musiqiçi Gülüm Qiyasova bizimlə söhbətində bildirdi ki, dünyanın ünlü musiqiçilərinin Azərbaycana dəvət edilərək onların burada ustad dərsləri keçməsinə dövlət tərəfindən şərait yaradılır. Bu işdə şəxsən Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın çox böyük rolu var. O bildirdi ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Rusiyanın xalq artisti, Vaqanova adına Rusiya Balet Akademiyasının rektoru Nikolay Tsiskaridzenin ustad dərsləri keçməsi üçün ölkəmizə dəvət edilməsi buna nümunədir. Musiqiçi bildirdi ki, Nikolay Tsiskaridze noyabrın sonunda Bakıya səfər edəcək və burada bir sıra ustad dərsləri keçəcək: “Dünyanın tanınmış musiqiçiləri vaxtaşırı olaraq Azərbaycana gəlir və burada ustad dərsləri keçirlər. Mehriban Əliyevanın dəvətilə Rusiyanın xalq artisti, Vaqanova adına Rusiya Balet Akademiyasının rektoru Nikolay Tsiskaridzenin ustad dərsləri keçmək üçün ölkəmizə gəlməsi müsbət haldır. Onun özü bu barədə “Mənim Azərbaycana dəvət olunmağımda Mehriban Əliyevanın da rolu var. Ona görə, fikrimcə, Azərbaycanda hər şey yaxşı alınacaq. Əlbəttə, Sovet İttifaqının dağılmasından sonra bütün keçmiş ittifaq ölkələrində baletin Rusiya təsirinə çox ehtiyacı var. Mən bu barədə dəfələrlə danışmışam. Gürcüstan, Azərbaycan, Litva, Ukrayna və s. baletləri 1991-ci ildə başlayıb. Buna qədər bu ölkələrdə baletin tarixi Rusiya ilə sıx bağlı idi və əgər ümumiləşdirsək, bütün bunlar Rusiya imperiyası dövründə rus baleti, Sovet İttifaqı dövründə sovet baleti idi. Ona görə də ixtisasın artırılmasında zərurət var. Ümid edirəm ki, Azərbaycana səfərimdən sonra ölkələrimizin balet ictimaiyyəti arasında daha sıx əlaqələr qurulacaq” - deyə bildirib. Sözsüz ki, bu ustad dərsləri gənclərə müsbət təsir göstərəcək və onlar çox şey əxz edəcəklər. Çünki Sovetlər dağılandan sonra musiqi sahəsində də xeyli problemlər oldu. Ancaq indi bu sahə böyük musiqiçilərin dəstəyi ilə inkişaf edir”. 

G.Qiyasova, həmçinin, bildirdi ki, 2004-cü ildə dünya şöhrətli ispan müğənnisi Monserrat Kabalye Bakıya gəlib burada həm çıxış etmişdi, həm də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ustad dərsləri keçmişdi. Ekspert qeyd etdi ki, ustad dərslərində gənc vokalçılar iştirak edirdi.

O, həmçinin, qeyd etdi ki, keçən illərdə Bakı Musiqi Akademiyasında Amerika Birləşmiş Ştatlarının məşhur “Apple Hill” kvarteti tələbələr üçün ustad dərsləri keçib. “Bütün bunların gənc musiqiçilər üçün əhəmiyyəti danılmazdır. Bu gün dünya klassik musiqisində çox böyük yeniliklər var. Həmin yenilikləri dünya şöhrətli musiqiçilər gənclərə öyrədirlər. Bu çox müsbət haldır” - deyə G.Qiyasova bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ