Cümə günü, 09 oktyabr 2026
     

Mahmud Kaşqarinin minillik yubileyi ərəfəsində... - MÜSAHİBƏ

Image


Ağacəfər Həsənli: “Kaşqarinin adını və irsini geniş səviyyədə tanıtmaq istəyirik”
“Bu medal və diplomlar bizə dəstək olanlara, Kaşqari irsinin təbliğində rolu olan insanlara verilir”

 

Azərbaycanda elm, mədəniyyət və ədəbiyyat xadimlərinin, tarixi şəxsiyyətlərin irsini təbliğ edən fondlar fəaliyyət göstərir. Belə təşkilatlardan biri də Mahmud Kaşqari adına Beynəlxalq Fonddur. “Divani-lüğət-it türk” əsərinin müəllifi Mahmud Kaşqarinin adını daşıyan və onun irsinin bütün türk və islam aləmində təbliğini həyata keçirməkdə olan fondun müşaviri, şair-tərcüməçi, publisist Ağacəfər Həsənli ilə görüşüb fond haqqında, onun indiyə qədər gördüyü işlər, həyata keçirdiyi layihələr barədə danışdıq. 

- Ağacəfər müəllim, Mahmud Kaşqari adına Beynəlxalq Fond nə zaman yaradılıb?

- Bu fond təxminən 12 il əvvəl Azərbaycan Yazıçılar Birliyində yaranıb və Birlik sədri, xalq yazıçısı Anar bu təşkilatın ilk fəxri sədri olub, icraçı direktoru isə Elxan Zal Qaraxanlı idi. Bu fondun yaranması şair-tərcüməçi, fondun hazırkı prezidenti Elxan Zal Qaraxanlı və Anar müəllimin birgə təşəbbüsü ilə bağlıdır. Yarandığı gündən indiyə qədər fond ardıcıl fəaliyyət göstərir.

- Fond tərəfindən hansı işlər görülüb?

- Son illər fondun həyatında böyük canlanma müşahidə edilir. Fond yarandığı vaxtdan bir sıra uğurlu işlər həyata keçirib. Bilirsiniz ki, Mahmud Kaşqarinin məşhur “Divani-lüğət-it türk” əsəri türk dillərinin ensiklopedik lüğətidir, çox möhtəşəm bir yazılı abidədir. Bu lüğət 1000 il bundan əvvəl tərtib edilib. Son illərə qədər bu kitab Azərbaycan dilinə tərcümə olunmamışdı. Mahmud Kaşqari Fondu “Divani-lüğət-it türk” kitabının tərcüməsini öz üzərinə götürdü və kitab professor Ramiz Əsgər tərəfindən tərcümə edildi və onu nəşr etdik. Özü də “Divani-lüğət-it türk” dövrün hakim dili olan ərəb dilində yazılıb. R.Əsgər onu Türkiyə türkcəsindən bizim dilə çevirdi. Şübhəsiz ki, bu əsərin tərcümə edilməsi Azərbaycanda çox böyük bir hadisə idi. Kitabın bizim üçün dəyərli cəhətlərindən biri odur ki, 1000 il əvvəl yazılan kitabda Azərbaycanın, Şirvanın adı çəkilir. Kaşqari xəritə tərtib edib və o xəritədə Azərbaycanın adı qeyd edilir. Bizim üçün çox önəmlidir ki, min əvvəl formalaşan bir məxəzdə ölkəmizin adı çəkilir.

Siz təsəvvür edin ki, elə də böyük maddi imkana malik olmayan fond bu əsərin tərcüməsini öz üzərinə götürdü. Mahmud Kaşqari Fondunun güclü maliyyə vəsaiti yoxdur.

- Bəs fondu necə saxlayırsınız?

- Dünya yaxşı insanlardan xali deyil. Bu gün xalqını, dövlətini, mədəniyyətini, ədəbiyyatını sevən, tarixinə böyük dəyər verən vicdanlı insanlar var ki, onlar fondun fəaliyyətinə dəstək göstərirlər. Mahmud Kaşqarinin kitabı olduqca əhəmiyyətli bir kitabdır və ondan bütün türk dünyası bəhrələnir. Bu kitabın son illərə qədər Azərbaycan dilinə tərcümə edilməməsi olduqca mənfi bir hal idi. Çağdaş Azərbaycan dilində işlənən sözlərin təxminən 6-7 faizi həmin lüğətdə öz əksini tapıb.

- Fond tərəfindən daha hansı yaddaqalan, əlamətdar işlər görülüb?

- Qarşıdan gələn il Mahmud Kaşqarinin 1000 illiyidir. Təəssüf ki, indiyə qədər Kaşqarinin doğum tarixi dəqiqləşməyib, tarix təxmini götürülür. Ehtimal var ki, Mahmud Kaşqari Qırğızıstanda İssık-kul gölünün ətrafında doğulub. Amma etiraf edək ki, Kaşqarinin vətəni Çindir. Məlumdur ki, Cənubi Çində Kaşqar vilayəti var, o, Urimçidən 1000 kilometr aralıda yerləşir. Adını təxəllüs götürdüyü Kaşqari vilayətində yaşayıb və qəbri elə oradadır.

- Belə çıxır ki, Mahmud Kaşqari özü haqqında çox az informasiya verib...

- Bəli. Biz istəyirik ki, nə zamansa gedib Mahmud Kaşqarinin qəbrini ziyarət edək. Allah qismət etsə, mütləq Çinə gedib bu dahi şəxsiyyətin məzarını ziyarət edəcəyik. O, əzəmətli bir türk oğludur. 

- Ağacəfər müəllim, səhv etmirəmsə Mahmud Kaşqari adına Beynəlxalq Fond medal və diplom da təsis edib. Bu ödüllərə indiyə qədər kimlər layiq görülüb və qarşıdakı illərdə kimlərin bu mükafatlara sahib olmasını nəzərdə tutursunuz?

- Bəli, bizim fond medal təsis edib və diplomlarımız var. Kaşqarinin adını və irsini geniş səviyyədə tanıtmaq istəyirik. Bu medal və diplomlar bu işdə bizə dəstək olanlara, Kaşqari irsinin təbliğində rolu olan insanlara verilir. Ümumiyyətlə, Türk dünyası üçün böyük işlər görən şəxsiyyətlər də fondun medal və diplomuna layiq görülüb. Mahmud Kaşqari adına Beynəlxalq Fondun medalı ilk olaraq Türkiyə Cumhuriyyətinin sabiq prezidenti mərhum Süleyman Dəmirələ və Türk dünyasının böyük oğlu, qazax şairi-yazıçısı, tərcüməçisi Oljas Süleymenova verilib. Həmçinin Kaşqari medalına akademik İsa Həbibbəyli, kitabın tərcüməçisi, professor Ramiz Əsgər, xalq şairi Sabir Rüstəmxanlı, BDU-nun rektoru Abel Məhərrəmov (Azərbaycan və türk mədəniyyətlərinin inkişafında xidmətlərinə görə),  millət vəkili, yazıçı Hüseynbala Mirələmov layiq görülüblər. Deyim ki, “Divani-lüğət-it türk” əsəri Hüseynbala Mirələmovun maddi dəstəyi ilə işıq üzü görüb. Kitab 4 cilddən ibarətdir.

Bir neçə il əvvəl Türkiyədən xeyli sayda yazar dəvət etdik və onların fəaliyyətini qiymətləndirərək onlara Mahmud Kaşqari adına Beynəlxalq Fondun təsis etdiyi diplomlar verdik. Əlbəttə, o yazarlar Mahmud Kaşqari irsini öz ölkələrində təbliğ edirlər.

İki il əvvəl Qazaxıstan Respublikasına getdik və orada fondumuz tərəfindən bir sıra elm, ədəbiyyat adamına, tanınmış simalara mükafatlar verildi. Qazaxıstanın xalq yazıçıları Sabit Dosanova, Berik Şaxanova mükafat verdik. Hətta bizim Əbu Nəsir Əl-Fərabi adına Almatı Dövlət Universitetində böyük bir tədbirimiz oldu və həmin tədbirdə adlarını qeyd etdiyim insanlara mükafatlar verdik. Eyni zamanda bir neçə iş adamına da mükafatlar təqdim etdik. Onlardan biri də Axıska türklərinin Qazaxıstandakı lideri Ziyəddin Xasanov idi. Qazaxıstandakı Azərbaycan diasporunun rəhbəri Əbülfəz bəyi də mükafatlandırdıq.

Bu yaxınlarda isə Azərbaycan Yazıçılar Birliyində hüquq elmləri doktoru, professor İlham Rəhimova və xalq yazıçısı Çingiz Abdullayevə Mahmud Kaşqari medalı verildi. Düşünürük ki, böyük rəssamımız, Moskvada yaşayan Tahir Salahova da mükafat verək. 

- Kaşqarinin irsini təbliğ edirsiniz, bu böyük şəxsiyyəti lazımi səviyyədə tanıda bilirsinizmi?

- Çalışırıq ki, Kaşqarini daha çox tanıdaq. Bizim məqsədimiz odur ki, Kaşqarini Azərbaycan cəmiyyətində təbliğ edək. İstəyirik ki, Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi, Mahmud Kaşqarini də bütün insanlar tanısın, belə bir türk oğlunun olması iə fəxr etsinlər. Şərq dünyasında Nizami Gəncəvi, Ömər Xəyyam nə boydadırsa, Mahmud Kaşqari də o boydadır. Kaşqari Nizami və Xəyyam səviyyədədir. Təəssüflər olsun ki, sovet rejiminin sərt qaydaları Mahmud Kaşqarinin təbliğ olunmasına, tanınmasına imkan verməyib. Onu da vurğulayım ki, bir neçə il əvvəl UNESCO tərəfindən Mahmud Kaşqari ilə bağlı genişmiqyaslı tədbir keçirildi.

- Kaşqarinin əsərindən əlaqədar tədqiqat institutlarında istifadə olunub, amma özünün təbliğinə imkan verilməyib. O çox nəhənğ şəxsiyyətdir.

- Əsərindən bir vaxt istifadə edilmişdi... Ümumiyyətlə, “Divani-lüğət-it türk” itibmiş, təxminən 150 il əvvəl tapılıb. Tapılandan sonra da, demək olar ki, bütün türk xalqlarının dilinə tərcümə olunub. Bu əsər türk və islam abidəsi kimi çox dəyərlidir.

- Fond tərəfindən Türk dünyası üçün əhəmiyyətli olan yazarların əsərləri nəşr edilirmi?

- Bəli. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iki kitabını – “Avrasiyanın ürəyində” və “Qazaxıstan yolu” kitablarını Elxan Zal Qaraxanlı tərcümə edib. Nəşrlərin redaktoru mən və Elçin Hüseynbəylidir. Fond tərəfindən nəşr edilən kitabın Qazaxıstanda da böyük təqdimatı keçirilib. Fond tərəfindən Mir Cəlal Paşayevin Məhəmməd Füzuli haqqında yazdığı “Füzulinin lirikası” monoqrafiyası da latın qrafikası ilə nəşr edilib. O monoqrafiya kitab şəklində sovet illərində nəşr edilmişdi, latın əlifbası ilə ilk dəfə çap olundu. Biz, eyni zamanda, müasir qazax şair və yazıçılarının əsərlərindən də nümunələr nəşr edib oxuculara təqdim etmişik.

Xeyli sayda bukletlər çap etmişik. Fondun özünün “Ulu çinar” dərgisi nəşr olunur. Jurnalın hər dəfə bir sayını Türk dünyası üçün əhəmiyyəti olan şəxsiyyətlərin yubileylərinə həsr edirik.

- Qarşıda görəcəyiniz nə kimi işlər var?

- Əlbəttə, görəcəyimiz işlər, həyata keçirəcəyimiz layihələr çoxdur. Mahmud Kaşqarinin 1000 illik yubileyinin keçirilməsini Mahmud Kaşqari adına Beynəlxalq Fond öz üzərinə götürüb. Biz Kaşqarinin 1000 illiyi ilə bağlı ali məktəblərdə, aidiyyəti qurumlarda görüşlər keçirməyi planlaşdırırıq. Fond Hüseynbala Mirələmovun ulu öndər Heydər Əliyev haqqında yazdığı kitabı qazax dilinə tərcümə etdirib, gələn il mayın 10-a qədər çap etdirəcəyik. 2018-ci ildə Kaşqari ilə bağlı bizim silsilə tədbirlərimiz olacaq. Hələ tədbirlər planı üzərində işləyirik. Keçən il Türkiyədə fondun böyük bir tədbiri keçirilməli idi, lakin qardaş ölkədə baş verən məlum hadisəyə görə tədbir təxirə salındı. 

- Yəqin ki, yubiley ili çərçivəsində bir sıra qurumlarla müştərək tədbirlər də keçirərsiniz?

- Bəli. Bizim Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə tədbirimiz olub. Çox nüfuzlu şəxslər fondun idarə heyətinin üzvüdür. Onlardan biri də akademik İsa Həbibbəylidir. Tədbirlərimiz adətən Ədəbiyyat İnstitutunun zalında keçirilir.

- Fondun ofisi Azərbaycan Yazıçılar Birliyində yerləşir?

- Bəli, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Elxan Zal Qaraxanlı orada oturur.

- Türk respublikaları ilə əlaqələriniz hansı formada qurulub?

- Fondun görəcəyi işlərdən və qarşıya qoyduğu məqsədlərdən biri odur ki, türk dövlətləri, muxtar respublikaları arasında etibarlı bir körpü rolu oynasın. Biz türk xalqları arasında mədəni, tarixi, mənəvi tellərin daha da möhkəmlənməsi üçün işlər görmək istəyirik. Biz Rusiya tərkibində olan muxtar respublikalarla da əlaqə saxlamaq istəyirik. Başqırdıstan Respublikası, Altay Respublikası, Tatarıstan Respublikası, Saxa Respublikası, Çuvaş Respublikası, Tuva Respublikası, Xakasiya Respublikası və s. ilə əməkdaşlığımız vacibdir. Bunun böyük faydası olar. Moldovadakı qaqauzlarla da mədəni-ədəbi körpü qurmaq niyyətindəyik. Orada onların muxtar respublikası var. Qaqauzlar “Yıldız” jurnalı dərc edir. O jurnal bizim “Ulduz” jurnalına bənzəyir. Planlarımız böyükdür. Bunların hamısını həyata keçirməyi düşünürük.

İradə SARIYEVA  



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ