Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanın “Nar bağı” “Oskar” mükafatına layiq namizədlər sırasında…

Image


Zülfiyyə Eldarqızı: “Hesab edirəm ki, bu film layiq olduğu yüksək qiyməti alacaq”
Ayaz Salayev: “O film namizəd filmlər siyahısından çıxıb beşliyə düşərsə, onda mən bunu əsl hadisə sayaram”
Müşfiq Hətəmov: “Filmi təqdim etmişik, nəticələri gözləyirik”

 

Son illər Azərbaycanda çəkilən filmlər artıq beynəlxalq miqyasda tanınmağa başlayır. Filmlərimiz xaricdə keçirilən nüfuzlu kinofestivallarda iştirak edir və ödüllər, mükafatlar qazanır.

Ölkə kinematoqrafında, sözün yaxşı mənasında, səs-küy yaradan və peşəkar kino işlərindən biri olan “Nar bağı” filmi Amerika Kino Akademiyasının təsis etdiyi və dünya kinematoqrafının ən yüksək mükafatı sayılan “Oskar” mükafatına təqdim edilib. Onu da vurğulayaq ki, bu barədə qərar bir neçə ay əvvəl Azərbaycan Respublikası Kinematoqraflar İttifaqının nəzdində fəaliyyət göstərən Amerika Kino Akademiyası Azərbaycan üzrə Oskar Komissiyasının növbəti iclasında verilib.

Filmin rejissoru İlqar Nəcəf mətbuata bildirib ki, film təqdim edilib və nəticəni gözləmək lazımdır.

“Nar bağı” filminin “Oskar” mükafatına namizəd olan filmlərin siyahısına düşməsi həqiqətən də uğurlu bir işdir. Bu, ən azından, Azərbaycan kinosunun irəliyə, kiçik də olsa, atdığı bir addımdır.

Filmin mövzusuna gəlincə, deyək ki, film Anton Çexovun məşhur “Albalı bağı” pyesinin motivləri əsasında çəkilib. Hadisə əyalətlərdən birində baş verir. Şamilin (Qurban İsmayılov) iri nar bağı var, onu kəndin imkanlı adamlarından biri (Kazım Abdullayev) almaq istəsə də, o satmır. Onun oğullarından biri ölüb, digəri Qabil (Səmimi Fərhad) isə evlənib, sonra heç kəsə nəsə demədən ailəsini də atasının yanında qoyaraq Rusiyaya gedib. Baba gəlini Sara (İlahə Həsənova) və 11-12 yaşlı nəvəsi Cəlalla (Həsən Ağayev) yaşayır. Günlərin birində gözlənilmədən oğul qayıdır. O, atasına ailəsini Rusiyaya aparacağını deyir, nar bağını satdırır və pulu da götürərək ailəsindən gizlin tək Rusiyaya qayıdır. Çünki onun başqa ailəsi var və borcu olduğundan, qızı girov götürülüb. Bu pul ona qızının xilası üçün lazımdır...

Bu film bir sıra festivallarda iştirak edib və mükafatlar alıb. Onu da bildirək ki, film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna görə “Ən yaxşı kişi rolu” ödülünə, film “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb.

“Nar bağı” 22-28 iyul tarixlərində Astanada keçirilən festivalın əsas müsabiqə proqramında təqdim olunub.

Filmin dünya premyerası Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib.

Azərbaycandan xarici dildə ən yaxşı film kimi Oskar mükafatına təqdim olunub.

Qeyd edək ki, filmin rejissoru İlqar Nəcəf, ssenari müəllifləri isə İlqar Nəcəf və Asif Rüstəmovdur. Filmdə böyük yaradıcı və texniki heyət çalışıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı hesab edir ki, “Nar bağı” Azərbaycan kinematoqrafiyasında son illər çəkilən maraqlı filmlərdən biridir. Onun sözlərinə görə, indiyə qədər bir neçə beynəlxaq festivala qatılan film bir sıra ölkələrdə rəğbətlə qarşılanıb. O deyir ki, film artıq xarici dilə də dublyaj edilib.

Bu filmin “Oskar”a namizəd kimi siyahıya düşməsinə müsbət yanaşan Z.Eldarqızı hesab edir ki, “Nar bağı” məzmununa, səviyyəsinə, aktyor oynuna, rejissor işinə görə bu mükafata layiq görülə bilər: “Bilirsiniz, Azərbaycan kinosunun ölkə sərhədlərini aşmasının özü böyük hadisədir. Çünki uzun illər kinomuz dar çərçivədə sıxılıb. “Nar bağı”nın “Oskar”a təqdim edilməsi, bu filmin adının bu nüfuzlu mükafata təqdim edilən filmlər siyahısına düşməsinin özü böyük bir işdir. Bu film çox maraqlı alınıb, aktyor oyunu da, rejissor işi də gözəldir. Hesab edirəm ki, bu film layiq olduğu yüksək qiyməti alacaq. Mən bilən “Nar bağı” artıq Azərbaycanın bölgələrində də nümayiş etdirilib. Yaxşı da qarşılanıb. Bu film “Oskar” alarsa, Azərbaycan kinosunun böyük uğuru olar”.

Tanınmış kinorejissor, kinoşünas Ayaz Salayevin fikrincə isə indiyə qədər bir neçə filmimiz “Oskar”a namizəd olub, amma onların heç biri uzun siyahıdan çıxaraq beşliyə düşməyib: “Hər il hansısa yeni Azərbaycan filmini “Oskar”a namizədlər siyahısına salırlar. Amma onların heç biri beşliyə düşməyib. “Nar bağı” bu il təqdim edilib. İndidən bir söz deyə bilmərəm. O film uzun-uzadı namizəd filmlər siyahısından çıxıb beşliyə düşərsə, onda mən bunu əsl hadisə sayaram. Amma hər hansı bir filmimizin “Oskar”a namizədlər siyahısına düşməsini hadisə saymıram”.

A.Salayev bildirdi ki, indiyə qədər 10-a yaxın Azərbaycan filmi “Oskar”a namizədlər siyahısında olub. Onlar arasında “Çölçü”, “Nabat”, “Qala” və digər filmlərin adlarını çəkmək olar.

“Azərbaycanfilm” Kinostudiyasının rəhbəri Müşfiq Hətəmov isə “Bakı-Xəbər”ə bildirdi ki, “Nar bağı” filmi “Oskar”a təqdim edilsə də, hələ nəticə açıqlanmadığı üçün, geniş informasiya verə bilmir: “Filmi təqdim etmişik, nəticələri gözləyirik. Azərbaycan filmi ilk dəfə deyil ki, “Oskar”a təqdim edilir. Ondan əvvəl də bir neçə filmimiz namizəd olub, amma heç biri seçilməyib. İndi də “Nar bağı” təqdim edilib. Nəticələr açıqlananda hər şey məlum olacaq”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ